Alamaniyalı deputatlar müdafiə nazirinin istefasını tələb edir
Rusiyanın “İzvestiya” qəzeti Almaniya ilə bağlı maraqlı məlumat yayıb. Belə ki, Almaniya Bundestaqının Müdafiə Komitəsinin üzvü Herold Otten bəyan edib ki, “Almaniya üçün Alternativ” Partiyasının parlamentdəki fraksiyası ölkənin müdafiə nazirinin istefasını tələb edəcək.
Almaniyalı deputatın sözlərinə görə, Bundesverin zabitləri arasında söhbətin yayılmasından sonra yaranan qalmaqal Müdafiə Nazirliyinin rəhbəri Boris Pistoriusun üzərinə düşən vəzifələrin öhdəsindən gəlmədiyini göstərir. Xüsusilə, Pistoriusun mövqeyi Almaniya kansleri Olaf Şoltsun rəsmi açıqlamaları ilə ziddiyyət təşkil edir. Bu səbəbdən partiya hesab edir ki, Pistorius artıq vəzifə tuta bilməz.
Mətləb