Ukraynalıların hücumu davam edir - Kursk və Belqorodda daha iki rayon boşaldılır...
Rusiyanın Kursk vilayətində daha bir rayonun əhalisini təxliyəsinə başlanıb. Kursk vilayətinin yerli hakimiyyət orqanları, Belovski rayonunda mövcud vəziyyətin yenə də gərgin olduğunu bildirirlər. Onların məlumatına görə, sözügedən rayondan könüllü təxliyə davam edir.
Hökumət təhlükəli ərazini hələ də tərk etməyənləri bunu mümkün qədər tez etməyə çağırıb. Xüsusi təxliyə avtobuslarının vətəndaşları gözlədiyi xüsusi məntəqələr təşkil edilib.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi ukraynalı hərbçilərin Belovski rayonuna daxil olmaq cəhdinin qarşısının alındığını yazmışdı.
Rusiya hakimiyyətinin məlumatında, Belqorod vilayətinin Krasnoiaruj rayonundan da vətəndaşların təxliyəsinin başladığı deyilir. Yerli hakimiyyət orqanlarının dediyinə görə, bu gün səhərdən bu rayonda ukraynalıların aktivliyi qeydə alınıb.
Qeyd edək ki, Rusiyanın Kursk vilayətində döyüş əməliyyatları altıncı gündür davam edir.
TAHİR