Bakıda satıcının cibindən pul və kart oğurlayan 2 yeniyetmə həbs edildi
Bakıda yeniyetmələr mağazadan oğurluq edib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Nərimanov rayonu M.K.Atatürk prospektində yerləşən mağazada satıcı işləyən şəxsin gödəkcəsindən 200 dollar və bank kartları oğurlanması barədə polisə məlumat daxil olub.
Nərimanov Rayon Polis İdarəsi 16-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 2 yeniyetmə müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
ZÜMRÜD