“Everton”a ŞOK: 10 xalı silindi
![Image](/uploads/posts/2023-11/16248857633213465208_1200x630.webp)
“Everton” klubuna bəd xəbər gəlib. Məsələ ondandır ki, futbol klubunun İngiltərə çempionatının turnir cədvəlindəki 10 xalı maliyyə feyr-pleyi qaydalarının pozulmasına görə silinib.
Sanksiya turnirin bütün tarixi boyunca rekord cərimə hesab olunur. Daha əvvəl çempionatın tarixində bu qədər böyük xalın geri alınması halı 2009-2010-cu illər mövsümündə “Portsmut” klubundan 9 xalın silinməsi zamanı baş verib. Hazırda “Everton” klubu 4 xalla turnir cədvəlində 19-cu yeri tutur.
Mətləb