Le Pen Fransa hökumətini hədələdi - büdcə layihəsi dəyişdirilməsə...
Milli Birlik Partiyasının parlament fraksiyasının lideri Marin Le Pen 2025-ci il üçün dövlət büdcəsi layihəsi dəyişdirilməyəcəyi təqdirdə Fransa hökumətinə etimadsızlıq barədə qətnamə təqdim etmək niyyətindədir.
Le Pen bunu Baş nazir Mişel Barnye ilə görüşdən sonra BFMTV telekanalının efirində deyib. O, mövqeyinin dəyişmədiyini vurğulayaraq bildirib ki, layihəyə düzəliş edilməsə, Milli Birlik fraksiyası hökumətə etimadsızlıq səsverməsini dəstəkləyəcək.
Marin Le Penin partiyası hökumətin elektrik enerjisi vergilərinin artırılması ilə bağlı planını büdcə layihəsindən çıxarmağı tələb edir. O, həmçinin Baş nazirə Fransa Konstitusiyasının 49.3-cü maddəsindən istifadə olunmaqla parlamentdən yan keçərək büdcənin qəbulu cəhdlərinə qarşı xəbərdarlıq edib.
Fransa Konstitusiyasının 49.3-cü maddəsi hakimiyyət orqanlarına qanunları səsvermə olmadan qəbul etməyə icazə verir. Lakin bu maddədən istifadə edilərsə, parlament 24 saat ərzində hökumətə etimadsızlıq səsverməsi elan etmək hüququna malikdir.
ZÜMRÜD