İtaliyada həbsxanadan qaçan mafiya üzvü yaxalanıb
İtaliyada “Vanella Grassi” klanının üzvü və ölkədə ən çox axtarılan 100 cinayətkar sırasında yer alan 31 yaşlı Qaetano Anqrisano həbs olunub. Belə ki, təhlükəsizlik qüvvələri Q.Anqrisanonun Neapol şəhərinin şimalında yerləşən Skampia qəsəbəsində gizləndiyi mənzilə basqın ediblər. O, oğlunun doğum günü şənliyi zamanı həbs olunub. Əməliyyata təhlükəsizlik qüvvələrinin 250 üzvü cəlb edilib.
Q.Anqrisano narkotik vasitələrin qanunsuz dövriyyəsi və sui-qəsd ittihamları ilə 10 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, il yarım əvvəl həbsxanadan qaçmışdı.
Mətləb