Cümə günü, 11 iyul 2025
     

Dünya mediası Prezident İlham Əliyevin Çernobbio Forumundakı çıxışından yazır

Image

Dünya mediası Azərbaycan Prezidenti İlham Əliyevin "Dünya, Avropa və İtaliya haqqında bilgilər" mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda "Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu" adlı sessiyada çıxışına və səsləndirdiyi fikirlərə geniş yer ayırıb.

Belə ki, "Reuters", "Bloomberg", "Financial Post", "The Straits Time", "World Energy News", "Aol", "WTVB", "XM", "US News" və "WTAQ" kimi media agentliklərinin yaydığı materiallarda Prezident İlham Əliyevin Azərbaycanın bir çox Avropa ölkəsi ilə fəal əməkdaşlıq qurduğu, Avropa İttifaqının 10 üzvünün rəsmi olaraq ölkəmizin strateji tərəfdaşı olduğunu bildirib. Dövlətimizin başçısı qeyd edib ki, hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı ümumavropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır.

Azərbaycan Prezidenti vurğulayıb ki, Cənub Qaz Dəhlizi adlanan boru kəməri sistemi marşrutu boyu mövcud əlavələr və interkonnektorlar sayəsində geniş Avropa və Asiya coğrafiyasını əhatə edir. Burada da artım üçün güclü potensial var. Azərbaycan hazırda azı üç Avropa ölkəsi ilə qaz təchizatına dair danışıqlar aparır. Materiallarda Prezident İlham Əliyevin Ukrayna ərazisindən qaz tranzitinin davam etdirilməsi ilə bağlı danışıqlarda irəliləyiş olacağına müəyyən nikbinlik ifadə etdiyi bildirilir. Vurğulanır ki, dövlətimizin başçısı Ukrayna ərazisindən qaz tranzitinin davam etdirilməsi ilə bağlı Rusiya, Ukrayna və Avropa təsisatlarının Azərbaycana müraciət etdiyini, ümumi məxrəcə gəlmək üçün böyük səylər göstərildiyini deyib. Qeyd edib ki, Azərbaycan bu kontekstdə hər iki ölkə ilə təmasdadır və ciddi irəliləyiş üçün zəmin var.

Azərbaycan Prezidenti vurğulayıb ki, tranzit dayanarsa bir neçə Avropa İttifaqı ölkəsi təbii qazın fiziki əlçatanlığı ilə bağlı ciddi çətinliklərlə üzləşəcək. Azərbaycan həmin ölkələri və Ukraynanı dəstəkləmək istəyir. Çünki qazın tranziti dayandığı halda Ukraynanın qazpaylayıcı sistemi tamamilə iflic olacaq.

İtaliyanın RAI, ANSA, "Borsa Italiana" və digər mətbu orqanlarında dərc olunan yazılarda Prezident İlham Əliyevin Forumdakı çıxışında Azərbaycan və İtaliyanın uzun illər ərzində strateji tərəfdaşlar kimi fəaliyyət göstərdiyini qeyd etdiyi bildirilir. Vurğulanır ki, İtaliya Azərbaycanın dünyada bir nömrəli ticarət tərəfdaşıdır. Azərbaycan İtaliyanın bir nömrəli neft və ikinci ən böyük qaz təchizatçısıdır.

Yazılarda dövlətimizin başçısının enerji təhlükəsizliyinin milli təhlükəsizliyin ayrılmaz parçası olduğunu bildirdiyi qeyd edilir. Vurğulanıb ki, Azərbaycandan İtaliyayadək uzanan Cənub Qaz Dəhlizi boru kəməri sistemi 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür.

Materiallarda Azərbaycan Prezidentinin Çernobbioda İtaliyanın "Ansaldo Energia" şirkətinin baş icraçı direktoru Fabrisio Fabbri ilə görüşdüyü bildirilir. Diqqətə çatdırılır ki, "Ansaldo Energia" şirkəti hazırda Azərbaycanın ən böyük İstilik Elektrik Stansiyasının yenidən qurulmasında iştirak edir və stansiya 4 ədəd qaz turbini ilə təchiz olunub. "Ansaldo Energia" Azərbaycanın enerji sisteminin təkmilləşdirilməsində iştirakda maraqlıdır. Görüşdə yaşıl enerji sahəsində birgə fəaliyyətin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıldığı qeyd olunur.

Rusiyanın federal mediası, o cümlədən "TASS", "RİA Novosti" "İnterfaks", "Vestnik Kavkaza", "Regnum" informasiya agentlikləri, "İzvestiya", "Lenta.ru", "Moskovskiy komsomolets", "Komsomolskaya pravda", "News.ru" nəşrləri və televiziya kanalları da Azərbaycan Liderinin Forumdakı çıxışını geniş işıqlandırıb.

Materiallarda qeyd olunur ki, Azərbaycan Lideri ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpasını "təkcə Qafqazda deyil, daha geniş regionda baş vermiş ən böyük geosiyasi dəyişiklik" adlandırıb, torpaqlarımızın işğaldan azad edilməsini hazırda ərazi bütövlüyünü və suverenliyini bərpa etməyə cəhd göstərən ölkələr üçün yaxşı nümunə olduğunu bildirib.

Rusiya mediası Prezident İlham Əliyevin Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin təqribən 80 faizinin artıq razılışdırıldığı, sərhədlərin delimitasiyası prosesinin başlandığı və sərhədin 13 kilometrlik hissəsinin demarkasiya edildiyi barədə fikirlərini xüsusi vurğulayıb. Mətbuat Azərbaycan Prezidentinin hazırda təkcə regionda deyil, bütün dünyada ən ağrılı problem olan Rusiya-Ukrayna münaqişəsinin həllinə dair fikirlərinə də geniş yer ayırıb. Vurğulanıb ki, Prezident İlham Əliyev Azərbaycanın həm Rusiya, həm də Ukrayna ilə tarixi köklərə söykənən müsbət münasibələrinin olduğunu, Azərbaycanın bütün ölkələrin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini diqqətə çatdırıb.

Eyni zamanda, xəbərlərdə dövlət başçısının Azərbaycanın Rusiyaya qarşı sanksiyalar kampaniyasına qoşulmayacağı və iki ölkə ilə praqmatik münasibətlər fonunda, lazım gələrsə, Rusiya-Ukrayna münasibətlərinin normallaşmasında vasitəçi rolu oynamağa hazır olduğu barədə fikirləri də yer alıb. Media yazır ki, Azərbaycan Lideri Rusiya-Ukrayna müharibəsinin sona çatması istiqamətində ciddi irəliləyiş üçün zəmin olduğunu vurğulayıb.

Avropa Şurası Parlament Assambleyasının bir sıra üzvlərinin ölkəmizdə arzuolunmaz şəxs elan edilməsi barədə suala Prezident İlham Əliyevin cavabı da Rusiya mətbuatında maraq doğurub. Dövlətimizin başçısının Azərbaycan nümayəndə heyətinin səsvermə hüququndan məhrum edilməsi barədə qərar dəyişdiriləcəyi təqdirdə, ölkəmizin də AŞPA deputatlarına qarşı qadağanı aradan qaldıracağına dair fikirləri oxuculara təqdim edilib.

Dövlətimizin başçısının çıxışı Türkiyənin aparıcı media qurumları tərəfindən də geniş işıqlandırılıb. Anadolu Agentliyi, "TRT", "Haber Global, "Sözcü", "Sputnik Türkiyə", "Haberler.com", "Son dakika", "Star.com" kimi bir sıra media qurumları, "Milliyet", "Cumhuriyyet", "Yeni Şafak" qəzetləri, eləcə də bir çox müxtəlif formatda fəaliyyət göstərən media qurumları dövlətimizin başçısının səfərinə diqqət ayırıb.

"Əliyev Ermənistanla sülh sazişinin mətninin 80 faizini razılaşdırdıqlarını bildirib", "Azərbaycan Prezidenti İlham Əliyev: Sülh sazişi mətninin 80 faizi üzrə razılıq əldə olunub", "Əliyevdən "Ermənistan" mesajı: Biz 80 faizlə razılaşdıq", "Əliyev açıqladı: Ermənistanla sülh sazişi mətninin 80 faizi ilə bağlı razılıq əldə edilib" və digər sərlövhələrlə yayımlanan xəbərlərdə Prezident İlham Əliyevin forumdakı çıxışına istinadlar edilib.

Yazılarda Azərbaycan Prezidentinin çıxışından sitatlar gətirilərək "Azərbaycandan İtaliyayadək uzanan, Cənub Qaz Dəhlizi adlanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür", "biz Cənubi Qafqazda sülhə nail ola bilərik. Bu, mümkündür - Azərbaycan və Ermənistan arasında sülh danışıqları çərçivəsində baş verən hadisələr, sülh müqaviləsinin bəndlərinin təqribən 80 faizinin razılaşdırılması, sərhədlərin delimitasiyası prosesinin başlanması və hətta kiçik addım hesab oluna bilən 13 kilometrlik hissəsinin demarkasiyasının,- halbuki sərhədin uzunluğu 1000 kilometrdən artıqdır, - özü belə düzgün istiqamətdə atılan addımdır", "İtaliya Azərbaycanın dünyada bir nömrəli ticarət tərəfdaşıdır. Ötən il bizim ticarət dövriyyəmiz 16 milyard ABŞ dollarına yaxın olub. Biz artım üçün potensialı yalnız enerji sektorunda deyil, digər sahələrdə də görürük. Azərbaycan İtaliyanın bir nömrəli neft və ikinci ən böyük qaz təchizatçısıdır. Bu da bizim əməkdaşlığımızın vacib hissəsidir", "Bizim beynəlxalq səviyyədə tanınmış ərazilərimiz 30 il ərzində Ermənistanın işğalı altında idi", "O zaman işğal altında olan ərazilərimizin böyük hissəsi 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində azad edildi. Lakin məsələ bununla bitmədi, çünki separatçılar Azərbaycanın suverenliyinə xələl gətirməyə davam edirdilər. Bu məsələdə sonuncu nöqtə ötən ilin sentyabrında qoyuldu və Azərbaycanın suverenliyi tam şəkildə bərpa edildi. Münaqişəyə nəhayət son qoyuldu və bu, məhz belə də olmalı idi." - kimi ifadələrə xüsusi vurğu edilib.

Mətləb





VİDEO

SON XƏBƏRLƏR

11.07.2025 / 09:20
"60 günlük atəşkəsə razıyıq, amma..."

11.07.2025 / 09:12
"Rusiya ilə bağlı məyus oldum" - Trampdan mühüm açıqlama

11.07.2025 / 09:05
Avroliqada yeni mövsüm başladı - NƏTİCƏLƏR

11.07.2025 / 09:02
PKK bu gün silahı yerə qoyacaq - "Terrorsuz Türkiyə" dövrü başlayır

11.07.2025 / 08:41
DİM-in riyaziyyatla bağlı "hesabları" özünü doğrultmadı...

11.07.2025 / 08:40
Bakının bu yollarında tıxac var - MƏLUMAT

11.07.2025 / 00:03
"Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik" - ABŞ Departamenti

10.07.2025 / 22:34
Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi zamanı əsirlikdə və girovluqda dəhşətli işgəncələrə məruz qalmış şəxslər məhkəmədə ifadə verdi - FOTO

10.07.2025 / 22:05
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərindən görüntülər paylaşıldı - VİDEO

10.07.2025 / 21:29
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatdı - FOTO

10.07.2025 / 21:24
Tramp bacarmadı - Qərblə Rusiyanın qarşıdurması daha da şiddətlənir...

10.07.2025 / 21:10
Bakı-İrəvan sazişi barədə ABŞ-dan dalbadal sual doğuran açıqlamalar gəlir...

10.07.2025 / 20:56
Ya Öcalan PKK ilə oynayır, ya da PKK Öcalanı oynadır - 11-də hər şey açılacaq...

10.07.2025 / 20:41
"İşıqçı Karapetyan Çarukyandan güclü fiqurdur” - Paşinyanın qarşısına fiqur tapıb çıxara bilmirlər...

10.07.2025 / 20:27
Prezident Əliyevlə Paşinyan razılığa gəldi - dövlət komissiyalarına tapşırıqlar verildi...

10.07.2025 / 20:11
“Dirilik” məcmuəsinin transliterasiya edilmiş toplusunun təqdimat mərasimi keçirilib

10.07.2025 / 20:03
"Mənim yanıma hazırlığa gəlməsən, attestat qiymətini kəsəcəyəm" - müəllimlər qisasa başlayıb...

10.07.2025 / 19:43
Makron səfirliyimizə basqın etmiş quldurun cəzasını ağırlaşdırdı - Bakıya jest?..

10.07.2025 / 19:26
Tramp Azərbaycanla bağlı məktubda dediyi kimi etdi - artım var...

10.07.2025 / 19:10
Fikir və söz azadlığına tam təminat Azərbaycanda inkişafın mühüm amilinə çevrilib...

10.07.2025 / 18:55
Antinarkotik tədbirlərinin gücləndirilməsi və reabilitasiya mərkəzlərinin fəaliyyəti DİN-in Kollegiyasında geniş müzakirə olundu

10.07.2025 / 18:48
Trampın “cəfəng danışan Putinə” kiçik sürprizi nədir?..

10.07.2025 / 18:45
ABŞ Zəngəzur dəhlizi ilə bağlı təklif verib - rəsmi təsdiqləndi...

10.07.2025 / 18:33
Tramp hökumətində “Ukrayna xaosu”, ya oyun? - Heqset Trampdan fərqli siyasət aparır...

10.07.2025 / 18:25
Azərbaycan-Qazaxıstan "Tərlan-2025” PUA təlimi başa çatdı - FOTO

10.07.2025 / 18:19
Xərçəng niyə bu sürətlə artır - Azərbaycanda bir ildə təxminən 4 min artım...

10.07.2025 / 18:11
Ermənistanda Karapetyanın Sirk binası da müsadirə olunur...

10.07.2025 / 18:06
Mehdi Sobhani Pezeşkianın Qarabağda atdığı imzanı pozdu - İran XİN-dən hərəkət yoxdur...

10.07.2025 / 18:04
Beynəlxalq səyyahlar Şuşa və Ağdama səfər ediblər... - YENİLƏNDİ

10.07.2025 / 17:52
Ərəb Əmirlikləri ilə Azərbaycanın "yeni iqtisadi dövrü" başladı…

10.07.2025 / 17:39
Aİ-nin ardınca Britaniya da Azərbaycanın böyük layihəsinə qoşulur...

10.07.2025 / 17:26
Bütün əsas istiqamətlər üzrə cinayət faktları 19-40 faiz, bəzən dəfələrlə azalıb - Nazir rəqəmləri açıqladı...

10.07.2025 / 17:16
“Nar” AHK Azərbaycan tədbirində rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak etdi - FOTO

10.07.2025 / 17:14
DTX əməliyyat keçirdi - azərbaycanlı "Vaqner"çilər həbs edildi

10.07.2025 / 17:07
Polşa Ukraynaya hərbi yardımların daşındığı hava limanını bağlamaqla hədələdi…

10.07.2025 / 16:52
103 kriminal qrup zərərsizləşdirilib - DİN açıqladı

10.07.2025 / 16:25
Əliyevlə Paşinyan Əbu-Dabidə konkret nələri razılaşa bildilər?...

10.07.2025 / 16:22
Əliyevlə Paşinyanın ikitərəfli formatla bağlı razılaşması danışıqlar tarixində ən unikal nəticələrdən biridir...

10.07.2025 / 16:19
BMU ilə Lanzhou Maliyyə və İqtisadiyyat Universiteti arasında memorandum imzalanıb

10.07.2025 / 16:12
İmaməddin Xəlilov beynəlxalq təlim-məşq toplanışının ən fəal kişi parataekvondoçusu seçilib

10.07.2025 / 16:10
Dünyanın məşhur səyahətçisi Xankəndidən Avropa və Kanadaya məktublar göndərib

10.07.2025 / 15:51
Əbədiyyət dünyasının parlaq ulduzu – şəhid Əkrəm Abdullayev...

10.07.2025 / 15:31
Əbu-Dabi görüşü sülh müqaviləsi üçün mühüm hazırlıq oldu

10.07.2025 / 15:20
Prezident Əliyevlə Paşinyan ikitərəfli formatda dialoqu davam etdirmək barədə razılığa gəldi

10.07.2025 / 15:17
"Rusiya Azərbaycanla Ermənistan arasında birbaşa dialoqu alqışlayır" - Peskov

10.07.2025 / 15:05
“İki sahil” keçdiyi şərəfli yolla müstəqilliyimizin bərpasının 34 illik tarixinə bələdçilik edir

10.07.2025 / 14:18
Əbu-Dabidə Prezident İlham Əliyevlə Paşinyan arasında görüşün nəticələri açıqlandı

10.07.2025 / 14:05
Prezident İlham Əliyevlə Paşinyan arasında görüş başa çatdı - FOTO/VİDEO/YENİLƏNDİ

10.07.2025 / 14:02
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir" - Xocalı soyqırımı zamanı yaralanmış şəxs

10.07.2025 / 14:01
Prezident Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Assambleyasının 3-cü növbədənkənar sessiyasının iştirakçılarına müraciət ünvanladı

10.07.2025 / 13:54
"İşdən çıxarılan məktəb direktorlarının 20 faizi məhkəmə qərarı ilə işinə bərpa olunub" - Nazir

10.07.2025 / 13:40
İlk dəfə Şuşadan poçt vasitəsilə Avropa və ABŞ-a məktub göndərildi

10.07.2025 / 13:31
Nəsimidə narkoşəbəkənin iki üzvü 21 kq narkotiklə saxlandı...

10.07.2025 / 13:10
Евгению Примакову! Между русской культурой и Азербайджаном не нужны посредники - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

10.07.2025 / 12:50
İtaliyada anomal istilərdən 500 nəfərin öldüyü iddia edildi...

10.07.2025 / 12:34
6 ayda 40 bağça direktoru işdən çıxarılıb, 100-dən çoxuna isə töhmət verildi

10.07.2025 / 12:17
Ermənistanda müxalif deputatın oğlu da saxlandı

10.07.2025 / 12:00
Hacıqabulda 55 yaşlı kişi cərəyan vurmasından öldü

10.07.2025 / 11:45
Keçmiş prezident yenidən həbsxanaya atıldı

10.07.2025 / 11:43
Baş prokuror Zaqatalada vətəndaşları qəbul edəcək

10.07.2025 / 11:25
Azərbaycanda rus bölmələri bağlanmayacaq - nazir açıqladı

10.07.2025 / 11:12
Rusiya şirkətindən QƏRAR - Tehrana bütün reyslər ləğv edildi

10.07.2025 / 11:05
"Bu prosesin məqsədi müəllimləri işdən çıxarmaq deyil"- Emin Əmrullayev

10.07.2025 / 11:03
Ermənistanla gerçəkdən sülh mümkündürmü? - CANLI

10.07.2025 / 11:00
Bir gündə 13 kiloqramdan çox narkotik vasitə aşkarlanıb - polis

10.07.2025 / 10:44
“Mədəni İrs Beynəlxalq Ustad Məktəbinin yaradılması və kursların keçirilməsi” layihəsi çərçivəsində görüş keçirilib

10.07.2025 / 10:28
Bazar günü 34 mindən çox abituriyent imtahan verəcək

10.07.2025 / 10:20
Azərbaycan və Çin dəmiryolları arasında mühüm razılaşma

10.07.2025 / 10:16
İsveçdə qalmaqal - nazir qohumuna görə təzyiq altındadır

10.07.2025 / 10:10
“815” Çağrı Mərkəzinə 70 mindən çox zəng daxil olub

10.07.2025 / 10:05
Beynəlxalq səyyahlar Füzuliyə gəliblər

10.07.2025 / 10:02
Ağdərə sakini mal-qara otararkən minaya düşüb - BİRGƏ MƏLUMAT

10.07.2025 / 09:43
Bu gün Naxçıvanın bəzi ərazilərində içməli su olmayacaq - XƏBƏRDARLIQ

10.07.2025 / 09:28
Hər il dünyada 12 milyon qız uşağı erkən evliliyə məcbur edilir - BMT həyəcan təbili çalır..

10.07.2025 / 09:18
“Sabah” bu gün Sloveniya klubuna qarşı meydana çıxır

10.07.2025 / 09:12
Ərdoğan Burhanettin Duranı yeni vəzifəyə təyin edib

10.07.2025 / 09:02
15 ölkədən olan səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb

10.07.2025 / 08:40
Azərbaycana dəvə əti nə üçün idxal olunur?

10.07.2025 / 00:18
Rusiya Azərbaycandan iki şirkətin süd məhsullarının idxalına qadağa qoydu

09.07.2025 / 23:23
Prezident İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana xatirə hədiyyəsi təqdim edib

09.07.2025 / 21:11
Rusiya narahatdır - İranın zənginləşmiş uran qalıqları ABŞ-ın əlinə düşə bilər...

Fikir və söz azadlığına tam təminat Azərbaycanda inkişafın mühüm amilinə çevrilib...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910