Aclıq cinayətdir, yemək ayrılmaz hüquqdur - Papa Fransisk G20-yə səsləndi
“Aclıq və yoxsulluğa qarşı qətiyyətli və təcili hərəkətə keçin. Bu, mümkün qədər tez aradan qaldırılmalı bir bəladır”. Bu fikirlər Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransiskin Rio-de-Janeyro şəhərində keçirilən G20 (Böyük İyirmilik) Liderlər Sammitinin iştirakçılarına ünvanlandığı müraciətində yer alıb. Roma Papası dünyada davam edən müharibələri pisləyib, G20 qrupunu münaqişə bölgələrində davamlı sülh üçün yeni yollar axtarmağa çağırıb.
“Sələmçilik və xəsisliklə aclığa, ölümə səbəb olan hər kəs qətl törədir. Aclıq cinayətdir, yemək ayrılmaz hüquqdur. Dünya iqtisadiyyatlarına təzyiq göstərən müharibələr, silahlanmaya xərclənən hədsiz miqdarda vəsaitlər səbəbindən bugünkü düzən pozulur. Dünyada 3 milyard insan qida çatışmazlığından, 2 milyard insan isə artıq çəkidən əziyyət çəkir."
Mətləb