Cümə axşamı günü, 12 noyabr 2026
     

İKT sektoru Azərbaycanın inkişaf gücünə çevrilir...

Image


Bu gün ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları (İKT), onların ölkənin inkişafında hansı rol oynaması əsas müzakirə predmetlərindən biri olaraq qalır.

Əslində, informasiya-kommunikasiya texnologiyalarının insan həyatına və cəmiyyətə təsiri göstərir ki, o, qlobal və dönməz xarakter daşıyır və bu, son nəticədə müasir sivilizasiyanı yeni inkişaf mərhələsinə daxil edir. Elə bu fonda son illər ölkəmizdə İKT-nin istifadəsi və inkişafında əsl bum müşahidə olunur. Azərbaycan hökuməti bu sahənin mühüm rolunu dərk edərək kompüterləşdirmə və informasiya-kommunikasiya texnologiyalarının inkişafına xüsusi diqqət edir.

Rəqəmsallaşma istiqamətində görülən işlər məmnunluqla qarşılanır 

Bu gün ölkəmizdə müasir telekommunikasiya infrastrukturunun və internetin milli seqmentinin inkişafı üçün zəruri addımlar atılır. Eyni zamanda ölkədə kompüterləşmənin daha sürətlə getməsi, yerli sənayenin inkişafı və proqram məhsullarının ixracı, milli informasiya ehtiyatlarının formalaşdırılması və istifadəsi də xüsusi diqqət mərkəzində yer alır.

Bunlarla yanaşı, yüksək ixtisaslı insan resurslarının hazırlanması,  qanunvericiliyin təkmilləşdirilməsi, informasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində də ölkəmizdə mühüm işlər görülüb.  Beləliklə, ölkədə informasiya-kommunikasiya texnologiyalarının inkişafı sahəsində ciddi nəticələr əldə edilib. Hazırda respublikada rəqəmsal iqtisadiyyatın fəal inkişafı, o cümlədən müasir informasiya-kommunikasiya texnologiyalarının bütün sektorlarda və sahələrdə, ilk növbədə, dövlət idarəçiliyində, təhsildə, səhiyyədə və kənd təsərrüfatında geniş tətbiqi üçün kompleks tədbirlər həyata keçirilir. "Elektron hökumət" sisteminin təkmilləşdirilməsini, proqram məhsulları və informasiya texnologiyalarının daxili bazarının daha da inkişaf etdirilməsini, respublikanın bütün regionlarında İT parkların təşkilini nəzərdə tutan çoxsaylı prioritet layihənin icrasına başlanılması da böyük uğurdur. O dafaktdır ki, rəqəmsal iqtisadiyyat müvafiq infrastruktur tələb edir. Buna görə də Azərbaycan telekommunikasiya şəbəkəsinin mərhələli modernləşdirilməsini həyata keçirir. Bu gün fiber optik şəbəkələrin genişləndirilməsinə bu fonda ayrıca diqqət olunur.  Bunun sayəsində genişzolaqlı əhatə dairəsi xeyli artıb. Mobil şəbəkə də müasirləşdirilir, əhalinin məskunlaşdığı ərazilərin əksər hissəsi mobil internet rabitəsi ilə əhatə olunur, nəticədə mobil rabitə abunəçilərinin sayı sürətlə artır. Həmçinin 5G texnologiyasının inkişafı istiqamətində də işlər aparılır. Dövlət və təsərrüfat idarəetmə orqanlarının işinin təkmilləşdirilməsi, hakimiyyət orqanları ilə əhali arasında səmərəli qarşılıqlı əlaqə mexanizminin formalaşdırılması üçün rəqəmsal texnologiyalardan istifadə prioritet istiqamətlərdəndir. Bu vəzifələr elektron hökumət sisteminin inkişafı vasitəsilə həyata keçirilir. Bu, lazımi sənədləri əldə edərkən vətəndaşların vaxtına və puluna qənaət edir, eyni zamanda dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinə müsbət təsir göstərir. Ümumiyyətlə, dövlət qurumlarının rəqəmsallaşması istiqamətində Azərbaycanda bir neçə ildir işlər gedir. Bütün dövlət qurumları paraleldə öz ənənəvi xidmətlərini rəqəmsal müstəviyə keçirirlər və demək olar ki, Azərbaycanda bir çox xidmət artıq onlayn olaraq tərtib olunub. İnsanlar bir neçə seçim ilə rəqəmsal imza əldə edirlər, burada biometrik imza, ASAN imza, SİMA, Mərkəzi Bankın yaratdığı və digər imza növləri var ki, insanlara seçim haqqı verilib. Bununla da insanlar rəqəmsal imza ilə öz xidmətlərini dövlətdən əldə edə bilirlər.Ümumi Elektron hökumət konsepsiyasına uyğun olaraq qurumlararası məlumat mübadiləsi ilə də daha təkmil hala gəlib. Proses hazırda uğurla davam edir. 

Azərbaycanda yüksək texnoloji bazanın formalaşdırılması istiqamətində sistemli iş aparılır 

Özəl sektorun fəal iştirakı olmadan bazarın tam inkişafı mümkün deyil və Azərbaycan rəhbərliyi İT sahibkarlığını dəstəkləyir. 

İnformasiya-kommunikasiya texnologiyaları sahəsində xidmətlərin həcmi sürətlə artır. Bu bazarın inkişafının ən mühüm göstəricilərindən biri İT məhsul və xidmətlərinin ixracının artmasıdır. Burada Azərbaycan artıq böyük uğur əldə edib. Ümumiyyətlə, ötən illər ərzində ölkədə internetin, mobil rabitənin və digər sahələrin inkişafı, daxili iqtisadiyyatın müasirləşdirilməsi üçün yüksək texnoloji bazanın formalaşdırılması istiqamətində sistemli iş aparılıb. Hazırda ölkədə telekommunikasiya texnologiyalarının, şəbəkələrinin və rabitə infrastrukturunun inkişafı stasionar və mobil genişzolaqlı çıxış sisteminin genişləndirilməsi, məlumatların və səs trafikinin kommutasiya mərkəzlərinin sayının artması, magistral xətlərin müasirləşdirilməsi, o cümlədən telekommunikasiya texnologiyalarının inkişafı ilə səciyyələnir. Eyni zamanda multimedia xidmətlərinin inkişafı üçün infrastrukturun yaradılması üçün də zəruri işlər görülür. İdarəetmə və istehsal proseslərində İKT və proqram məhsullarından istifadə iqtisadiyyat sahələrinin və yerli sənayenin inkişafında böyük rol oynayır. Proqram məhsullarının milli bazarının inkişafına xüsusi diqqət yetirilir. Beləliklə, yerli İT sənayesi uğurla inkişaf edir, birgə müəssisələr yaradılır, yeni proqram təminatı layihələri hazırlanır və həyata keçirilir, internet getdikcə daha çox yer tutur. Bu istiqamətdə aparılan ardıcıl işlər Azərbaycanda informasiya cəmiyyətinin daha da inkişafına, qlobal informasiya məkanına inteqrasiyasına xidmət edir. Burada nəzərə alınmalıdır ki, son zamanlar beynəlxalq əlaqələrin genişlənməsi şəraitində informasiyalaşdırma prosesi cəmiyyətin inkişafında getdikcə daha mühüm yer tutur. İnformasiya texnologiyaları, onların inkişaf dərəcəsi və praktiki istifadəsi, eləcə də onları dəstəkləyən telekommunikasiya infrastrukturu ayrı-ayrı ölkənin ardıcıl yüksək inkişaf templərini və onun iqtisadi inkişafa inteqrasiyasının səmərəliliyini təmin edən iqtisadi tərəqqinin ən mühüm amillərinə çevrilir. Yeni texnologiyaların iqtisadi artıma töhfəsi istehsal vasitələrinin keyfiyyətcə təkmilləşdirilməsi, kapitalın və əmək məhsuldarlığının artmasına, yenidənqurma effektinin formalaşmasına səbəb olan ənənəvi texnologiyaların dəyişməsi ilə müəyyən edilir. Eyni zamanda, İKT əvvəlki ənənəvi texnologiyalarla müqayisədə bir sıra xüsusiyyətlərinə görə fərqlənir, buna görə də onların iqtisadi artıma və milli iqtisadiyyatın inkişafına təsiri keyfiyyətcə fərqli xarakter daşıyır. 

Ramil QULİYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:22
Dublində Prezident İlham Əliyevlə Paşinyanın görüşü gözlənilir

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ