İcmadan Tomas de Vaala cavab - sənin “dahiyanə” fikirlərin heç kimə lazım deyil...
Qərbi Azərbaycan İcması Tomas de Vaalın fikirlərinə münasibət bildirib.
Bəyanatda Tomas de Vaal adlı “ekspert”in son vaxtlar Azərbaycan əleyhinə hədyanlar danışdığı qeyd olunub.
"Azərbaycanın işğala, separatizmə, “boz zona”ya son qoyması, öz suverenliyini və ərazi bütövlüyünü bərpa etməsi Tomas de Vaal kimilərini məyus edib. Məlum olub ki, o, səlibçi mentaliteti ilə yaşayırmış və Azərbaycan torpaqlarının işğal altında qalması onun üçün tamamilə məqbul imiş.
Tomas de Vaal başa düşməlidir ki, Qarabağ münaqişəsi artıq həll olunub və onun kimi başabəla ekspertlərin bu sahədə məşğul olacağı bir iş yoxdur. Heç kimə T.de Vaalın “dahiyanə” fikirləri, ideyaları lazım deyil. Tomas de Vaal ATƏT-in Minsk qrupu kimi artıq keçmişdir".