KÖHNƏ VERSİYA            

Azərbaycanın bu universitetləri akkreditasiyadan niyə keçə bilmədilər...

Image

İlqar Orucov: “Təəssüf ki, hələ də yerində olmayan rektorlar var, onlar universitetləri bərbad hala salıblar”

Cari ildə 13 ali təhsil müəssisəsinin akkreditasiya qiymətləndirilməsinin keçirilməsi nəzərdə tutulub, onlardan 10-da bu proses yekunlaşıb. Bu barədə “Trend”in sorğusuna cavab olaraq Təhsildə Keyfiyyət Təminatı Agentliyindən bildirilib.

Qeyd edilib ki, digər üç ali təhsil müəssisəsində (“ADA” Universiteti, ATU, BMU) isə akkreditasiya prosesi davam edir.

"Akkreditasiya prosesi yekunlaşan ali təhsil müəssisələrindən yeddisinin nəticələri (AzTU, BDU, UNEC, ADPU, LDU, AzMİU, Xəzər Universiteti) Akkreditasiya Şurası tərəfindən “əsasən uyğundur” hesab edilərək növbəti 5 il üçün akkreditə olunmuşdur. SDU, BDU Qazax filialı və ADİU Zaqatala filialının qiymətləndirmə nəticələri Akkreditasiya Şurası tərəfindən “qismən uyğundur”, “uyğun deyil” hesab edilərək bir ildən sonra yenidən akkreditasiya olunmaları barədə qərar qəbul edilib", - deyə bildirilib.

Azərbaycanın bu Universitetləri akkreditasiyadan niyə keçə bilmədilər? Ümumiyyətlə, universitetlərin akkreditasiyadan keçməməsinin əsas səbəbləri nə ilə bağlı olur? Akkreditasiyadan keçməyən ali məktəblərin gələcək taleyi necə ola bilər?

 “Bu gün geriləyən universitetlərimizə qarşı qərarlar daha sərt olmalı idi” 

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov “Bakı-Xəbər”ə şərhində “Bilirsiz ki, Azərbaycanda təhsil müəssisələrinin akkreditasiyası Nazirlər Kabinetinin təsdiq etdiyi qərara əsasən keçirilir. Bu qərar Nazirlər Kabineti tərəfindən 2010-cu ildə təsdiq olunub. 2020-ci ildə Baş nazirin imzası ilə bu qərarda dəyişiklik edildi və yeni qaydalar qüvvəyə mindi. Bu təhsil müəssisələrinin akkreditasiyası prosesi bütövlükdə bu qaydalar çərçivəsində həyata keçirilir. Burada çox vacib məqamlardan biri ali təhsil müəssisələrinin  akkreditasiyasının aparılması prosesinin bütövlükdə bu qaydalarda əks olunmasıdır. Bu proses 7 istiqamətdə, 30 meyar və 271 indikator üzrə aparılır. Prosesi həyata keçirən qurum Elm və Təhsil Nazirliyinin  Təhsildə Keyfiyyət Təminatı Agentliyidir. Hesab edirəm ki, agentlikdə kifayət qədər peşəkar mütəxəssislər var. Eyni zamanda bu prosesə peşəkar mütəxəssislər cəlb olunur. Düşünürəm ki, proses kifayət qədər dolğun və düzgün aparılır. Akkreditasiya ilkin elan olunanda cəmiyyətdə də suallar səslənirdi ki, bizim ali təhsil müəssisələrimizin hamısımı bu meyarları doğruldur?  Əlbəttə, orada müvafiq ballar üzrə qiymətləndirmə aparılır. Qaydalar da, tələblər də kifayət  qədər aydın verilib. Hər bir indikator üzrə 3 balla qiymətləndirmə aparılır”-deyə qeyd etdi.

İ.Orucov vurğuladı ki, Nazirlər Kabinetinin təsdiq etdiyi ümimi qaydalardan irəli gələrək, eyni zamanda Elm və Təhsil Nazirliyinin kollegiyasının qərarı ilə ali təhsil müəssisələrinin institsional akkreditasiya üzrə qiymətləndirmə meyarları və ali təhsil müəssisələrinin proqramla akkreditasiya üzrə qiymətləndirmə meyarları təsdiq olunub. Bu meyarları ciddi sənəd kimi qiymətləndirən İ.Orucovun sözlərinə görə, burada beynəlxalq təcrübə nəzərə alınıb. “Ümumiyyətlə, universitetlərin akkreditasiyası həm də beynəlxalq bir yanaşmadır və akkreditasiya dəyərləndirmədir. Bütövlükdə, nüfuzlu xarici universitetlərdə, məsələn, ABŞ-da bu çoxdan tətbiq edilir.   Bu da ABŞ-da ali təhsil müəssisələrinin proqramlarının keyfiyyətinin, səviyyəsinin kifayət qədər yüksək olmasına gətirib çıxarıb. Düzdür, ABŞ-da bu sistem tamamilə  fərqlidir, hər ştat üzrə ayrıca nəzarət mexanizmi var. Bu həm də orada rəqabət mühitinin kifayət qədər güclü olmasına səbəb olub. Təbii, Azəbaycan kiçik ölkədir, bizim ali təhsil müəssisələrimizin keyfiyyəti heç o səviyyədə deyil. Bu reallıqdır”.

O vurğuladı ki, ABŞ-da 100 ildən çoxdur bu  prosedur tətbiq olunur və keyfiyyətə nəzarət sistemi formalaşıb. Onun sözlərinə görə, biz təhsil keyfiyyəti ilə fərqlənən ölkələrə baxanda görürük ki, onların hamısında bu cür sistemlər mövcuddur. “Akkreditasiya təhsil müəssisəsinin mövcud dövlət təhsil standartlarına və normativ hüquqi aktların tələblərinə uyğunluğunu ölçür. Yəni bu, ölçü alətidir. Bu,  təhsil müəssisəsinin statusunu, ixtisaslar üzrə təhsilalanların say həddinin müəyyən edilməsini, onun fəaliyyətinin növbəti müddətə uzadılmasını və sair nəzərdə tutan prosedurdur. 

Bu işdə dövlətin marağı nədir? Dövlətin elm və təhsil siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olaraq Elm və Təhsil Nazirliyi, bütövlükdə dövlət maraqlıdır ki, ali təhsil müəssisələri keyfiyyətli təhsil versinlər, orada keyfiyyət təminatı yüksək səviyyədə olsun. 

Düşünürəm ki, Azərbaycanda yaxşı, nümunəvi universitetlər var. Amma hələ də kifayət qədər özünü doğrultmayan universitetlər də mövcuddur. Etiraf etməliyik ki, bu birbaşa bəzi universitet rəhbərlərinin səriştəsizliyindən, yaxud öz vəzifələrini düzgün dərk edə bilməməsindən irəli gəlir. Bir çox hallarda universitet rəhbərlərindən “bizə muxtariyyət verilsin” kimi sözlər eşidirəm. Bunlar muxtariyyəti   necə başa düşürlər ki, azad olsalar daha yaxşı olar? Elm və Təhsil Nazirliyi hansı universitetin inkişafında maraqlı olmaz ki?

Bu düşüncə kifayət qədər yanlışdır və nəticə etibarı ilə ona gətirib çıxarır ki, bizim universitetlər rəqabət apara bilmirlər, rəqabətdə kifayət qədər uduzurlar, ölkənin ümumi inkişafından xeyli geri qalırlar. Mən ad çəkmirəm, amma lazım gələrsə, adlarını da çəkə bilərəm. Düşünürəm ki, Azərbaycanda çox nümunəvi rektorlar var, onlar universitetlərin inkişafı üçün  can yandırırlar, əllərindən gələni edirlər. Eyni zamanda təəssüf ki, hələ də yerində olmayan rektorlar var, onlar universitetləri bərbad hala salıblar.  Bu reallıqdır. Düzdür, universitet idarəçiliyində yeni şəxslər təyin olunur. Mən sonuncu təyinatları çox yüksək qiymətləndirirəm.  Məsələ bundadır ki, bəzi rektorlar tənqidi fikirlərə də açıq deyillər. Yeganə tələbləri odur ki, onlara muxtariyyət verilsin. Universitet rektorlarının çoxunun rəftarı məmur rəftarıdır...Bu başqa ölkələrdə belə deyil. Amma bizim bir çox rektorlar məmurlaşıblar, bürokratikləşiblər, təhsilin inkişafına da onların yanlış idarəçiliyi mane olur”.

Universitetlərdə kollegial idarəetmə olduğunu və elmi şuraların mövcud olduğunu deyən İ.Orucovun sözlərinə görə, elmi şuralar müstəqil olmalıdır, universiteti dədə malı kimi işlədən rektorun əlində alət olmalı deyil. “Bir anlıq düşünürəm ki, onların istədikləri muxtariyyəti onlara versələr rektorlar universitetlə necə davranacaqlar. Çox təəssüf, bizim xeyli sayda universitetlərimiz var ki, orada idarəçilikdə olan problem tədrisin keyfiyyətinə birbaşa mənfi təsir göstərir. Belə rektorların gördüyü iş  əsasən universitetin təmiridir. Onu da niyə etdikləri məlumdur. Sən daşdan, divardan nə istəyirsən, tədrisin keyfiyyətini qaldır. Hesab edirəm ki, akkreditasiya ilə bağlı tələblər daha da gücləndirilməlidir. Yenə də deyirəm, yaxşı nümunələr var. Kim ADA Universitetinin, Bakı Ali Neft Məktəbinin, kim UNEC nümunəsini inkar edə bilər? Vaxtilə oxuduğum Azərbaycan Dövlət Pedoqoji Universitetində yaxşı işlər görülür, xeyli irəliləyişlər var, təhsil mühiti xeyli sağlamlaşdırılıb, rektorun ciddi iradəsi var.   Amma paralel olaraq keyfiyyətcə aşağı olan universietlər də var ki, onlar geriləyirlər... 

...Akkreditasiya ilə bağlı deyim ki, burada çox ciddi indikatorlar var, bütövlükdə o indikatorlar üzrə qiymətləndirmə aparılanda hər birinə önəm verilir. Düşünürəm ki, 271 indekator, 30 meyar, 7 istiqamət üzrə o prosedurlar daha da sərtləşdirilməlidir. Demirəm ki, hansısa universitetə güzəşt olunub, o iddiadan uzağam, çünki prosesdə iştirak etməmişəm. Amma agentlik prosesin yeniliyini nəzərə alaraq universitetlərə yumşaq davranıb. Kifayət qədər sərt davranılsa bizim çox az sayda universitetimiz akkreditasiyadan keçə bilər. Düşünürəm  ki, Akkreditasiya Şurası xeyli humanist davranıb. Belə olamasaydı, bu gün geriləyən universitetlərimizə qarşı qərarlar daha sərt olmalı idi. Universitet rəhbərləri dərk etməlidir ki, tələb olunan meyarlar üzrə işimi qura bilməsəm dövlət və dövlətin təhsilə cavabdeh qurumu mənə qarşı çox sərt olacaq. Unuversitetlərin strategiyasında və hədəflərində müəyyən qədər formallıq var. Bütövlükdə keyfiyyət təminatı siyasəti var? O necə həyata keçirilir? Daxili təminat mexanizmləri hansı səviyyədədir? Keyfiyyət təminatının mədəniyyəti nə yerdədir?” deyən müsahibimiz vurğuladı ki,   universitetlərin bir çoxunun səviyyəsi onların akkreditasiyadan keçməsinə mane olur.

İradə SARIYEVA







VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Suriya azı 4 yerə bölünür... Əsəd "keçi qiymətinə" satılır - David koridoru gerçəkləşə bilər... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Ərdoğan 1-ci zəngi NATO-nun baş katibinə, 2-cini İlham Əliyevə etdi - niyə?..

Media savadlılığı niyə vacibdir?..

SON XƏBƏRLƏR

18.12.2024 | 20:04
Ölkəmizdə hər min nəfərə düşən nikahların sayı azalmaqdadır...

18.12.2024 | 19:51
Əliyevdən Makrona sərt mesaj - "Biz bu prosesi yalnız kənardan müşahidə edə bilmərik"...

18.12.2024 | 19:38
“Bəyaz gecələr”in müəllifi belə müğənni idi...

18.12.2024 | 19:26
Mask Azərbaycanla müharibədə(?) Ermənistana dəstək vəd etdi...

18.12.2024 | 19:18
“Müasir dövrdə media savadlılığının artırılması günümüzün əsas tələbləri sırasındadır” - Vüqar Rəhimzadə

18.12.2024 | 19:14
TƏBİB-in təşkilatçılığı ilə “Səhiyyə İdarəçiləri Zirvəsi 2024” keçirilib - FOTO

18.12.2024 | 19:05
Milli adət və ənənələr uğura gedən yolda əsas təməl daşlarından biridir

18.12.2024 | 18:51
Ermənistan Qarabağda tutulmuş hərbi caniləri azad etdirə bilmədi...

18.12.2024 | 18:44
“Peşəyönümlü təhsilin inkişafına yardım” İB “Universitetlərin rəqabət qabiliyyəti” mövzusunda tədbir keçirib

18.12.2024 | 18:38
Trampdan Zelenskiyə qarşı daha bir jest - "gəlir gəlsin, özü bilər" dedi...

18.12.2024 | 18:24
Ermənistan parlamenti 44 günlük müharibəyə dair araşdırmaların nəticələrini gizlətdi...

18.12.2024 | 18:14
Sahibə Qafarova Ankarada Ərdoğanla görüşdü - FOTO

18.12.2024 | 18:10
Rusiya Ermənistanın xarici ticarətində 1-ci yeri tutur - baş nazir açıqladı...

18.12.2024 | 18:06
Qerasimov Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması prosesindən danışdı

18.12.2024 | 17:57
Ermənistan müharibə canilərinin işi üzrə Bakı ilə əməkdaşlıqdan qaçır...

18.12.2024 | 17:43
Azərbaycan QHT-ləri YUNESKO-ya qarşı daha sərt addımlar atacaqlar....

18.12.2024 | 17:31
İsveçrə parlamentindən absurd qərar - “Bakı Dağlıq Qarabağla dialoq qursun”...

18.12.2024 | 17:18
Azərbaycanda media savadlılığı üzrə vahid Strategiya hazırlandı...

18.12.2024 | 17:07
Sumqayıtda 127 min manatlıq quldurluq - şirkət avtomobilinin qarşısını kəsib sürücünü soydular... - VİDEO

18.12.2024 | 16:55
Rus qazı Avropanı parçaladı - Mərkəzi Avropa ölkələri Ukrayna dəstəkçiləri ilə üz-üzə gəldi...

18.12.2024 | 16:47
Bələdiyyə seçkilərində namizədliyini irəli sürənlərin sayı açıqlandı - 263 nəfər qeydə alınıb...

18.12.2024 | 16:42
Yaxın günlərdə Ermənistan-Azərbaycan delimitasiya komissiyanın iclası keçiriləcək

18.12.2024 | 16:22
Eşqi, məhəbbəti Vətən olan qəhrəman Vüsal... - FOTO

18.12.2024 | 16:10
Zaxarova Ermənistanın hökumətyönlü “Telegram” kanallarını oxumamağı tövsiyə etdi - xəstələnə bilərsiniz...

18.12.2024 | 16:04
Prezident “Şahdəniz”lə bağlı sərəncamda dəyişiklik etdi

18.12.2024 | 16:03
“Yalançı dördlük” – “Washington Post”, “New York Times”, “Figaro” və “Le Monde” - Azərbaycana qarşı qərəzli kampaniyaya başladılar" - Prezident

18.12.2024 | 15:57
Gənclər və İdman Nazirliyinə bir milyon manat ayrıldı

18.12.2024 | 15:51
Milli Məclis İsveçrə Parlamentinin qərəzli mövqeyini tamamilə yolverilməz adlandırdı

18.12.2024 | 15:37
"Borrel bir neçə onillik əvvəl yaşasaydı, diktator Frankonun yaxşı xarici işlər naziri olardı" - Prezident

18.12.2024 | 15:30
Prezident İlham Əliyev Gürcüstandakı etirazlar haqqında: "Yenə də Makronun qulaqları görünür"

18.12.2024 | 14:49
Ankarada Azərbaycan və Türkiyə parlament sədrlərinin görüşü olub

18.12.2024 | 14:46
HTŞ ilə Rusiya arasında gizli danışıqlar gedir - Suriyadakı rus bazaları masada... Əsəd təhvil veriləcəkmi?

18.12.2024 | 14:40
"Azərbaycan ədəbiyyatında Giya Paçxataşvilinin yeri" adlı kitabın təqdimatı keçirildi

18.12.2024 | 14:38
“SABAHIN VİCDANI” ADLI KİTAB TƏQDİM OLUNUB

18.12.2024 | 14:36
Prezident AAYDA-ya 9 milyon 960 min manat vəsait ayırdı

18.12.2024 | 14:35
“Azərbaycan Atabəyləri”

18.12.2024 | 14:30
Respublika Perinatal Mərkəzinin təmiri nə vaxt başlayacaq? - TƏBİB sədri açıqladı

18.12.2024 | 14:24
Prezident İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibə verib - YENİLƏNDİ

18.12.2024 | 14:03
General Kirillovun qətlinə görə Özbəkistan vətəndaşı saxlandı - qətlin təfərrüatları açılır...

18.12.2024 | 13:54
Ucarda rabitə dirəklərindən kommunikasiya kabelləri oğurlayan qohumlar saxlandı

18.12.2024 | 13:27
Saatlıda pirotexniki vasitələrin satışını təşkil edən şəxs yaxalandı

18.12.2024 | 13:15
"Özəl tibb müəssisələri inkişaf etdikcə xəstələrin müalicə üçün xaricə üz tutması azalır" - Vüqar Qurbanov

18.12.2024 | 13:03
Почему армяне боятся тюрков? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

18.12.2024 | 12:50
Binəqədidə evdən 10 min manat dəyərində əşyalar oğurlayan şəxslər saxlandı

18.12.2024 | 12:27
"Hazırda Makron rejimi Fransanı uğursuz dövlətə çevirir" - Prezident İlham Əliyev

18.12.2024 | 12:12
Yük avtomobilini narkotikin təsiri altında idarə edən şəxs saxlanılıb

18.12.2024 | 12:07
Cəlilabadda məsciddən oğurluq edən keçmiş məhkum tutuldu

18.12.2024 | 11:48
Prezident Rusiya telekanalına müsahibəsində Qərbi azərbaycanlılar məsələsindən danışdı

18.12.2024 | 11:42
"İkinci Dünya müharibəsi nəticəsində müəyyən edilmiş oyun qaydaları bu gün artıq işləmir"

18.12.2024 | 11:37
Prezident İlham Əliyev: Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar Azərbaycan üçün praktiki təhlükə yaradır

18.12.2024 | 11:20
Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb

18.12.2024 | 11:20
Zurabişvili bu gün Avropa Parlamentində çıxış edəcək

18.12.2024 | 11:12
Prezident İlham Əliyev: "Bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır"

18.12.2024 | 11:10
Türkiyədə FETÖ-yə qarşı növbəti əməliyyat keçirib -nazir açıqladı

18.12.2024 | 11:10
Prezident İlham Əliyev Qətər əmirini təbrik edib

18.12.2024 | 11:07
"İstər Qərbdə, istərsə də Şərqdə Azərbaycan müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edilir" - Prezident

18.12.2024 | 11:05
Bakının bu ərazilərində yaşayış və qeyri-yaşayış sahələri qiymətləndiriləcək - Dövlət Komitəsi

18.12.2024 | 11:03
Azərbaycan erməni məsələsini necə həll etməlidir? - CANLI

18.12.2024 | 11:00
Ruanda soyqırımında ittiham olunan fransalı ömürlük həbs olundu

18.12.2024 | 10:29
"Regionlarda ciddi həkim çatışmazlığı var" - TƏBİB rəsmisi

18.12.2024 | 10:20
"ABŞ-ın köməyi olmadan Rusiya ilə danışıqlarda zəifləyəcək" - Ağ Ev-dən Ukraynaya XƏBƏRDARLIQ

18.12.2024 | 10:15
Dəm qazı yenə can aldı - bu dəfə Xaçmazda...

18.12.2024 | 10:10
Pirotexniki vasitələr satılan mağaza aşkarlanıb - DİN məlumat yaydı

18.12.2024 | 10:05
Bakı-Quba yolunda “Sürətli Keçid Kartı”nın tətbiqinə başlanılıb

18.12.2024 | 10:02
Dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVA

18.12.2024 | 10:00
İki amerikalı astronavt 6 aydır Yerə qayıda bilmir...

18.12.2024 | 09:30
Şabranda narkotika alverçiləri yaxalanıb

18.12.2024 | 09:23
Banklar kreditin ödəndiyi barədə arayışı da müştəriyə müftə vermirlər - anormallıq...

18.12.2024 | 09:20
Ukrayna təslim olmaq və ya müharibəni dondurmaq istəmir - Zelenksidən Trampa MESAJ

18.12.2024 | 09:05
FİFA ilin ən yaxşılarını açıqladı - siyahıda kimlər var?

18.12.2024 | 09:00
Bu gün Bakının bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ

18.12.2024 | 08:40
Ehtiyac meyarı 15 manat artdı - ünvanlı yardımlar nə qədər çoxala bilər?...

18.12.2024 | 08:30
Cənubi Koreya bu ölkəyə xüsusi texnikalar göndərdi - 7 ədəd K2 tankı...

18.12.2024 | 00:30
Media savadlı olmaq üçün nə etməliyik?

17.12.2024 | 21:18
Paşinyan Konstitusiyanın preambula hissəsini dəyişməkdən imtina etdi - saziş məsələsi qapanır...

17.12.2024 | 21:02
Trampın Ukraynaya soyuq münasibətinin kökündə şübhəli məqam var...

17.12.2024 | 20:47
Ərdoğan 1-ci zəngi NATO-nun baş katibinə, 2-cini İlham Əliyevə etdi - niyə?..

17.12.2024 | 20:33
Paşinyan Putinlə görüşmək üçün Aİİ sammitini Piterə salmışdı, Putin isə imtina etdi...

17.12.2024 | 20:30
Emin Ağalarov Özbəkistanda “Sea Breeze” turizm mərkəzi tikəcək - Şavkat Mirziyoyev bu təklifi dəstəkləyib

17.12.2024 | 20:18
Suriyanın təsirləri - Qərbi Azərbaycan konsepsiyası ermənilərin yuxusunu ərşə çəkib...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031