Nigeriya ABŞ-a çağırış etdi – ölkədən qaçırılan milyonlarla dolların hamısını geri qaytarın
Nigeriya hökuməti ABŞ-ı ölkədən qaçırılan pulları geri qaytarmağa çağırıb.
Nigeriya xarici işlər naziri Yusuf Maitama Tuggar, hökumətin Nigeriya rəsmiləri tərəfindən xaricə qaçırılan milyonlarla dolların geri qaytarılması üzərində işlədiyini bildirib.
Tuggar qeyd edib ki, ABŞ-ın ölkəyə qaytardığı 308 milyon dollar bu illər ərzində qaçaqmalçılıq yolu ilə qaçırılan pullarla müqayisədə kifayət deyil.
Nigeriya hökumətinin tərəfdaşları ilə bağlanmış müqavilələr çərçivəsində xaricə qaçaqmalçılıq yolu ilə aparılan pulları öz vətəndaşlarının ümumi mənfəəti üçün istifadə edəcəyini vurğulayan Tuggar, pulları geri göndərməsi üçün ABŞ-a çağırış edib.
Tuggar bildirib ki, vəsait infrastrukturun inkişafına, yollar, məktəblər, təhsil və mühüm investisiya tələb edən digər həyati sektorlar kimi layihələrə yönəldiləcək.
Nigeriyalı məmurların milyonlarla dollar dövlət vəsaitini qaçaqmalçılıq yolu ilə ABŞ kimi müxtəlif ölkələrə apardıqları iddia edilir.
TAHİR