KÖHNƏ VERSİYA            

Azərbaycan Yeni Kaledoniyada Fransanın nüfuzunu yerlə bir etdi...

Image

Fransanın müstəmləkəçilik siyasətinə etiraz edən Yeni Kaledoniyada bu gün Azərbaycan bayraqlarına daha tez-tez rast gəlmək mümkündür. Elə ötən ay Yeni Kaledoniyanın paytaxtı Numea şəhərində Fransa müstəmləkəçiliyinə qarşı etiraz aksiyasında  Azərbaycan bayrağı da dalğalanmışdı.

Xatırladaq ki, həmin vaxt Fransa kolonializminə qarşı təşkil olunmuş etiraz aksiyasında 10 min nəfər iştirak edib. Sosialist və Milli KANAK Azadlığı Cəbhəsi tərəfindən təşkil edilən aksiyanın iştirakçıları Fransanın müstəmləkəçilik siyasətinə qarşı şüarlar səsləndirib, müstəqillik tələb ediblər. İştirakçılar, Azərbaycan da daxil olmaqla, 3 bayraq - BMT və Yeni Kaledoniya bayraqlarını da qaldırıblar. Onlar Azərbaycanın dövlət atributunu ön cərgədə daşıyıb, tribunaya sancıblar. Polis başqa ölkənin bayrağının dalğalandırılma səbəbini soruşduqda etirazçılar bildiriblər ki, Azərbaycan hər zaman onların yanındadır, neokolonializmlə mübarizəyə dəstək olur. Fransanın etrazlarına baxmayaraq, Numeada təşkil olunan növbəti aksiyada  daha çox sayda Azərbaycan bayrağı dalğalandırılıb. Qeyd edək ki, Numeada ölkənin müstəqilliyi və suverenliyini tələb edən siyasi partiyalar tərəfindən növbəti etiraz yürüşü keçirilib. Burada  Kaledoniya və Kanak xalqı son günlər Fransa dövlətinin bir çox nazirinin ölkələrinə gəlişinin onlara qarşı təzyiq olduğunu və bu təzyiqə etiraz etdiklərini bildirirlər. Xüsusilə silahlı qüvvələr naziri Sebastyan Lekornunun ölkəyə gəlişi yerli insanları daha çox narahat edib. Onlar Fransanın Yeni Kaledoniyanı hərbiləşdirməsinə qarşı çıxırlar. Kaledoniyalılar Makron hökumətinin onları 1988-ci ildə Kaledoniya ilə bağlı müəyyən edilmiş trayektoriyadan yayındırmaq cəhdlərinə və onun tam suverenliyinə nail olmasına qarşı həyata keçirdiyi müxtəlif manevrlərə etiraz edirlər. Bildirirlər ki, etiraz nümayişinin məqsədi Fransa dövlətinin ölkəyə yaratdığı risqlər barədə Kaledoniya əhalisini xəbərdar etmək və məlumatlandırmaqdır. Nümayişin təşkilatçıları qeyd edirlər ki, Fransanın daxili işlər naziri Jerald Darmanenin çıxışları Fransa hökumətinin mövqeyini, dekolonizasiya və  ölkənin tam suverenliyi məsələsində müstəqillik tərəfdarlarının və milli fəalların fikrini nəzərə almamaq istəyini nümayiş etdirir. “Le Cellule de Coordination des Actions de Terrain” qrupu Kaledoniya rəhbərlərinin razılığı olmadan hər hansı konstitusiya islahatları keçirilməsinə və qanunun məcburi şəkildə dəyişdirilməsinə sərt etiraz bildirib. Vurğulanıb ki, silahlı qüvvələr naziri Lekornunun Kaledoniyaya gəlişi Fransanın Hind və Sakit okean regionunda hərbi mövcudluğunu və qüdrətini gücləndirmək məqsədini açıq şəkildə nümayiş etdirir. O da qeyd olunur ki, prezident Emmanuel Makronun Hind-Sakit okean regionunda hazırladığı strategiya Yeni Kaledoniyanı təhlükəli vəziyyətə salacaq. Makron siyasəti ilə Yeni Kaledoniyanın müstəqillik qələbəsinə mane olmaq və ölkənin siyasi həyatına təsir etmək istəyini aydın nümayiş etdirir. Nümayişçilər fransız nazirlərin son günlər Kaledoniyaya gəlişini onların BMT Baş Assambleyasının 2020-ci il dekabrın 10-da qəbul edilmiş qətnaməsinin tətbiq edilməməsi ilə bağlı hökumətin mövqeyini ortaya qoyduğunu deyirlər. Numea sazişinin ölkəyə sülh və sabitlik gətirdiyini bildirən nümayişçilər həmin sazişdə nəzərdə tutulmuş müddətin sonunda ölkələrinin tam azad olacağını gözləyirlər.

Kaledoniyada fəaliyyət göstərən siyasi partiyalar Azərbaycanın bu ölkənin müstəqilliyini dəstəkləməsini yüksək qiymətləndiriblər. Buna görə də nümayiş kortecində Azərbaycan bayrağı dalğalanıb. Kaledoniya İttifaqı Partiyasının prezidenti Ten Kristian aksiya ilə bağlı “AzərTAc”a açılqlmasında qeyd edib: “Emmanuel Makron və daxili işlər naziri Jerald Darmanenlə silahlı qüvvələr naziri Lekornunun praktikasına qarşı ikinci etiraz nümayişi keçiririk. Onlar 2024-cü ildə müddəti bitən Numea sazişində nəzərdə tutulmuş öhdəliklərdən yayınmaq üçün müxtəlif manevrlərə əl atırlar”. O bildirib ki, son nümayişlə Fransa hökumətinin Yeni Kaledoniyada yeni hərbi baza yerləşdirməsi və onun genişləndirilməsinə etirazlarını bildirirlər: “Yeni Kaledoniyanın hərbiləşməsinə razı deyilik. Biz bu yeni hərbi bazaya “Yox!” deyirik. Biz müharibə vəziyyətində deyilik. Hind-Sakit okean regionunda yerləşən ölkələr, xalqlar arasında münasibətlər yaxşıdır. Ölkəmizdə hərbi baza yerləşdirilməsinə ehtiyac yoxdur. Fransanın məşğul olmalı olduğu başqa çox işləri var, onlarla məşğul olsun. Biz hərbi baza istəmirik”. Etiraz nümayişi keçirməkdə məqsədlərinin əhalini yerli və xarici KİV vasitəsilə mümkün risqlərlə bağlı xəbərdar etmək və məlumatlandırmaq olduğunu söyləyən partiya sədri deyib: “Nümayişimizlə, Azərbaycan da daxil olmaqla, bütün ölkələrə demək istəyirik ki, bu mesajları BMT səviyyəsində çatdırmaq və paylaşmaq lazımdır. Emmanuel Makron hökumətinin bu manevrlərinə qarşı birlikdə mübarizə aparaq”. Kaledoniya İttifaqı siyasi partiyasının prezidenti Qoa Danyel isə vurğulayır: “1998-ci ildə dekolonizasiya prosesinə başlanıldı və qarşıdan gələn il bu proses başa çatır. Ancaq 3-cü referendumdan sonra Fransa dövləti bildirdi ki, 25 il əvvəl başlayan prosesi dayandırırıq, yeni prosesə başlayırıq. Reallıq isə tamamilə başqadır. Bizə əxlaqsız münasibət göstərirlər. Fransa daxili işlər, iqtisadiyyat nazirləri ölkəmizə gəldilər. İndi də silahlı qüvvələr naziri gəlib. Bu, Fransa dövlətinin bizə qarşı üç hücumdur. Daxili işlər naziri Darmanen gələndə əhalini səfərbər olmağa, nümayişə çağırdıq. Noyabrın sonunda olan bu etiraz yürüşünə 6 min insan qatıldı. İndi isə silahlı qüvvələr naziri gəlib və ölkəmizdə hərbi baza yerləşdirilməsinə etiraz olaraq, biz yenidən səfərbər olmağa çağırış etdik. Son nümayişdə isə 10 mindən çox insan iştirak edib. Ancaq bu bizim son nümayişimiz deyil”. Q.Danyel ölkələrinin müstəqilliyi və suverenliyi uğrunda mübarizəni dayandırmayacaqlarını deyib. Qeyd edib ki, Fransa Kanakı hərbi baza kimi istifadə etmək istəyir, ancaq biz buna yox deyirik: “Fransa bunu bizim razılığımız olmadan edə bilməz. İqtisadiyyat naziri də bizi səlahiyyətimizdə olan şaxtalardan mərhum etməyə gəlmişdi. Bu gün artıq şaxtalara əl qoyublar. Bizə malik olanı bərpa etmək istəyirik. Fransa şaxtalarla bağlı yeni məcəllə hazırlamaq istəyir ki, bu məcəllə şaxtaçılara Yaponiya kimi başqa ölkələrə gedib, daha yaxşı alıcı axtarmağa imkan verməyəcək. Bu məcəllə şaxtaçıları əldə etdikləri məhsulu Avropaya ucuz satmağa məcbur edəcək. Bütün bunlar məqsədlərimizə uyğun gəlmir. Fransa naziri Darmanen isə jandarmlarını gətirmək, burada mövqeyini möhkəmləndirmək istəyir. Onda artıq bu nümayişlər də olmayacaq. Jandarm və hərbçilərin sayı artır. Biz isə 25 il əvvəl müstəqilliklə bağlı saziş imzalayıb prosesə başlamışıq. Gələn il sazişin müddəti bitir və inkişaf olmalıdır. Ancaq Fransa dövləti hər şeyi dağıdır və tamamilə başqa istiqamətdə işə başlamaq istəyir. Biz isə bunu qəbul etməyəcəyik”. Bunlar fonunda Yeni Kaledoniyada Azərbaycana nüfuz savaşında uduzmaqda olan Fransa cılız addımlara gedir. Belə ki, Fransa dünyada özünü söz azadlığının və demokratiyanın carçısı kimi təqdim etsə də, jurnalistlərin fəaliyyətinə maneçilik törətməkdən, onları təqib etməkdən və təzyiq altında saxlamaqdan, hətta təhdidlərə məruz qoymaqdan çəkinmir. Belə ki, “AzərTAc”-ın Yeni Kaledoniyaya ezam olunmuş əməkdaşı Aygün Həsənovanın vizası olduğu halda həmin ölkəyə girişinə qadağa qoyulub. Bu azmış kimi, jurnalist bir sutka polis bölməsində saxlanılaraq “arzuolunmaz şəxs” kimi ölkədən çıxarılıb. Təbii ki, məhz Bakıdan gəldiyi üçün jurnalistin ölkəyə girişinə icazə verilməyib. Çünki Fransa dövləti Yeni Kaledoniya və Fransanın digər koloniyalarında getdikcə güclənən azadlıq və müstəqillik uğrunda mübarizə barədə həqiqətlərin yayılmasını hər vasitə ilə məhdudlaşdırmağa çalışır. Onu da qeyd edək ki, noyabrın 21-də Bakıda Qoşulmama Hərəkatının Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf" mövzusunda konfrans keçirilib. Azərbaycan prezidenti İlham Əliyev konfrans iştirakçılarına müraciət edərək, Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi kolonializmə qarşı mübarizə aparan və azad olmağa çalışan xalqları dəstəklədiyini bildirib.

Nahid SALAYEV







VİDEO

Konqresmen Pallone Bakıdan qaçdı və ABŞ da “tünd sirkə kimi partladı”... - VİDEO

Pezeşkian Şahin Mustafayevlə görüşdə səhv etdi, ermənilər isə səhvdən yapışdı... - VİDEO

Türk dövlətlərinin vahid xəritə qərarı Rusiyada təşvişə səbəb oldu... - VİDEO

Dilimizin Monitorinq Mərkəzi niyə ləğv edildi... Prezidenti məcbur buraxan nüanslar...

Belçika parlamentindən Azərbaycana absurd tələb - “qoşunlarınızı Ermənistandan çıxarın!..”(?)

Ermənistan Azərbaycanla "Transsərhəd çaylar" əməkdaşlığında maraqlı deyil...

SON XƏBƏRLƏR

23.11.2024 | 21:28
Borrel “Putinlə Trampı danışıqlar masasında əyləşdirmək istəyir”...

23.11.2024 | 21:25
COP29-a təzyiq yolunun sonu - Bayden kürsünü də, Sülh mükafatını da itirdi...

23.11.2024 | 21:15
27 il sonra Kəlbəcər ermənilərin “göz dağına” çevrildi...

23.11.2024 | 21:01
Üç Benilüks ölkəsindən Azərbaycana eyni məzmunlu böhtan həmləsi - bəlkə səfirlər toplaşsın?..

23.11.2024 | 20:47
“İlham Əliyev deyib ki, saqqalını qırx” - Paşinyana yeni hücum...

23.11.2024 | 20:33
Makron Fransanı daha bir ölkədə biabırçı duruma düşürdü...

23.11.2024 | 20:19
Bakıda "Azərbaycan İrəvanı" günləri erməniləri ifşa edir...

23.11.2024 | 20:06
Azərbaycan iqlim maliyyə iddiasını konkret ortaya qoydu - ildə 250 milyard, Afrikadan dəstək - "biz trilyonlar tələb edirik"

23.11.2024 | 19:52
İlk erməni sputniki Azərbaycanda nələrin fotosunu çəkib?..

23.11.2024 | 19:38
Dizel yanacağı istehsalının bu qədər artımı nə ilə bağlıdır?..

23.11.2024 | 19:26
COP-a ev sahibliyini çoxları edə bilər, onu yarıtmaq isə... Azərbaycan nümunəsi...

23.11.2024 | 19:14
COP29 "yaşıl eraya" uğurlu keçidin mühüm platforması kimi özünü təsdiqlədi....

23.11.2024 | 19:01
Azərbaycançılıq mükəmməl milli ideologiya kimi ölkənin tərəqqisini daha dinamik hala gətirir

23.11.2024 | 18:47
"Qlobal Cənub QHT Platforması" nədir - Azərbaycan COP-da növbəti addımını atdı...

23.11.2024 | 18:33
Kiçik ada dövlətləri Bakıda "iqtisadi güclərə qarşı üsyan qaldırdılar" - "bizim seçimimiz yoxdur"...

23.11.2024 | 18:30
Beynəlxalq Forum direktoru ABŞ-ı iqlim sazişi ilə bağlı öhdəliklərindən yayınmağı dayandırmağa çağırdı

23.11.2024 | 18:20
"Power Shift Africa" ABŞ və Qərb ölkələrini iqlim maliyyəsi üçün məsuliyyətdən yayınmaqda ittiham etdi

23.11.2024 | 18:19
"Politico" nəşri Azərbaycanı "rus qazı" ilə ləkələməyə çalışır...

23.11.2024 | 18:12
İqlim Fəaliyyəti üzrə Beynəlxalq Şəbəkənin nümayəndəsi üsyan etdi - Qlobal Şimal ikiüzlülüyə son qoymalıdır...

23.11.2024 | 18:05
“Böyük Tiqranın Halley Kometi” - erməni tarixçilər təzə saxtakarlığa əl atdılar...

23.11.2024 | 18:03
Antiterrordan sonrakı reallıqları COP 29 bir daha təsdiqlədi...

23.11.2024 | 17:51
COP çərçivəsində “Qarabağa erməni qayıdışı”nı qabardanlara 2 dəqiq şərt qoyuldu...

23.11.2024 | 17:44
Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürülür...

23.11.2024 | 17:38
Ermənilər İrəvandakı daha bir qədim türk izini silir - “Qırmızı körpü”...

23.11.2024 | 17:25
Qərblə Rusiya "qarşılıqlı dondurulmuş pullarla" bir-birinə hücuma başlayıblar...

23.11.2024 | 17:12
İqlim fəalları inkişaf etmiş ölkələri iqlim maliyyəsi vədinə əməl etməyə çağırdı...

23.11.2024 | 17:06
Azərbaycan mediasının COP29 sınağı…

23.11.2024 | 17:02
Berbok Azərbaycan XİN-in “76 nəfərlik qara deputatlar” siyahısından danışdı...

23.11.2024 | 16:41
ABŞ Ukraynaya nüvə silahı verilməsi məsələsini gündəmə gətirdi...

23.11.2024 | 16:25
Netanyahunun Brüsselə yolu bağlandı - gəlsə həbs edəcəyik...

23.11.2024 | 16:14
MM-in Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupundan Paşinyana cavab...

23.11.2024 | 16:09
Aİ və 25 ölkə COP29-da öhdəlik götürdü - kömür elektrik stansiyaları tikməyəcəklər...

23.11.2024 | 16:06
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı

23.11.2024 | 16:05
Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edildi

23.11.2024 | 15:51
Tramp Ukraynanın NATO üzvlüyünə qarşı çıxan diplomatı Kiyevə xüsusi nümayəndə təyin edir...

23.11.2024 | 15:41
Qarabağın rəmzi Xarıbülbül cənubda

23.11.2024 | 15:36
COP29-da iqlim maliyyəsinin artırılması tələbi ilə aksiya keçirildi - FOTO

23.11.2024 | 15:17
Zakir Həsənov müşavirə keçirdi - ordu qarşısında konkret tapşırıqlar qoyuldu

23.11.2024 | 14:31
Fəxrəddin Altun: “Türkiyə terrora qarşı mübarizəsini davam etdirəcək”

23.11.2024 | 14:24
“Kipr türk xalqının bərabər beynəlxalq statusu üçün təşəbbüslərimizi davam etdiririk” - Hakan Fidan

23.11.2024 | 13:30
İstanbulda 70 kq qızılla tutulan azərbaycanlı özünü diplomat kimi təqdim etdi, ancaq...

23.11.2024 | 13:16
COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanıb

23.11.2024 | 13:04
Laçında 4,5 bal gücündə zəlzələ olub...

23.11.2024 | 12:16
Baş nazir Əli Əsədov köhnə qərarı ləğv edib yeni qərar imzaladı

23.11.2024 | 12:00
Livanda bəzi xəstəxanalar fəaliyyətini dayandırıb - ÜST həyəcan təbili çalır

23.11.2024 | 11:30
Qaz partlayışından xəsarət alan Cəhri sakini Bakıda vəfat edib

23.11.2024 | 11:20
Deputatlarımız Moskva yolçusudur

23.11.2024 | 11:10
Neftimizin qiyməti 76 dolları ötüb - dünya bazarında son durum

23.11.2024 | 11:05
Azərbaycanın əl-ayağına düşüb minnətdar olmalı idilər ki, "bizim bərbad etdiyimiz dünyanı siz xilas edirsiniz"!

23.11.2024 | 11:00
"Bu cəhdlər bütün bəşəriyyət üçün fəlakətlə nəticələnə bilər" - türkiyəli iqtisadçıdan XƏBƏRDALIQ

23.11.2024 | 10:30
“Neftçi” “Zirə”yə, “Səbail” “Qarabağ”a qarşı

23.11.2024 | 10:20
Gəncədə yük maşını beton hasara çırpılaraq yanıb

23.11.2024 | 10:15
Bu iş adamı ABŞ-ın maliyyə naziri olacaq

23.11.2024 | 10:05
Neftçalada avtomobil və motosiklet toqquşub, bir nəfər ölüb

23.11.2024 | 10:00
ABŞ-ın bu hərəkətləri müharibə risqi yaradır - Pxenyandan ETİRAZ

23.11.2024 | 10:00
Bu gündən bəzi məktəblərdə dərslər başlayıb

23.11.2024 | 09:25
Minimum aliment 11 manat artırılır...

23.11.2024 | 09:22
Makron dayanmır - yenə qalmaqal, yenə gərginlik...

23.11.2024 | 09:15
Donald Tramp bu prokurorları işdən çıxaracaq - “The Washington Post”

23.11.2024 | 09:10
Ronaldonun komandası ilk dəfə məğlub oldu

23.11.2024 | 09:05
Britaniya bankından ŞOK addım - Rusiya və Belarusdan ödənişləri DAYANDIRDI

23.11.2024 | 09:00
“Tramp praqmatik insandır”, - Medvedevdən açıqlama

23.11.2024 | 08:42
Rubl kağıza dönür - Bakıya pul göndərən soydaşlarımız çətinlikdədir...

23.11.2024 | 01:11
Rusiya Ukraynanı ilk dəfə bu silahla vurdu - dünyanı dəhşətə salan GÖRÜNTÜLƏR...

22.11.2024 | 21:58
Macarıstanın baş naziri Orban İsrailin baş naziri Netanyahunu həbs qərarından niyə müdafiə etdi?...

22.11.2024 | 21:12
25-də Gürcüstanda baş verəcəklər dünyanı narahat edir...

22.11.2024 | 20:58
BC Məhkəməsi Netanyahunu və Qallantı hansı cinayətlərə görə həbsə məhkum etdi...

22.11.2024 | 20:43
Dilimizin Monitorinq Mərkəzi niyə ləğv edildi... Prezidenti məcbur buraxan nüanslar...

22.11.2024 | 20:32
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır

22.11.2024 | 20:28
Avroittifaq missiyası Ermənistanda müşkül problemə çevrildi - 1 ay qaldı...

22.11.2024 | 20:15
Dünyada pul var, ancaq müharibəyə xərclənir - COP29 çağırış edir...

22.11.2024 | 20:01
Ukrayna cəbhəsində hər iki tərəf nüvə müharibəsini sürətləndirir...

22.11.2024 | 19:46
Avropa Birliyi Türkmənistanla Transxəzər layihəsini canlandırır - səbəb...

22.11.2024 | 19:33
ABŞ və Çin COP29-da sərrast ittiham olundular...

22.11.2024 | 19:19
Ermənistan Hindistandan yeni hücum texnikası alır...

22.11.2024 | 19:05
"COP29 niyə maliyyə COP-u adlanır" sualı Bakıda cavablanacaq...

22.11.2024 | 18:47
Belçika parlamentindən Azərbaycana absurd tələb - “qoşunlarınızı Ermənistandan çıxarın!..”(?)

22.11.2024 | 18:34
Lüksemburq parlamenti Azərbaycana qarşı qətnamə çıxardı - növbəti qərəz...

22.11.2024 | 18:20
Azərbaycanda məktəblərin yarısı hələ yüksəksürətli internetə qoşulmayıb...

22.11.2024 | 18:10
"Həll olunmamış məsələlərə son düzəlişlər üçün iştirakçılarla işləməyə davam edəcəyik" – Yalçın Rəfiyev

XƏBƏR ARXİVİ

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930