Paşinyan KTMT-nin fəaliyyətini Ermənistanın maraqlarına uyğunsuz adlandırdı...
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərəkətləri Ermənistanın maraqlarına uyğun gəlmir . Sputnik Ermənistan xəbər verir ki , bunu ölkənin baş naziri Nikol Paşinyan deyib . O vurğulayıb ki, İrəvan bu problemi açıq şəkildə qaldırır, öz mövqeyini açıq şəkildə bildirir. “Biz öz mövqeyimizi KTMT-yə çatdırmaq üçün son fürsətdən istifadə edəcəyik. Biz burada səhv edə bilmərik”, - deyə baş nazir bildirib.
Leyla SƏMƏNDƏR