İstanbulda 70 kq qızılla tutulan azərbaycanlı özünü diplomat kimi təqdim etdi, ancaq...
Türkiyənin İstanbul şəhərində “Vadi İstanbul” ticarət mərkəzinin yaxınlığında azərbaycanlı 70 kiloqram qızılla tutulub. Türkiyə KİV-in məlumatına görə, həmin şəxs tutularkən diplomat olduğunu bildirib.
Trend-in əldə etdiyi xəbərə görə, İstanbulda özünü azərbaycanlı diplomat kimi təqdim edən və 70 kq qızılla saxlanılan şəxs diplomat deyil.
O, bir müddət əvvəl Azərbaycanın ABŞ-dəki Səfirliyində hərbi attaşenin köməkçisi vəzifəsində çalışıb. Tutulan şəxsin ölkəmizin Səudiyyə Ərəbistanında hərbi attaşe təyin olunduğu barədə məlumat yayılsa da, bu xəbər öz təsdiqini tapmayıb. Həmin şəxs özünü diplomat kimi təqdim etsə də, onun XİN əməkdaşı olmadığı üzə çıxıb.