Narkotik tərkibli bitkilər yetişdirən Lerik sakinləri saxlandı
Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan rayon sakinləri Zaur Məmmədov və Zöhrab Tahirov saxlanılıblar.
DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, həmin şəxslərin yaşadıqları ünvanlara keçirilən baxış zamanı bağ sahəsində kultivasiya yolu ilə yetişdirdikləri ümumilikdə 26 ədəd çətənə kolu, əlavə olaraq isə Z.Məmmədovun həyətdəki yardımçı tikilidə, Z.Tahirovun isə torpağa basdıraraq gizlətdiyi marixuana aşkarlanaraq götürülüb. Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Faktlarla bağlı araşdırmalar aparılır.
ZÜMRÜD