Lavrovdan Ukraynaya xəbərdarlıq - razılaşmaları pozmaqda davam etsəz daha çox ərazi itirəcəksiz…
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Qərbin Rusiyaya qarşı “səlib yürüşü” uğursuzluğa məhkumdur.
O, qeyd edib ki, razılaşmaları pozmaqda davam etməsi Ukraynanı daha çox ərazi itkisi ilə üz-üzə qoyacaq.
“İndiki Ukrayna administrasiyası Qərbin dəstəyi ilə uzun müddət razılaşmaları bir-birinin ardınca pozarsa, bu rejimin əlində bir o qədər az ərazi qalacaq.
Ukrayna 2014-cü ilin fevralındakı bütün razılaşmaları yerinə yetirsəydi Krım, 2015-ci ilin fevralındakı razılaşmaları yerinə yetirsəydi Donbas onun bir parçası olaraq qalacaqdı” – deyə Lavrov bildirib.
TAHİR