ABŞ, Çin, Hindistan, Fransa, İsrail liderləri COP29- a niyə gəlmir və niyə də gəlməsinlər?..
“Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində bəzi ölkə liderlərinin COP29 tədbirinə qatılmayacaqları barədə məlumatlara dair maraqlı paylaşım edib. A.Quliyev yazır: "Özlərini dünyanın ən güclülərindən sayan ABŞ, Çin, Hindistan, Fransa, İsrail və Rusiya liderləri məlumatlara görə COP 29- da şəxsən iştirak etməyəcəklər. Niyə? Məgər iqlim təsirləri ilə məhv olmaq həddinə sürətlə yaxınlaşan dünyanın xilas cəhdlərinin onlara dəxli yoxdur? Fransa, ABŞ, Çin , Rusiya, İsrail, Hindistan dünyanın ən böyük iqtisadiyyatlarına malik ölkələr olduqları üçün dünya iqlimini ən çox korlayan da məhz onlar deyilmi ? Belə olduğu halda dünyanı daha artıq iqlim fəlakətlərindən xilas etmək üçün çiynini yük altına vermiş Azərbaycana tam dəstək göstərməyən bu ölkə liderlərinin məntiqi nədir? Azərbaycanın bu ölkələrin liderlərindən gözlədiyi və umduğu sadə bir şey var- COP- da şəxsən iştirak etsinlər və dünyanın ən qısa xilas yolları barədə fikirlərini bildirərək töhfələrini versinlər.Ətraf mühiti çirkləndirməkdə bu ölkələrin məsuliyyət payı 100 şkaladırsa, Azərbaycanın payı yüzdə bir ola - olmaya....Bu ölkələri bir- bir nəzərdən keçirək.
Mətləb