Bazar günü günü, 12 aprel 2026
     

Bakı Qlobal İqlim Şəffaflığı Platforması - "yaşıl mühit" uğrunda mübarizədə yeni hadisə...

Image


İqlim dəyişikliklərinə qarşı mübarizə məqsədilə bu gün Azərbaycan genişmiqyaslı fəaliyyət həyata keçirir. Xüsusən də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində çoxsaylı qərarların qəbulu və təşəbbüslərin irəli sürülməsi gözlənilir.  

COP29-un baş danışmanı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev qeyd edir ki, COP29 zamanı 60 sənədin qəbul olunması nəzərdə tutulur: "Ümumiyyətlə, noyabrın 11-dən 22-dək keçiriləcək COP29 çərçivəsində 20-dən çox rəsmi nümayəndə ilə enerji məsələləri, kənd təsərrüfatı, texnologiya və digər mövzularda 60-dan çox sənədin qəbul olunması gözlənilir. Bu, baş tutmuş son 5 Tərəflər Konfransı arasında ən çox sənədin qəbul olunacağı COP olacaq". 

COP29 çərçivəsində maliyyələşmə mövzusunda Yeni Kollektiv Cəmiyyət Hədəfi adlı sənədin də qəbul olunması gözlənilir. Hesab olunur ki, bu sənəd əksər dövlətlər üçün bir növ Paris Sazişinin əhəmiyyətinin qalıb-qalmaması üçün bir sınaqdır. Əgər bu sənəd qəbul olunsa, bütün inkişaf etməkdə olan ölkələr zəruri maliyyə ilə təmin olunacaqlar ki, öz iqlim fəaliyyətlərini maliyyələşdirsinlər. Təbii ki, bütün bunlar Azərbaycanın mühüm uğuru olacaq. Əslində, COP29-a qədər də Azərbaycan mühüm uğurlara imza atıb. Bunlardan biri də Bakı Qlobal İqlim Şəffaflığı Platformasına start verilməsidir. Onun məqsədi Tərəflər Konfransının  arasında inam və etimad yaratmaqla yanaşı, həm də inkişaf etməkdə olan ölkələrə İkiillik Şəffaflıq Hesabatlarının hazırlanması və yekunlaşdırılmasında dəstək göstərməkdir. Bundan əlavə, sözügedən platformanın hədəfi Genişləndirilmiş Şəffaflıq Çərçivəsində universal iştirakı təşviq etmək və şəffaflıq gündəliyini COP29-dan sonra da davam etdirməkdir. Bu platforma sayəsində dünya ictimaiyyəti görülən işlərin gedişatını daha yaxşı izləyərək etimad yarada biləcək və iqlim dəyişmələrinin təsirləri ilə mübarizə üçün əlavə fəaliyyət və investisiya tələb edən sahələri müəyyən edəcək. Bakı Qlobal İqlim Şəffaflığı Platformasının birinci mərhələsi çərçivəsində əsas məqsəd İkiillik Şəffaflıq Hesabatlarının 2024-cü ildə təqdim olunmasını təmin etməkdir. İkinci mərhələdə isə platforma Genişləndirilmiş Şəffaflıq Çərçivəsində icrası və bu layihədə universal iştirak üçün məqsədyönlü dəstək göstərməklə yanaşı, ölkələrin həm 2024-cü ildə, həm də sonrakı dövrdə həyata keçirdikləri işlərin dinamikasını izləməyə davam edəcək.

Hesab olunur ki, sözügedən platforma hökumət, beynəlxalq təşkilatlar, QHT-lər və özəl sektor da daxil olmaqla, cəmiyyətin bütün sahələrindən olan maraqlı tərəflər arasında əməkdaşlıq və koordinasiya məkanı olacaq. Tərəflərin İkiillik Şəffaflıq Hesabatlarını  hazırlaması və Genişləndirilmiş Şəffaflıq Çərçivəsində iştirakı ilə bağlı təcrübə, çətinlik və uğurların paylaşılmasını təşviq etməklə, Bakı Qlobal İqlim Şəffaflığı Platforması kollektiv səyləri daha da artıracaq. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil bunlar fonunda Bakı Qlobal İqlim Şəffaflığı Platformasının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayır: "İqlim dəyişiklikləri dünya ölkələrində daşqınlar və digər təbii fəlakətlərlə müşayiət olunur, heç bir ölkə bu təsirlərdən kənarda qalmır. İqlim dəyişikliyi bütün ölkələr üçün ciddi təhdiddir və həmin təhlükəyə qarşı birlikdə tədbirlər həyata keçirilməlidir. Bakı Qlobal İqlim Şəffaflığı Platformasının yaradılması iqlim dəyişikliklərinə qarşı mübarizədə mühüm rol oynayacaq. Bu platforma iqlim dəyişiklikləri ilə mübarizədə şəffaflığı təmin edəcək, dövlətlər və təşkilatlar arasında əməkdaşlığı gücləndirəcək və qlobal miqyasda iqlim siyasətlərinin daha effektiv həyata keçirilməsinə töhfə verəcək. İqlim dəyişikliyinə qarşı mübarizədə beynəlxalq əməkdaşlıq və məlumat mübadiləsi olduqca əhəmiyyətlidir. Bakı Qlobal Şəffaflıq Platforması bu istiqamətdə əsas vasitələrdən biri olacaq və qlobal səylərin birləşdirilməsinə imkan yaradacaq".

O, COP29 konfransında beynəlxalq əməkdaşlığın vacibliyini bir daha vurğulayaraq qeyd edib: "İqlim dəyişiklikləri ilə bağlı şəffaflıq hesabatlarının hazırlanması, xüsusilə inkişaf etməkdə olan ölkələr üçün daha çətindir. Bu çətinliklər resurs çatışmazlığı, texniki imkanların məhdudluğu və institusional dəstəyin yetərsizliyi ilə əlaqəlidir. Məhz bu səbəbdən, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası bu ölkələri dəstəkləyir. BMT-nin bu dəstəyi inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyinə qarşı mübarizədə daha fəal iştirak etməsinə və beynəlxalq miqyaslı cəhdlərə töhfə verməsinə imkan yaradır. Bu əməkdaşlıq, həmçinin, qlobal iqlim məqsədlərinə nail olunmasında vacib rol oynayır. COP29 çərçivəsində bu mövzuların müzakirəsi, iqlim dəyişikliyi ilə mübarizədə daha inklüziv və ədalətli yanaşmaların tətbiq olunmasının zəruriliyini bir daha göstərir". Onu da xatırladaq ki, Azərbaycan bu il sentyabrın 25-də BMT-nin 79-cu Baş Assambleyasında qlobal iqlim şəffaflığı üzrə yüksək səviyyəli dialoq da təşkil edəcək. Ekspertlər qeyd edir ki, bütün bunlar olduqca mühümdür. Məsələ burasındadır ki, əgər 30 il əvvəl bəşəriyyət atmosferə ildə 33 milyard ton karbon qazı buraxırdısa, hazırda bu rəqəm ildə 54 milyard tondur. Bu gün karbon qazının konsentrasiyası Yer kürəsinin son 2 milyon il ərzində gördüyü, metan və azot oksidləşməsi isə son 800 min ildə müşahidə edilən ən yüksək səviyyədədir. Bu durumda iqlim dəyişikliyinin vurduğu ziyanı azaltmağa kömək edəcək mühüm iqlim qərarları qəbul edilməlidir. Elə bu fonda da COP29-a ümidlər böyükdür. 

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Rəsmi Bakıdan Kremlə təpki - “...qəbuledilməzdir”

Azərbaycan 5 ildən çoxdur mina problemi ilə təkbaşına mübarizə aparır...

Putin etiraf etdi - “Qarabağın tanınması KTMT-nin siyasətini dəyişdi”...

SON XƏBƏRLƏR

11.04.2026 / 23:56
ABŞ-İran zirvəsi Hörmüz boğazına görə dalana dirəndi...

11.04.2026 / 22:03
Dünya sülhü gözləyərkən ABŞ ordusu hərəkətə keçdi - hərbi gəmilər Hörmüz boğazına girdi...

11.04.2026 / 20:51
İslamabadda ABŞ-İran zirvəsi - danışıqlar başa çatdı… YENİLƏNDİ

11.04.2026 / 20:15
Prezident balaca Xocavənd sakinini sevindirdi: “İlham baba mənə “KamAZ” göndərdi” - VİDEO

11.04.2026 / 18:27
Baydenin oğlu Trampın oğlanlarına meydan oxudu - qəfəs döyüşündə rinqə çıxmağa hazıram…

11.04.2026 / 18:11
Hörmüz boğazında hərəkətlilik İran gizlicə boğazdan keçmək istəyən ABŞ hərbi gəmilərini geri qaytardı…

11.04.2026 / 17:48
Hikmət Hacıyev "Sülh Körpüsü" təşəbbüsünün iştirakçıları ilə görüşdən paylaşım etdi

11.04.2026 / 16:42
Qəbələdə “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində növbəti görüş keçirildi

11.04.2026 / 16:36
Yaxın Şərqdə gərginliyi artıracaq iddia… Livan Hizbullaha qarşı ABŞ-dan hərbi yardım istəyəcək…

11.04.2026 / 16:09
ABŞ və İran nümayəndələrinin Pakistan rəsmilərilə danışıqları başladı…

11.04.2026 / 15:52
Hörmüz boğazı niyə açılmır?... Qorxunc İDDİA - İran qoyduğu minaların yerini tapa bilmir...

11.04.2026 / 15:34
Azərbaycan və Ermənistan nümayəndələrinin Hikmət Hacıyevlə görüşü olub - FOTO

11.04.2026 / 15:15
ABŞ dondurulmuş İran aktivlərinin azad ediləcəyi xəbərlərini təkzib etdi - mümkün deyil…

11.04.2026 / 15:04
İslamabadda ABŞ-İran danışıqları başlayır – sülh yolunda beş əsas maneə…

11.04.2026 / 14:27
Reuters: ABŞ İranın Qətərdə və bəzi xarici banklarda saxlanılan aktivlərinin azad edilməsinə razılıq verib

11.04.2026 / 14:12
Azərbaycan Ermənistana 887 ton dizel göndərdi

11.04.2026 / 13:55
Binəqədi evləri soyan şəxs yaxalandı...

11.04.2026 / 13:21
Cəlilabadda əməliyyat - 17 kq narkotik ələ keçirildi...

11.04.2026 / 12:28
Saatlıda narkotik və içkilinin təsiri altında avtomobil idarə edən 10 sürücü saxlandı

11.04.2026 / 11:45
Azərbaycan nefti ucuzlaşı - 119 dollar...

11.04.2026 / 11:26
Türkiyədə hərbçilərimizin də iştirak etdiyi “Anatolian Phoenix - 2026” təlimi davam edir - VİDEO

11.04.2026 / 10:55
​​Reuters: Müctəba Xamenei hücum nəticəsində ayağını itirmiş ola bilər

11.04.2026 / 10:17
CNN: Çin qarşıdakı həftələrdə İrana hava hücumundan müdafiə sistemləri tədarük etməyi planlaşdırır

11.04.2026 / 10:02
Pentaqon: İrana qarşı əməliyyatda 390 amerikalı hərbçi yaralanıb

11.04.2026 / 08:57
Bloomberg: "Rusiya bayrağı altında üzən nəhəng tanker Hörmüz boğazından keçib"

11.04.2026 / 07:55
ABŞ və Livan İsraildən danışıqlara qədər “Hizbullah”a hücumları dayandırmasını istəyir

11.04.2026 / 07:15
Müctəba Xamenei niyə görünmür?

10.04.2026 / 22:23
Simonyanla Zaxarova KTMT-nin üstündə yenə atışdılar - “emosional siyasətçi”...

10.04.2026 / 21:58
Naxçıvanda Ombudsman təsisatı ləğv edildi

10.04.2026 / 21:47
Naxçıvan AAYDA-da külli miqdarda yeyinti... Sabiq agentlik sədri təfərrüatları açıqladı - pullar Talıbova çatdırılırdı...

10.04.2026 / 21:24
Ermənistan dəmiryolları uğrunda Rusiya-Qazaxıstan diplomatik “çəkişməsi”...

10.04.2026 / 20:54
ABŞ şirkətləri Zəngəzur dəhlizindən gedir...(?)

10.04.2026 / 20:37
Bir manat da vergi ödəməyən banklar var... Bağlanacaqlar...

10.04.2026 / 20:06
İran danışıqlara başlamaq üçün ABŞ qarşısında iki şərt irəli sürdü…

10.04.2026 / 19:44
Ukrayna Xəzərdə Rusiyanın qazma platformalarını vurdu...

10.04.2026 / 19:23
Azərbaycan və Ermənistan nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilir

10.04.2026 / 18:49
Taksilərlə bağlı yayılan məlumatlara aydınlıq gətirildi...

10.04.2026 / 17:55
İqtisadi Şuranın növbəti iclası keçirildi - FOTO

10.04.2026 / 17:39
Qaradağda əməliyyat keçirildi - 42 kq narkotik dövriyyədən çıxarıldı

10.04.2026 / 17:14
Bir örtükdən daha artıq: Kəlağayı İpəkdə yazılan tarix- Nigar Həziyeva ilə söhbət - MÜSAHİBƏ

10.04.2026 / 16:36
Qərbi Azərbaycan İcmasının Səbail rayon üzrə nümayəndəsi ictimaiyyətə təqdim olunub

10.04.2026 / 16:12
Sənan Cəfərovun 2 karateçı tələbəsi beynəlxalq turnirin qalibi oldu...

10.04.2026 / 16:05
Livan üzrə Trampla Netanyahunun birgə dəhşətli planı var...

10.04.2026 / 16:03
ABŞ Ermənistan vasitəsilə Kremlin əsas iqtisadi təşkilatına nəzarəti ələ keçiririr...

10.04.2026 / 15:59
Tramp İran rəhbərliyi daxilində xəyanət dalğasına ümid edir....

10.04.2026 / 15:59
İran müharibəsi ABŞ-ın ən güclü radarlarının məhvilə nəticələndi - "Çin xofu başladı"...

10.04.2026 / 15:55
Ermənistan dəmir yollarında "əl dəyişməsi" - məsələ Azərbaycan üçün də maraqlıdır....

10.04.2026 / 15:54
"Azərbaycandan Körfəz ölkələri istiqamətində raketlərin buraxılması ilə bağlı xəbərlər əsassızdır" - MEDİA

10.04.2026 / 15:53
ABŞ-ın İranda "uran oğurlama əməliyyatı" iflasa uğradı...

10.04.2026 / 15:50
Livandan Ermənistana ermənilərin qaçqın köçü başlayır....

10.04.2026 / 15:48
Pakistan danışıqlarda iştirak edəcək İran nümayəndələrini İsraildən qorumaq üçün qırıcılarını havaya qaldırdı…

10.04.2026 / 15:35
Putin tarixində görmədiyi reytinq itkisi ilə üzləşdi...

10.04.2026 / 15:02
Prezident MİDA-nın bir qrup əməkdaşını təltif etdi

10.04.2026 / 15:00
Kim kimə yalvardı - ABŞ İrana, ya əksinə?..

10.04.2026 / 14:52
Tehranda erməni kilsəsində Xamenei üçün 40 təziyyə mərasimi? - Təəccüblü qarşılandı...

10.04.2026 / 14:34
Trampın İranla bağlı 8 aprel qərarının ilginc səbəbi...

10.04.2026 / 13:59
Britaniyanın Baş naziri üsyan etdi - Putin və Trampın hərəkətlərindən bezdim…

10.04.2026 / 13:43
Tramp Livan məsələsində ifşa edildi… Hər şeyi dəyişdirən telefon danışığı - əvvəlcə razılaşdı, sonra geri çəkildi…

10.04.2026 / 13:31
Qadın və kişilər üçün bərabər maaş məcburi olacaq

10.04.2026 / 13:25
ABŞ-ın NATO-dan çıxmasının hədəfi Türkiyə ilə İsraili vuruşdurmaqdır (?)...

10.04.2026 / 13:09
İçərişəhərdə qala divarının uçmasının səbəbi açıqlandı

10.04.2026 / 12:44
"Repetitorluq sistemi oxuyub-anlama bacarıqlarına mane olur" - Emin Əmrullayev

10.04.2026 / 12:20
Buraxılış imtahalarınin nəticələri nə vaxt açıqlanacaq...

10.04.2026 / 11:57
Nazir imtahan sistemində islahatlara çağırış etdi

10.04.2026 / 11:40
Zakir Həsənov döyüş atışlı taktiki təlimi yoxladı - FOTO

10.04.2026 / 11:32
Con Kerri: "Üç ABŞ prezidenti İrana hücum etməkdən imtina etdi"

10.04.2026 / 11:16
Məleykə Abbaszadə:DİM fəaliyyəti dövründə 6 milyondan çox insanı imtahandan keçirib

10.04.2026 / 11:11
Emin Əmrullayev:"İmtahan sistemində tədricən dəyişikliklər aparılmalıdır"

10.04.2026 / 10:51
Nazir imtahan suallarının çətinliyi ilə bağlı danışdı

10.04.2026 / 10:26
Azərbaycan nefti bahalaşdı - 125 dollar...

10.04.2026 / 10:18
Zelenskidən Putinin atəşkəs qərarına reaksiya - bu bir fürsət ola bilər…

10.04.2026 / 09:51
ETX Macarıstandan daxil olan müraciət əsasında araşdırma aparıb

10.04.2026 / 09:28
ABŞ-ın NATO-dan niyə çıxmaq istədiyi məlum oldu - Suriyada İsrail-Türkiyə toqquşmasına hazırlıq…

10.04.2026 / 09:15
ABŞ-İran müharibəsi Rusiyaya milyardlar qazandırdı...

10.04.2026 / 08:55
İranın Ali Rəhbəri: Hörmüz boğazına nəzarət yeni səviyyəyə qaldırılacaq

10.04.2026 / 08:21
Almaniya kansleri: "ABŞ-İran müharibəsi səbəbindən NATO-nun parçalanması arzu olunan deyil"

10.04.2026 / 07:35
Livan bombalandığı müddətdə ABŞ-İran danışıqları olmayacaq(?)..

10.04.2026 / 07:22
İranın vitse-prezidenti sərt danışdı - “…boş xəyalları onlarla qəbirə gedəcək”

10.04.2026 / 07:04
Kamal Xərrazi də həyatını itirdi...

10.04.2026 / 06:23
Qalibaf: "Livana edilən hücumlara güclü cavab veriləcək"

09.04.2026 / 23:57
Az öncə Meloni Tramp hamını şoka salan addım atdı...

Sosial şəbəkələrdə insanlara kütləvi hörmətsizlik qadağan edildi...

XƏBƏR ARXİVİ