Çərşənbə axşamı günü, 8 iyul 2025
     

Ermənilər daha bir alban kilsəsini Tavuşda erməniləşdirirlər...

Image

Faiq İsmayılov: "Ermənilərin etdikləri başdan-başa saxtakarlıqıdır və bizim tarixi-dini irsmizə qarşı cinayətdir"

Qazaxın Ermənistanın işğalında olan 7 kəndindən dördünün Azərbaycana qaytarılmasından sonra ermənilər daha çox narahat olmağa başlayıblar.

Bu hadisədən sonra onlar alban kilsələrinə qarşı erməniləşdirmə, qriqoryanlaşdırma siyasətini daha da gücləndirib.

Tavuş rayonunun Kirants kəndində yerləşən Müqəddəs Üçlük kilsəsində dini abidənin "görkəmini korlayan lazımsız fraqmentlərin sökülməsi işləri aparılıb". Bu barədə Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi Departamentinin, eləcə də "Mədəniyyət-Tarixi Muzey-Qoruqların və Tarixi Ətraf Mühitin Mühafizəsi Xidməti" MMC-nin əməkdaşları sonrakı "bərpa işlərinin metodikası" ilə bağlı müvafiq göstərişlər veriblər.

Qeyd olunur ki, məbədin "bərpası" və "abadlaşdırılması" işlərinin bu ilin sonunadək başa çatdırılması planlaşdırılır.

Ermənistanın Tavuş rayonunun Kirants kəndində olan alban kilsəsinin üzərindən "artıq elementləri" sökürlər. Yəni kilsənin üzərindəki, daxilindəki alban memarlığı elementlərini qaşıyıb, əvəzinə saxta elementlər əlavə edirlər. İndiyə qədər bu kilsə qalmışdı, niyə tımir və bərpa yada düşmürdü ki, proseslərin qaynar çağında ermənilər bu məbədi bərpa etmək istədilər? Demək, bunların məqsədi növbəti saxtalaşdırma işini həyata keçirməkdir. Yoxsa, ilin-günün bu vaxtında niyə əl-ayağa düşürlər? Belə olmasaydı, niyə o kilsəni   yenidən bərpa etmək istəsinlər ki?

"Saxtalaşdırma işlərinin məqsədi bu məbədi erməniləşdirməkdir" 

AMEA-nın A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun əməkdaşı, mədəni irs üzrə ekspert Faiq İsmayılov "Bakı-Xəbər"ə bildirdi ki, bu "bərpa" işi birbaşa saxtalaşdırmaya xidmət edir. "Ermənilərin içindən gələn  xislət ondan ibarətdir ki, onlar bu ərazilərin onlara məxsus olduğunu sübut etmək üçün abidləri hədəf seçirlər. Çalışırlar ki, oradakı abidələrin onlara məxsus olduğunu sübut etsinlər. Bunun üçün də tarixi və dini abidələrin həm daxili interyerini, həm də xaricini dəyişdirirlər, oradakı elementləri silirlər. Məqsədləri abidənin, məbədin üstündən qeyri-erməni elementlərini silməkdir. Hər kəsə məlumdur ki, hər bir xalq öz dini, tarixi, memarlıq, mədəni abidələrini yaradarkən öz milli elementlərindən istifadə edir. Yəni ermənilərin dediyi kimi, o məbədin üzərində "lazımsız, yararsız" hansısa bir elementin mövcudluğu mümkün deyil. Ümumilikdə götürdükdə, indiki Ermənistan ərazisində, eləcə də Azərbaycanın Qarabağ və Zəngəzur regionunda mövcud olan bütün abidələr ya islam, ya xristian dövrünə qədər olan, yaxud da xristianlıq dövrü abidələridir. Xristianlıq dövrü abidələrinin də ermənilərə heç bir aidiyyəti yoxdur. Burada deyək ki, xristianlıq dövrünə qədər olan abidələrin, hətta xaç daşların özündə belə yerli türk tayfalarının elementləri əksini tapıb. Çünki xaçların yaranması xristianlığın yaranması ilə əlaqədar deyil. Xristianlıq yarananda artıq xaçlar mövcud idi, xristianlar da bunu özlərinin simvolu kimi qəbul etdilər. Onun quruluşuna, mifoloji mənasına, ornamentinə, dünyəviliyinə görə bu xaçları öz simvolları kimi qəbul etdilər. Dünyada bir çox xalqlar da xaç simvolunu özlərinə xas şəkildə yenilədilər, dəyişdirdilər və sair. Amma ilk yaranan xaçlar olduğu kimi qalır. Bu baxımdan, ermənilər hətta Qarabağda əllidən çox abidənin xarici quruluşunu, formasını dəyişdirib  müasirləşdiriblər. Eyni zamanda Ermənistan ərazisindəki həm alban xristianlıq dövrünə, həm də ona qədər olan Azərbaycanın tarix və mədəniyyət abidələrini ya dağıdıblar, ya da saxtalaşıdırıblar. Əsasən, xarici görünüşündə dəyişiklik edə bilmədikləri abidələri məhv ediblər". 

F.İsmayılovun sözlərinə görə, ermənilər bu tip abidələri, məbədləri saxtalaşdırmaqla qədimlikdən uzaqlaşdırıblar. "Bu gün Ermənistan ərazisində baxımsız vəziyyətdə olan, istifadə edilməyən tarix və mədəniyyət abidələri, məbədlər var ki, onlardan tarixi faktlar kimi istifadə etmək mümkündür. 

Ermənilərin Kirantsdakı məbəddə apardıqları saxtalaşdırma işlərinin məqsədi bu məbədi erməniləşdirməkdir. Onlara aid olmayan digər alban dövrü abidələrinin başına gətirdikləri oyunları bu abidənin də başına gətirirlər. Burda isə təəccüblü heç nə yoxdur. Bu, erməni xislətidir. XX əsrdə Azərbaycan torpağında saxtakarlıqla yaradılıb ermənilərə verilən Ermənistanın saxtakarlıqdan başqa "xidməti" yoxdur. Bu baxımdan onların həmin məbədi "bərpa" etmək adı ilə onun üzərindən, daxilindən tarixi elementləri silmələri böyük saxtakarlıqdır. Bu elə bir məbəddir ki, onun memarlıq quruluşunda hər hansı bir dəyişikliyə ehtiyac yoxdur, orada artıq heç nə ola bilməz. Sadəcə, ermənilərin kürkünə birə düşüb. Bu səbəbdən də yenə öz əməllərini davam etdirirlər. Ermənilərin etdikləri başdan-başa saxtakarlıqıdır və bizim tarixi-dini irsmizə qarşı cinayətdir. Orada qədim erməni irsi yoxdur, bu barədə iddia irəli sürməyin özü gülüncdür. O ərazi tarixi Azərbaycan torpağıdır, o torpağın da, o abidələrin də gerçək sahibləri bizik"-deyə F.İsmayılov qeyd etdi.

F.İsmayılov vurğuladı ki, Ermənistanın maddi-mədəni, tarixi, memarlıq irsinə, xristianlıq dövrü abidələrinə qarşı həyata keçirdiyi saxtalaşdırma cinayətinə dünya səssiz qalmamalıdır. 

İradə SARIYEVA



VİDEO

SON XƏBƏRLƏR

07.07.2025 / 23:45
Qazaxıstan öz neftini Azərbaycan üzərindən ixrac edə bilər - Bakı-Supsa kəməri...

07.07.2025 / 23:29
Ermənistan parlamenti Ohanyanın deputat toxunulmazlığını ləğv etdi

07.07.2025 / 22:31
"Nəticə budur - faktlar bir-bir artır..." - Aydın Quliyev yazır

07.07.2025 / 21:29
Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğal etməsi nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə verdi - FOTO

07.07.2025 / 21:18
Rusiyada Azərbaycan diaspor rəhbərlərinin “ovuna çıxıblar”... Faktlar çoxalır...

07.07.2025 / 21:03
Quba-Xaçmaz bölgə sakinləri "fındıq elanlarından" qəzəbləniblər...

07.07.2025 / 20:48
Zəngəzur dəhlizi ABŞ və Rusiyanı üz-üzə qoyub...

07.07.2025 / 20:34
Ermənistan konstitusiyanı dəyişməkdən birdəfəlik imtina etdi, lakin Bakının tələbini icra edəcək...

07.07.2025 / 20:19
Neft bazarında vəziyyət qarışır, Azərbaycan preventiv tədbirlər görməyə məcburdur

07.07.2025 / 20:05
Xəzərdə Özbəkistanın öz “paromları” işləyəcək - Azərbaycanın “70 faiz güzəşt”i böyük iş görür...

07.07.2025 / 19:50
ECO-nun Qarabağ sammiti Əfqanıstandan Rusiyaya “yol açdı”...

07.07.2025 / 19:36
Rusiya Ukraynada kimyəvi silah tətbiq etdi - ağır ittiham, dünya şokda...

07.07.2025 / 19:22
Qlobal demoqrafiya problemləri Azərbaycanda da özünü göstərməyə başlayır...

07.07.2025 / 19:10
İrandan Azərbaycana 42 kq narkotik keçirilməsi cəhdinin qarşısı alındı - DTX və DSX-dən birgə əməliyyat...

07.07.2025 / 19:02
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı

07.07.2025 / 18:51
Rusiya Əfqanıstanı “İslam əmirliyi” kimi tanıyan ilk ölkə oldu...

07.07.2025 / 18:37
İranda türk dili problemi - Xankəndi sammiti tarixi mərhələ açdı...

07.07.2025 / 18:23
Kənd yerlərimizdə nikahsız doğulanların sayı sürətlə artır...

07.07.2025 / 18:09
ECO-nun Xankəndi sammiti - regional əməkdaşlıqda yenilik üçün yeni şərtlər var...

07.07.2025 / 17:56
Trampın Putinə ümidləri Ukraynada tam dağıldı...

07.07.2025 / 17:43
Aşuranı İranla eyni gündə və saatda keçirməyə məcburuq?..

07.07.2025 / 17:31
Pezeşkian ona qarşı sui-qəsd planının olduğunu iddia etdi - arxasında ABŞ deyil, onlar dayanırdı...

07.07.2025 / 17:26
Rusiyada daha bir müəmmalı ölüm - Putinin bu gün səhər işdən çıxardığı nazir Starovoyt evində ölü tapıldı...

07.07.2025 / 17:15
Bakıda oğurluq edən 2 şəxs saxlandı

07.07.2025 / 17:08
Rusiya hava limanlarındakı xaos Putini qəzəbləndirdi - 300-ə yaxın uçuşun dayandırılması nazirin başında çatladı…

07.07.2025 / 16:52
Filmlərin istehsalı üçün çəkilmiş xərclər qismən geri ödəniləcək...

07.07.2025 / 16:48
Ersin Tatar Azərbaycan və Şimali Kiprin biznes icmalarını daha fəal əməkdaşlığa çağırdı

07.07.2025 / 16:33
Azərbaycan Avropa İttifaqına boru kəməri ilə ən çox qaz ixrac edən ölkələrin ilk beşliyində...

07.07.2025 / 16:25
Fransa daha bir zərbəni Belçika və Perudan aldı - “Rafale” qırıcılarından imtina etdilər...

07.07.2025 / 16:10
Arpaçay İdman Birliyinin prezidenti Əli Əsgərov V Dan qara kəmər dərəcəsinin fəxri diplomuna layiq görülüb

07.07.2025 / 16:06
Ərdoğan Özgür Özələ qarşı 500 min TL-lik iddia qaldırdı

07.07.2025 / 15:26
Diplomatik xidmət orqanlarının rəhbərlərinin IX müşavirəsinin açılışı oldu - FOTO

07.07.2025 / 15:19
BMU məzunu tam təqaüdlə Çin universitetinə qəbul olub

07.07.2025 / 15:10
Sabunçuda soyğunçuluq edənlər saxlandı

07.07.2025 / 14:54
Qanı bahasına torpağı Vətən edən daha bir igidimiz – Murad Bədirov...

07.07.2025 / 14:48
Nəsimidə iki nəfəri hədələyərək soyan şəxs yaxalandı...

07.07.2025 / 14:37
Bölgələrimizdə dağılmaqda olan tarixi hamamlar yada düşmür...

07.07.2025 / 14:30
"Moskva ilə Bakı arasında fikir ayrılıqları konstruktiv şəkildə həll edilməlidir" - Peskov

07.07.2025 / 14:25
Vərəsəliklə bağlı qanunvericiliyə yeniliklər edildi

07.07.2025 / 14:17
Çinlə imzalanmış cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında müqavilə təsdiq edildi

07.07.2025 / 14:16
Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin edildi - SƏRƏNCAM

07.07.2025 / 14:08
"İşğaldan əvvəl zəng vurub deyirdilər çıxın gedin, Qarabağ Ermənistana birləşdirilməlidir, burada ancaq ermənilər yaşamalıdır" - Kərkicahan sakini

07.07.2025 / 13:50
Paşinyan Qaregini dövlət çevrilişini dəstəkləməkdə və zina etməkdə günahlandırdı

07.07.2025 / 13:45
Telefon manyaklığı PİK HƏDDƏ - oğul ana qatili oldu...

07.07.2025 / 13:22
DİN süni intellekt və İT sahələri üzrə təqaüd proqramına start verdi

07.07.2025 / 13:05
Армения опустилась ниже плинтуса - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

07.07.2025 / 12:42
Türkiyə ordusunda şəhid sayı 12-yə yüksəldi...

07.07.2025 / 12:30
Tramp BRİKS ölkələrini hədələdi- "heç bir istisna olmayacaq".

07.07.2025 / 12:10
İran mətbuatı ECO -nun 17-ci Zirvə görüşünü geniş işıqlandırıb

07.07.2025 / 12:01
Kərim Vəliyev Səudiyyə Ərəbistanına gedib

07.07.2025 / 11:23
Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

07.07.2025 / 11:21
Uşaqlar üçün art-terapiya seansları davam edir

07.07.2025 / 11:13
Ərdoğan xərçəngə tutulan müşavirini xəstəxanada ziyarət edib

07.07.2025 / 11:05
Şübhəli bilinən 52 nəfər saxlanılıb - Polis məlumat yaydı

07.07.2025 / 11:03
Baxın Rusiya münasibətlərin pozulmasını kimin üstünə yıxır - CANLI

07.07.2025 / 11:00
Baş prokuror bu tarixdə vətəndaşları qəbul edəcək

07.07.2025 / 10:41
Azərbaycan və Özbəkistan dünya çempionatını birgə keçirmək istəyirlər

07.07.2025 / 10:32
Əməkdar artist Kiprdə dincəlir

07.07.2025 / 10:23
Bakı Limanına yeni baş direktor təyin edildi - DOSYE

07.07.2025 / 10:19
İngiltərədə ailələrə dəstək - yarım milyon uşaq üçün 500 milyon funt-sterlinqlik!

07.07.2025 / 10:12
"İlham Əliyev ən etibarlı tərəfdaşlarımızdan biridir" - Leonid Slutski

07.07.2025 / 10:06
Bu gün Ursula Fon der Leyenə etimadsızlıq müzakirə olunacaq - korrupsiyaya görə...

07.07.2025 / 10:01
"Əlavə rüsumlar tətbiq edəcəm" - Tramp bu dəfə BRICS ölkələrini hədələdi

07.07.2025 / 09:38
Türkiyədən açıqlama - şəhid hərbçilərin sayı 8-ə çatıb

07.07.2025 / 09:32
İdmançılarımızdan 1 gümüş, 2 bürünc medal

07.07.2025 / 09:28
CHP lideri barədə araşdırma başlanıldı - Ərdoğana təhdid və təhqirə görə..

07.07.2025 / 09:27
Yol qəzası “20 Yanvar” metro stansiyası ətrafında güclü tıxac yaradıb - TƏCİLİ

07.07.2025 / 09:20
Türkiyəli jurnalist azadlığa çıxdı - ölkədən çıxışına qadağa qoyuldu

07.07.2025 / 09:12
Sabirabadda 3 otaqlı ev və tövlə yanıb

07.07.2025 / 09:06
Tramp Mask barədə danışdı - "bu gülünc işdir"

07.07.2025 / 09:01
Hakan Fidan və Abbas Arakçı Braziliyada görüşüblər

07.07.2025 / 00:17
İraqda terrorçuların mağarasına girən 19 türk əsgəri qazdan zəhərləndi, 5-i şəhid oldu

06.07.2025 / 23:40
Cüdoçumuz Avropa Kubokunda gümüş medal qazanıb

06.07.2025 / 22:34
Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevə təşəkkür etdi

06.07.2025 / 21:30
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi - qardaş Türkiyənin yanındayıq...

06.07.2025 / 20:53
İƏT-in 17-ci Zirvə görüşü nəticəsində Xankəndi Kommunikesi qəbul edildi

06.07.2025 / 18:25
Rusiyanın kubalıları iş elanları ilə aldadıb Ukraynaya müharibəyə göndərdiyi ortaya çıxdı – “hər gün çoxlu əsgər itirirlər”

06.07.2025 / 17:32
Rusiya Gümrüyə əlavə hərbi qüvvə yığır - Ermənistanda təhlükəli hərəkətlilik… Moskva nəyə hazırlaşır…

06.07.2025 / 17:09
Azərbaycan ABŞ-a başsağlığı verdi...

06.07.2025 / 15:26
Mask Trampa qarşı yeni partiya qurdu - Amerika Partiyası…

06.07.2025 / 13:36
"Sülh prosesi müstəsna olaraq Azərbaycan və Ermənistanın rəhbərliyi altında həyata keçirilməlidir" - Elçin Əmirbəyov

Qlobal demoqrafiya problemləri Azərbaycanda da özünü göstərməyə başlayır...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910