KÖHNƏ VERSİYA            

Beynəlxalq muğam müsabiqələrinin qalibi tələbə Həzrət Əzizlinin uğur hekayəsi... - FOTO

Image

“Hədəflərimdən biri qəlbimin və ruhumun bir parçası olan muğamı dünyanın hər bir guşəsində təmsil etməkdir”

Beynəlxalq müsabiqələr laureatı olan gənc musiqiçilərimiz, ifaçılarımız barədə “Bakı-Xəbər” olaraq müxtəlif yazılar hazırlayırıq. Ümumiyyətlə, musiqi, idman, təhsil və sair sahələrdə uğur qazanan  uşaq, yeniyetmə və gənclərin fəaliyyəti, onları uğura aparan yolun başlanğıcı uğurlu həyat hekayəsinin yaranmasına səbəb olur. 

Belə gənclərdən biri də istedadlı muğam ifaçısı, xanəndə, yerli və beynəlxalq müsabiqələr laureatı  Həzrət Əzizlidir. H.Əzizli  Milli Konservatoriyanın birinci kurs tələbəsidir. “Bu uşaq muğamı böyüklər kimi oxuyur” fikri çoxlarının yadındadır. Həzrət Əzizlini əksəriyyətiniz  VIII Muğam Televizya Müsabiqəsindən tanıyırsınız. Həzrət Əzizli VIII muğam müsabiqəsində birinci yeri tutmuşdu.  

Muğamlarımızı özünəməxsus şirinliklə oxuyan Həzrətə çoxları “möcüzə uşaq” deyirdi, çünki o, səhnədə elə gözəl ifalar göstərirdi ki, bunu yalnız və yalnız qeyri-adi istedadı olan bir uşaq bacarardı. Həzrət doğrudan da yaşıdlarından seçilən, fərqlənən bir uşaq kimi həm münsiflərin, həm də tamaşaçıların sevgisini qazanmışdı. Uşaqlıdan böyük səhnələrdə oxuyan H.Əzizli artıq gənc bir oğlandır.   

1 sentyabr 2007-ci ildə doğulan Həzrət uşaqlıqdan muğamla qidalanıb. 

“VIII Muğam Televizya Müsabiqəsi mənimçün  böyük bir məktəb oldu”-deyən Həzrət  hər zaman ustad  sənətkarların onun çıxışı ilə bağlı bildirdiyi fikirlərə çox böyük əhəmiyyət verirdi. 

Həzrətin uğur hekayəsi olduqca zəngin və maraqlıdır. O, yalnız yerli və beynəlxalq müsabiqələrdə iştirak etməyib, eyni zamanda beynəlxalq tədbirlərdə də iştirak edib, öz gözəl ifalarını təqdim edib. H.Əzizli 2018-ci ildə “WORLD HARMONY” Beynəlxalq Müsabiqəsində III yer tutsa da, 2019-cu ildə sözügedən müsabiqəyə yenidən qatılır  və bu dəfə  I yerin qalibi olub. Öz üzərində daim işləyən və müəllimlərinin tövsiyələrinə əməl edən Həzrət 2022-ci ildə  “Pöhrə” Beynəlxalq Müsabiqəsində I yer tutaraq  qalib olub. 

“Muğama sevgim yarandığı andan onun yaranma tarixini araşdırmağa başladım. Muğamı dərindən öyrəndikcə anlayıram ki, seçimimi düz etmişəm. Məni ən çox həvəsləndirən isə muğamın qorunub saxlanmasında və inkişaf etdirilməsində çox böyük xidmətləri olan Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın “Biz muğamı gələcək nəsillərə qəlbimizin və ruhumuzun bir hissəsi kimi miras qoyuruq” sözləri oldu. Gənc muğam ifaçısı olaraq, ən böyük hədəflərimdən biri qəlbimin və ruhumun bir parçası olan muğamı dünyanın hər bir guşəsində təmsil etməkdir. Bu yolda artıq addım atmağa başlamışam”, - deyə Həzrət bizimlə söhbətində bildirdi. 

Bilirik ki, Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən VIII muğam müsabiqəsinin final mərhələsi musiqi beşiyi olan Şuşada  keçirildi. 

O zaman azyaşlı ifaçılar arasında birinci yerə Həzrət Əzizli layiq görülmüşdü. Müsabiqənin ilkin mərhələlərində Həzrət Əzizli öz ecazkar səsilə münsiflərin diqqətini xüsusilə cəlb etmişdi. Həzrət uşaqlıqdan birinci olmağı, seçilməyi bacarıb. Bu gün Milli Konservatoriyanın tələbəsi kimi daha peşəkar səviyyədə muğamın sirlərinə yiyələnir. Necə böyük bir dəryadan su içdiyinin fərqində olan Həzrətin ən böyük arzularından biri Şuşada konsert vermək olub.

Həzrət Əzizli 2021-ci ildə VIII “Global Bakı” Formunda, 2022-ci ildə Şuşada keçirilən “Vaqif” Poezya Günlərində, 2022-ci ildə Diaspor məsləhətlərinə məsul dövlət qurumları rəhbərlərinin beynəlxalq Bakı/Şuşa forumunda, 2024-cü ildə Özbəkistan mədəniyyət günlərində, Şuşa Global Media Forumunda, Türk Dövləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə, “Şuşa Türk Dövlətləri Birliyinin Mədəniyyət İncisidir” adlı Beynəlxalq Yaradıcılıq Festivalında, VI Ümumdünya Mədəniyətlərarası Dialoq Forumunda da çıxış edib. 

Gənc xanəndənin repertuarında xalq mahnıları və muğamların zəngin qalereyası yaranıb. Həzrət deyir ki, muğamı öyrənikcə onun möhtəşəmliyinə heyran qalır və qəlbindəki muğam sevgisi daha da əzəmətli  olur. 

Həzrət Əzizli muğam sənətində yeni bir səsdir və əminik ki, o səsi növbəti beynəlxalq müsabiqələrdən eşidəcəyik, onun uğur hekayəsinə yeni və parlaq səhifələr əlavə olunacaq. 

Həzrət kimi gənclər bizi muğamın sabahına nikbin baxmağa sövq edir. Biz inanırıq ki, sabah da, yüz il sonra da istedadlı xanəndələrin sayəsində muğamımız bütün dünyada öz varlığını qoruyacaq. 

VIII Muğam Televiziya Müsabiqəsinə qatılanda Həzrət özünə bir söz vermişdi, mütləq qalib olacağını demişdi, vədini yerinə yetirdi, “demişdim qalib olacağam, oldum da” deyirdi o. Bu gün o, muğam yolundadır və bu unikal sənəti neçə-neçə yeni beynəlxalq müsabiqələrdə təbliğ etməyə hazırlaşır…

İradə SARIYEVA







VİDEO

Konqresmen Pallone Bakıdan qaçdı və ABŞ da “tünd sirkə kimi partladı”... - VİDEO

Pezeşkian Şahin Mustafayevlə görüşdə səhv etdi, ermənilər isə səhvdən yapışdı... - VİDEO

Türk dövlətlərinin vahid xəritə qərarı Rusiyada təşvişə səbəb oldu... - VİDEO

27 il sonra Kəlbəcər ermənilərin “göz dağına” çevrildi...

Üç Benilüks ölkəsindən Azərbaycana eyni məzmunlu böhtan həmləsi - bəlkə səfirlər toplaşsın?..

COP-a ev sahibliyini çoxları edə bilər, onu yarıtmaq isə... Azərbaycan nümunəsi...

SON XƏBƏRLƏR

25.11.2024 | 20:05
Qazaxıstan Azərbaycanın üzərindən 20 milyon ton neft ixrac edə bilər...

25.11.2024 | 19:50
33 saatlıq əlavə vaxtda Bakı COP tarixində inqilab etdi...

25.11.2024 | 19:37
Almaniyanın XİN-i Berbok Bakıda iqlimdən başqa hər işlə məşğul oldu...

25.11.2024 | 19:23
Qərbin COP29-da Azərbaycanın neft-qaz sənayesini məhv etmək planı puç oldu...

25.11.2024 | 19:09
Dünya Paris Sazişinin 6-cı maddəsindən əlini üzmüşdü... COP29 zamanında yetişdi...

25.11.2024 | 18:55
Böyük Qarabağ Zəfəri və COP29 bir-biri ilə bağlı hadisələrdir - niyə?

25.11.2024 | 18:41
COP29-un yaratdığı "karbon bazarı" dövlətlər üçün böyük gəlir mənbəyinə çevrilə bilər...

25.11.2024 | 18:35
Azərbaycanlı gənclər “I TÜRKSOY Türk Dünyası Gənclik Görüşü”ndə iştirak ediblər

25.11.2024 | 18:28
Aparıcı Qərb ölkələrini COP-da güzəştə məcbur edən 2 amil - Azərbaycanın əzmi və dünya xalqlarının təzyiqi...

25.11.2024 | 18:14
Əliyev “COP29 iqlim diplomatiyasında dönüş nöqtəsi oldu” sözləri ilə nə demək istədi...

25.11.2024 | 18:07
Dövlət sirri təşkil edən məlumatları yaymaqda təqsirləndirilən hərbi-ekspert həbs edildi

25.11.2024 | 18:00
COP29 Azərbaycan gəncliyi üçün də böyük sınaq oldu...

25.11.2024 | 17:54
Rutte- Ərdoğan görüşü- Ukrayna məsələsində vasitəçilik xahişi, ya Yunan Kiprinin NATO üzvlüyü?...

25.11.2024 | 17:42
Büdcə müzakirələrindən polislərə də şad xəbər çıxdı...

25.11.2024 | 17:37
Gömrük Komitəsi Azərbaycan-Türkiyə sərhədində yük maşınlarının sıxlığına aydınlıq gətirdi

25.11.2024 | 17:31
Bayden və Makron Trampın Ukraynada sülh planına qarşı - raket icazəsindən sonra, Ukraynaya Avropa qoşunlarının göndərilməsi gündəmə gəldi...

25.11.2024 | 17:20
Bu həmin “Figaro”dur, həmin “Human Rights Watch”dur - COP29 dünya mediasının da iç üzünü açdı...

25.11.2024 | 17:17
“Azərbaycan iqlim diplomatiyasında tarixi nəticələr əldə etdi” - Vüqar Rəhimzadə

25.11.2024 | 17:14
DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə xəbərdarlıq etdi...

25.11.2024 | 17:07
COP29 hələ 2022-ci ildən “yarıcan” qalmış Fondu da hərəkətə gətirdi...

25.11.2024 | 16:55
Əliyev alternativ enerji stansiyaları quranda dövlətlərin bir çoxunun siyasəti başqa idi - dünya COP-u müzakirə edir...

25.11.2024 | 16:47
Le Pen Fransa hökumətini hədələdi - büdcə layihəsi dəyişdirilməsə...

25.11.2024 | 16:40
Papuaşvili yenidən Gürcüstan parlamentinin sədri seçildi...

25.11.2024 | 16:31
Yeni İli İstanbulda qarşılamaq üçün ən romantik tətil seçimləri

25.11.2024 | 16:28
Azərbaycan Su-25 və Su-25 ML qırıcılarını havaya qaldırdı...

25.11.2024 | 16:06
Kəlbəcər - alınmaz qalamız

25.11.2024 | 16:04
Azərbaycan və Afrika arasında razılaşma memorandumu imzalandı

25.11.2024 | 15:55
Aralarından vəzifəlilərin də olduğu mütəşəkkil qaçaqmalçı dəstənin işi məhkəməyə göndərildi

25.11.2024 | 15:41
Lənkəranın bitmək bilməyən yararsız yol problemləri... Üstəlik, qış “qapıda”...

25.11.2024 | 15:34
Qazaxıstan mediası COP29-un yekunlarını geniş işıqlandırdı - FOTO

25.11.2024 | 15:01
Şimali Kipr Türk Cümhuriyyətinin yaranması günü paradla qeyd olundu

25.11.2024 | 14:33
Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edildi

25.11.2024 | 14:05
Prezident bələdiyyələrin siyahısında dəyişikliyi təsdiqlədi

25.11.2024 | 14:03
Azərbaycanda yeni bələdiyyələr yaradıldı

25.11.2024 | 13:30
"Çoxşaxəli artımları nəzərdə tutan sosial tədbirlər paketi həyata keçiriləcək" - Komitə sədri

25.11.2024 | 13:19
"Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilir" - Nazir

25.11.2024 | 13:10
Onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edildi

25.11.2024 | 13:07
MEDİA Agentliyi çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan etdi

25.11.2024 | 13:02
Ноябрь 1944 г. Советское зверство против тюрков-месхетинцев. 80 лет дикой истории - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

25.11.2024 | 12:48
Azərbaycan-İran xüsusi təyinatlılarının "Araz - 2024" birgə taktiki təlimi keçirilir

25.11.2024 | 12:30
İki gündə 75 cinayətin üstü açıldı, 42 nəfər saxlandı...

25.11.2024 | 12:15
İran Rusiya ilə ticarətdə dollardan imtina etdi...

25.11.2024 | 12:00
İdmançılarımız beynəlxalq turnirdə 2 medal qazanıb

25.11.2024 | 11:53
Prezident İlham Əliyev Surinam Prezidentinə təbrik məktubu ünvanlayıb

25.11.2024 | 11:51
Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrini təbrik etdi

25.11.2024 | 11:45
Dövlət qurumlarına kiberhücumların qarşısı alındı...

25.11.2024 | 11:30
Gürcüstan yenə seçkiyə hazırlaşır- bu dəfə prezident seçkilərinə...

25.11.2024 | 11:20
Bakıda 2 nəfəri öldürən şəxs 20 il azadlıqdan məhrum edildi

25.11.2024 | 11:10
Bu gündən Bakıda 46 avtobus marşrutunun fəaliyyəti bərpa edilib

25.11.2024 | 11:07
Milli Məclisdə gələn ilin dövlət büdcəsi müzakirə olunur

25.11.2024 | 11:05
"Söküntü Bakının daha pis vəziyyətdə olan məhəllələrdən başlanılacaq" - Komitə sədri

25.11.2024 | 11:02
Fransa Qafqaza buraxılmamalıdır. Paşinyan başqalarının yox, Azərbaycanın kuklası olmalıdır - CANLI

25.11.2024 | 11:00
İki gündə aşkarlanaraq götürülən silah-sursatın sayı açıqlandı

25.11.2024 | 10:30
Messi yeni biznesə başlayır -10 minlik velosiped satışı..

25.11.2024 | 10:15
Rusiya Zaporojyeyə hücum edəcək - İngilis nəşrindən ilginc İDDİA

25.11.2024 | 10:10
Nazirlər Kabineti bu qaydalara dəyişiklik edib - Əli Əsədov qərar imzalayıb

25.11.2024 | 10:05
Ukrayna mediası COP29 razılaşması barədə yazıb

25.11.2024 | 10:00
Noyabrın 25-i Kəlbəcər Şəhəri Günüdür

25.11.2024 | 09:50
Vilnüsdə yük təyyarəsi yaşayış binasına çırpılıb

25.11.2024 | 09:20
Bu ölkədə 26 milyon insan aclıqa məhkumdur- BMT həyəcan təbili çaldı!

25.11.2024 | 09:17
Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib

25.11.2024 | 09:10
“Liverpul” liderliyini möhkəmləndirdi, "Mançester Yunayted" xal itirdi

25.11.2024 | 09:09
Şirvanda "VAZ" qəza törədib, 4 piyada xəsarət alıb

25.11.2024 | 09:05
Braziliyada avtobus qəzası 17 nəfərin həyatına son qoydu

25.11.2024 | 09:00
Bu gündən məktəblərdə payız tətili başa çatıb

25.11.2024 | 08:55
Bakıda hansı yollarda sıxlıq müşahidə olunur?

24.11.2024 | 23:59
ŞOK İDDİA - Rusiyanın 200 hərbi obyekti Ukraynanın hədəfində... Siyahını ABŞ hazırlayıb...

24.11.2024 | 23:14
COP29-la bağlı gizli planlar pozuldu və Paşinyan "əlinin dalını yerə qoydu"...

24.11.2024 | 20:40
ABŞ Beynəlxalq Məhkəmənin Netanyahu qərarını dəstəkləyən ölkələri hədələdi - müttəfiqlərimiz də olsa... bitirəcəyik...

24.11.2024 | 19:35
Ukrayna Kurskda ələ keçirdiyi torpaqların 40 faizindən çoxunu itirdi...

24.11.2024 | 18:27
İran atom bombası hazırlanmasının bir addımlığında – 60 faiz zənginləşdirilmiş uran ehtiyatı, MAQATE xəbərdarlıq etdi...

24.11.2024 | 17:35
“Zelenski məni “günah keçisi” elan etdi” - Merkel

24.11.2024 | 15:50
Hikmət Hacıyev Berbokun Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırdı

24.11.2024 | 14:55
"COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir!" - Prezident İlham Əliyev

24.11.2024 | 13:30
Bayden COP29-un uğurlu təşkilinə görə Azərbaycana təşəkkür etdi

24.11.2024 | 12:20
COP29-un tarixi uğuru: karbon bazarına “yaşıl işıq” - ŞƏRH

24.11.2024 | 09:17
COP29-da 300 milyard dollarlıq iqlim maliyyəsi ilə bağlı razılıq əldə edildi

24.11.2024 | 09:00
“Qalatasaray” həm qalib gəldi, həm də rekord qırdı

24.11.2024 | 08:44
Sifarişli taksilər mübahisəli "qiymət taktikasına" başlayıblar... - mənzil başında fərqli qiymət...

24.11.2024 | 08:00
Tramp yanvarda müharibəni bitirəcək? - Zelenski ümidlidir...

XƏBƏR ARXİVİ

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930