“Zelenski məni “günah keçisi” elan etdi” - Merkel
Almaniyanın keçmiş kansleri Angela Merkel 2008-ci ildə NATO-nun Buxarest sammitində Ukraynanın NATO-ya sürətləndirilmiş üzvlüyünü dəstəkləməmək qərarına görə Ukrayna-Rusiya münaqişəsində “günah keçisi” elan edildiyini bildirib.
Merkel “Der Spiegel” jurnalına müsahibəsində Ukrayna prezidenti Zelenskinin onu, daha sonra isə Fransa prezidenti Sarkozini Buçaya dəvət etdiyini və qəbul edilən qərarın nəticələrinə görə, onların məsuliyyət daşıdığını ifadə etdiyini bildirib.
Merkel Zelenskinin Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı tənqidlərini ədalətsiz hesab etdiyini bildirib.
TAHİR