Mizoyan Almatıda Ceyhun Bayramovla imzalamaq istədiyi hansı öhdəliklərdən danışır?...
Ermənistanın xarici işlər naziri Mirzoyan Macarıstanlı həmkarı Siyarto ilə görüşdə planlaşdırılmış 10 may Almatı görüşü barədə diqqətçəkən fikir söyləyib. “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində paylaşdığı statusunda bu məsələ barədə fikirlərini paylaşıb. A.Quliyev yazır: "Məlumdur ki, Almatıda Azərbaycan və Ermənistan XİN- in görüşü gözlənilir. Mirzoyan deyib ki, Almatıda öhdəliklərimizin müzakirə olunacağına və bunların yazılı qaydada rəsmiləşdiriləcıyinə ümid edirəm...
Maraqlıdır...Hansı öhdəliklərdən söhbətin getdiyi açıqlanmır. Lakin Ermənistan rəhbərliyinin indiyə qədər nümayiş etdirdiyi mövqelərin təhlili Azərbaycanın da sülh sazişindən əvvəl hansısa aralıq öhdəliklərin imzalanmasına maraq göstərdiyini söyləməyə əsas vermir. Məlumdur ki, Ermənistan sülh sazişinin imzalanmasını uzatmaq üçün ara- sıra yayındırıcı ideyalar atır...Məsələn, az əvvəl Azərbaycana hücum etməmək barədə aralıq saziş imzalamağı təklif etmişdi, qoşunların "güzgü qaydada" sərhədlərdən içəriyə çəkilməsi barədə razılaşma təklif etmişdi və sair...Lakin Azərbaycan haqlı olaraq bunların ziyanlı manevr xarakterli olduğuna əsaslanaraq imtina etmiş və hər şeyi ancaq əsas sülh sazişinə fokuslamağı təklif etmişdi. Mirzoyanın hansı öhdəliklərdən danışdığını başa düşmək hələ çətindir .Üstəlik, bu barədə Azərbaycan tərəfinin hələlik heç bir açıqlama ilə çıxış etməməsi də düşündürücüdür. Onu da əlavə edək ki, Azərbaycan sülhə ən yaxın yol olaraq hələlikdə "sazişin baza prinsipləri" barədə razılaşmanın əldə edilməsini zəruri sayır.
Əgər Mirzoyan öhdəliklər deyəndə baza prinsiplərini nəzərdə tutursa, bu, müsbət bir addım olardı. Lakin ehtimallar Ermənistan rəsmilərinin hələlik əsas məsələdən yayınmağa üstünlük verdiklərini göstərir.Məsələn, bu günlərdə Ermənistan spikeri Alen Simonyan yekəxana bir bəyanat verib: "Sülh sazişi ən qısa vaxtda imzalanmalıdır.( guya bu dəqiqə imzalamağa hazır imiş) . Əgər ötən ilin sonunda Azərbaycan tərəfinin iradəsi yetərli olsaydı, sazişi hələ ötən il imzalaya bilərdik."...Yalana baxırsızmı? Deyir ki, Azərbaycanın sazişi imzalamağa iradəsi yoxdur. Bu əslində qarşı tərəfin özünün sülh iradəsizliyini ört- basdır etmək üsulundan başqa bir şey deyil..."
Mətləb