Mövsümü allergiyadan necə qoruna bilərik...
Yaz gəldisə hər kəs “payız depressiyası”ndan çıxır, günəşin işığı ilə enerji dolur. Güllər, çiçəklər açır, təbiət oyanır. Bizim də gözümüz, könlümüz açılır. Amma hər gözəlin bir eyibi olduğu kimi, yaz mövsümün eyibi də allergik xəstəliklərdir. Ağacların çiçək açması nəticəsində havada uçuşan toz hissəcikləri göz, ağız və burun vasitəsi ciyərlərə qıcıqlandırıcı təsir göstərir.
Bəs mövsümi allergiyanın simptomları nələrdir?
Polen digər adı ilə mövsümi allergiya ağacların çiçək açması nəticəsində havada uçuşan toz hissəcikləri göz, ağız və burun vasitəsi ciyərlərə qıcıqlandırıcı təsir göstərir. Bunlar burun tıxanması, burun qaşıntısı, burun axması, gözlərdə sulanma, boğazda qaşıntı, öskürmə ilə özünü biruzə verə bilər. Bəzən nəfəs darlığına belə gətib çıxara bilir. Həmçinin dəridə səpkilərə də səbəb olur.
Bəs bunların qarşısını almaq üçün nə etməliyik?
Mövsümi allergiyanın qarşısını almaq üçün həkimlə məsləhətləşməli, evdən çıxarkən şapka və eynək taxmağınız, bacardığınız qədər küləkli havada gəzməmək tövsiyyə olunur. Həmçinin geyimlərinizin qurudulmasını qapalı yerdə etməyiniz məsləhət görülür.
Məlumat üçün bildirək ki, mövsümi allergiyanın ən aktiv dönəmi sübh çağı və günorta 12:00-dan 14:00 – a kimidir. Buna görə də evin havalandırılmasını axşam etmək daha məqsədə uyğundur. Fevral ayının sonundan başlayan mövsümi allergiyaya noyabrın əvvəlinə kimi rast gəlmək mümkündür.
Aygün Carçıyeva
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin 4-cü kurs tələbəsi