Fransa ÇALXALANIR: pilotlar da tətilə qərar verdilər!
Fransa tətil və etirazlarla çalxalanır. Artıq “Air France” aviaşirkətinin pilotları da aprelin 15-də 2 günlük tətil edəcəklər. Bu barədə pilotların həmkarlar təşkilatı məlumat yayıb.
Hava şirkəti əməkdaşları nəqliyyat sektorunda tətili qadağan edən qanuna qarşı çıxırlar. Sözügedən qanun layihəsi aprelin 9-da Senatda (Fransa parlamentinin yuxarı palatası) müzakirə olunacaq. Pilotlar bu layihənin parlamentin gündəliyindən birdəfəlik çıxarılmasını tələb edirlər.
Mətləb Salahov