Zelenskidən Makrona cavab: "Fransa ordusuna ehtiyacı yoxdur"
Ukrayna Prezidenti Volodimir Zelenski BFMTV telekanalına müsahibəsində bəyan edib ki, Ukraynanın Fransa ordusuna ehtiyacı yoxdur. "Ukrayna müqavimət göstərdikcə, Fransa ordusu öz ərazisində qala bilər. Rusiya başqa bir NATO ölkəsinə hücum etsə, vəziyyət tamamilə fərqli olacaq", - deyə Zelenski vurğulayıb.
Qeyd edək ki, fevralın sonunda Fransa Prezidenti Emmanuel Makron Qərb qoşunlarının Ukraynaya göndərilməsi ehtimalının istisna edilmədiyini bildirmişdi. O, daha sonra ifadəsində düzəliş edərək deyib ki, “bir şeyi istisna etməmək, onu etməklə eyni deyil”.
Mətləb Salahov