2024-cü ilin ilk günü Ukraynada matəm elan olunacaq..
Yanvarın 1-i Ukraynada matəm günü elan ediləcək. Bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin rəsmisi Anton Gereşenko “X”də yazıb. Onun sözlərinə görə, buna səbəb dekabrın 29-da Ukraynada həyata keçirilmiş kütləvi raket hücumudur. A.Gereşenko bildirib ki, bu kütləvi hücum nəticəsində rekord sayda insan həlak olub.
Qeyd edək ki, dekabrın 29-da Ukraynaya kütləvi raket hücumu olub. Nəticədə 27 nəfər ölüb, 144 nəfər yaralanıb. Xilasedicilər bu gün daha üç qurbanın cəsədini aşkar ediblər. Qeyd edək ki, dekabrın 30-u Zaporojye, Odessa və Dneprdə matəm günü elan edilib.
Mətləb