KÖHNƏ VERSİYA            

Türkmənistan Azərbaycanla sıx təmaslardan və türk inteqrasiyasından yayınır...

Image

Elşən Manafov: “Türkmənistan Azərbaycanla bağlı qeyri-rassional siyasət yeridir”

Məlum olduğu kimi, türkmən şairi və mütəfəkkiri Məhtimqulu Fəraqinin anadan olmasının 300 illiyi münasibətilə Türkmənistanda işgüzar səfərdə olan Ermənistan prezidenti Vaaqn Xaçaturyan orada bir sıra görüşlər keçirib. 

V.Xaçaturyan Türkmənistan prezidenti Sərdar Berdumuhəmmədovla, Xalq Məsləhət Şurasının sədri Qurbanqulu Berdumuhəmmədovla görüşüb.

Həmin tədbirə Orta Asiya ölkələrini, Pakistanı, Monqolstanı, Rusiyanı, hətta Ermənistanı dəvət ediblər, amma Azərbaycan dəvət edilməyib. Özü də bu, birinci dəfə deyil Türkmənistanın timsalında baş verir. Bu dövlət sanki Azərbaycanla, Türkiyə ilə inteqrasiyadan yayınır. Ümumiyyətlə, neçə vaxtdır Türkmənistan Ermənistana yönəlik xüsusi isti siyasət yeridir. İki həftə əvvəl Türkmənistan prezidenti Sərdar Berdimuhəmmədov baş nazir Paşinyana Ermənistanın müstəqillik günü ilə bağlı təbrik məktubu göndərib. Təbrikdə deyilir ki, aramızda qarşılıqlı etimad var. Bundan başqa, bu günlərdə Aşqabadda keçirilən Transxəzər Koordinasiya platformasının açılışına Ermənistan da dəvət edilib və o cür mötəbər tədbirdə iştirak edib. Halbuki, Ermənistan Xəzər sahilində yerləşən dövlət deyil. Bundan başqa, Çin-Qırğlzıstan-Özbəkistan dəmir yolunun çəkilməsi gündəmdədir. Belə plan var ki, onu Türkmənistan üzərindən İrana və daha sonra Türkiyəyə keçirsinlər. Yəni Azərbaycan Orta Asiyanın Avropa ilə əlaqəsini öz üzərinə təmin etməyə hazırlaşdığı bir vaxtda, Türkmənistan dəmir yolunun İrandan keçməsində maraqlıdır. Sanki Azərbaycanla bağlı olan layihələrdən Türkmənistan qaçır. Nədir bunun səbəbi?

“TransXəzər qaz lahiyəsinin reallaşmasına tərəflərin baxışları müxtəlifdir”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Elşən Manafov bununla bağlı bir sıra məqamlara toxundu: “Sovet İttifaqının dağılmasından sonra iki ölkə arasında bəzi məsələlərə münasibətdə olan fərqli yanaşmalar dövlətlərarası əlaqələrə təsirsiz ötuşməyib. Xəzər dənizinin hüquqi statusu ətrafında Xəzəryanı dövlətlər arasında gedən müzakirələr problemin həlli ətrafında uzun müddət tərəflərin ortaq məxrəcə gəlməsinə imkan verməyib. Azərbaycan və Türkmənistanın Xəzər dənizindəki bəzi yataqlara olan qarşılıqlı iddiaları məhz su hövzəsinin hüquqi statusu ilə bağlı məsələlərə fərqli yanaşmalardan irəli gəlib. Azərbaycanın Azəri, Çıraq, Kəpəz kimi tanıdığı bəlli yataqların Türkmənistan tərəfi Ömər, Osman və Sərdar yataqları olduğu və bu ərazilərin ona aid olması mövqeyindən çıxış edir. Azərbaycan tərəfi bu yataqların istismarı və nəqli ilə bağlı Beynəlxalq Konsorsiumla razılığa gələrək, hələ 1997-ci ildən Çıraq, 2002-ci ildən isə Azəri yataqlarının istismarı ilə məşğuldur. Türkmənistanın sabiq prezidenti S.Niyazovun 1996-cı ildə Bakıya olan səfəri zamanı problemin həlli ətrafında aparılan danışıqlar səmərəsiz olub. 2002-ci ildə prezident Heydər Əliyevin Aşqabada səfəri də gözlənilən nəticəni verməyib. Niyazov isə, rəsmi Bakını məlum yataqların istismarından çəkindirmək üçün hədə-qorxu gəlməkdən də çəkinməyib. Hətta Niyazov dənizin statusu ilə bağlı “Xəzərdən qan iyi gəlir” ifadəsini işlətmişdi. S.Niyazovun 2006-cı ildə dünyasını dəyişməsindən sonra dövlətlərarası münasibətlərdə gərginlik daha da artdı. Türkmənistanın yeni prezidenti Berdimuhəmmədovun rəsmi Bakı ilə razılaşdırmadan Sərdar yatağında Kiprin Bureid Hill Energy şirkəti ilə birgə fəalliyyət barədə qərarı Azərbaycan tərəfinin narazılığına səbəb olub. Azərbaycana aid hərbi gəmilərin yataq ətrafında hərbi təlimləri Kiprə aid şirkəti burada geooloji kəşfiyyat işlərini dayandırmağa sövq edib. 2018-ci ildə Xəzərin hüquqi statusu ilə bağlı tərəflər ortaq məxrəcə gəldikdən sonra Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yaxınlaşıb. Karbohidrogen ehtiyatları ilə zəngin olan Xəzərətrafı bu ölkə ilə Azərbaycan arasında əlaqələrin əsas spektrini nəqliyyat-tranzit, loqistika və enerji resurslarının daşınması sahələri təşkil edir. Belə ki, Qafqaz və Mərkəzi Asiya regionlarını birləşdirən ən qısa və əlverişlı yol Xəzər dənizi vasitəsilə bu iki ölkədən keçir. 2018-ci ildə Xəzər ətrafında hüquqi statusla bağlı məsələyə Türkmənistanın fərqli mövqeyi olsa da, bu, bütövlükdə Azərbaycanla bir sıra sahələrdə əməkdaşlığa mane olmur. Hazırda iki ölkə arasında gündəmdə olan məsələ türkmən qazının Azərbaycandan keçməklə Avropa bazarlarına çıxarılmasıdır. Ancaq Türkmənistan Azərbaycanla bağlı qeyri-rasional siyasət yeridir. TransXəzər qaz layihəsinin reallaşmasına isə tərəflərin baxışları müxtəlifdir. Rəsmi Bakı Avropa şirkətlərinin bu layihəyə kifayət qədər yüksək marağını görmədiyindən layihədə tranzit ölkə kimi çıxış etməyə hazır olduğunu bildirir. Türkmənistanın isə neft-qaz infrastrukturu, habelə maliyyə imkanları Azərbaycanla müqayisədə zəif olduğundan, o bu layihənin reallaşdırılması ilə yükün altına təkbaşına girə bilmir. Təəssuflər olsun ki, bu amil iki türk dövləti arasında münasibətlərə mənfi təsirini göstərir. Türkmənistanın maliyyə imkanlarının zəifliyi isə Mərkəzi Asiyada ABŞ, Rusiya və Çin arasında gedən mübarizə ilə bağlıdır. Belə ki, Qazprom türkmən qazını özü alıb, onu üçüncü tərəf vasitəsilə Avropaya nəql edir. Digər tərəfdən, TransXəzər kəməri Avropanın qaza olan illik tələbatının hələlik 7-10 faizini təmin edə bilər. Avropa isə hazırda baha qiymətə ABŞ-ın sıxılmış qazını almaq məcburiyyətindədir”.

Vidadi ORDAHALLI







VİDEO

Konqresmen Pallone Bakıdan qaçdı və ABŞ da “tünd sirkə kimi partladı”... - VİDEO

Pezeşkian Şahin Mustafayevlə görüşdə səhv etdi, ermənilər isə səhvdən yapışdı... - VİDEO

Türk dövlətlərinin vahid xəritə qərarı Rusiyada təşvişə səbəb oldu... - VİDEO

27 il sonra Kəlbəcər ermənilərin “göz dağına” çevrildi...

Üç Benilüks ölkəsindən Azərbaycana eyni məzmunlu böhtan həmləsi - bəlkə səfirlər toplaşsın?..

COP-a ev sahibliyini çoxları edə bilər, onu yarıtmaq isə... Azərbaycan nümunəsi...

SON XƏBƏRLƏR

25.11.2024 | 12:00
İdmançılarımız beynəlxalq turnirdə 2 medal qazanıb

25.11.2024 | 11:30
Gürcüstan yenə seçkiyə hazırlaşır- bu dəfə prezident seçkilərinə...

25.11.2024 | 11:20
Bakıda 2 nəfəri öldürən şəxs 20 il azadlıqdan məhrum edildi

25.11.2024 | 11:10
Bu gündən Bakıda 46 avtobus marşrutunun fəaliyyəti bərpa edilib

25.11.2024 | 11:07
Milli Məclisdə gələn ilin dövlət büdcəsi müzakirə olunur

25.11.2024 | 11:05
"Söküntü Bakının daha pis vəziyyətdə olan məhəllələrdən başlanılacaq" - Komitə sədri

25.11.2024 | 11:00
İki gündə aşkarlanaraq götürülən silah-sursatın sayı açıqlandı

25.11.2024 | 10:30
Messi yeni biznesə başlayır -10 minlik velosiped satışı..

25.11.2024 | 10:15
Rusiya Zaporojyeyə hücum edəcək - İngilis nəşrindən ilginc İDDİA

25.11.2024 | 10:10
Nazirlər Kabineti bu qaydalara dəyişiklik edib - Əli Əsədov qərar imzalayıb

25.11.2024 | 10:05
Ukrayna mediası COP29 razılaşması barədə yazıb

25.11.2024 | 10:00
Noyabrın 25-i Kəlbəcər Şəhəri Günüdür

25.11.2024 | 09:50
Vilnüsdə yük təyyarəsi yaşayış binasına çırpılıb

25.11.2024 | 09:20
Bu ölkədə 26 milyon insan aclıqa məhkumdur- BMT həyəcan təbili çaldı!

25.11.2024 | 09:17
Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib

25.11.2024 | 09:10
“Liverpul” liderliyini möhkəmləndirdi, "Mançester Yunayted" xal itirdi

25.11.2024 | 09:09
Şirvanda "VAZ" qəza törədib, 4 piyada xəsarət alıb

25.11.2024 | 09:05
Braziliyada avtobus qəzası 17 nəfərin həyatına son qoydu

25.11.2024 | 09:00
Bu gündən məktəblərdə payız tətili başa çatıb

25.11.2024 | 08:55
Bakıda hansı yollarda sıxlıq müşahidə olunur?

24.11.2024 | 23:59
ŞOK İDDİA - Rusiyanın 200 hərbi obyekti Ukraynanın hədəfində... Siyahını ABŞ hazırlayıb...

24.11.2024 | 23:14
COP29-la bağlı gizli planlar pozuldu və Paşinyan "əlinin dalını yerə qoydu"...

24.11.2024 | 20:40
ABŞ Beynəlxalq Məhkəmənin Netanyahu qərarını dəstəkləyən ölkələri hədələdi - müttəfiqlərimiz də olsa... bitirəcəyik...

24.11.2024 | 19:35
Ukrayna Kurskda ələ keçirdiyi torpaqların 40 faizindən çoxunu itirdi...

24.11.2024 | 18:27
İran atom bombası hazırlanmasının bir addımlığında – 60 faiz zənginləşdirilmiş uran ehtiyatı, MAQATE xəbərdarlıq etdi...

24.11.2024 | 17:35
“Zelenski məni “günah keçisi” elan etdi” - Merkel

24.11.2024 | 15:50
Hikmət Hacıyev Berbokun Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırdı

24.11.2024 | 14:55
"COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir!" - Prezident İlham Əliyev

24.11.2024 | 13:30
Bayden COP29-un uğurlu təşkilinə görə Azərbaycana təşəkkür etdi

24.11.2024 | 12:20
COP29-un tarixi uğuru: karbon bazarına “yaşıl işıq” - ŞƏRH

24.11.2024 | 09:17
COP29-da 300 milyard dollarlıq iqlim maliyyəsi ilə bağlı razılıq əldə edildi

24.11.2024 | 09:00
“Qalatasaray” həm qalib gəldi, həm də rekord qırdı

24.11.2024 | 08:44
Sifarişli taksilər mübahisəli "qiymət taktikasına" başlayıblar... - mənzil başında fərqli qiymət...

24.11.2024 | 08:00
Tramp yanvarda müharibəni bitirəcək? - Zelenski ümidlidir...

24.11.2024 | 06:00
COP29-un bağlanış plenar iclası keçirilib, bir sıra mühüm qərarlar qəbul edilib - YENİLƏNİB

23.11.2024 | 23:55
"İqlim maliyyəsi ilə bağlı razılıq üçün imkanımız var" - Braziliyalı nazir

23.11.2024 | 22:46
COP29-da İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən qərar qəbul olundu

23.11.2024 | 22:06
COP29 Paris Sazişinin 6-cı maddəsinin 10 ildən sonra tam şəkildə işlək vəziyyətə gətirilməsinə nail oldu... - FOTO/YENİLƏNDİ

23.11.2024 | 21:30
COP29-un yüksək təşkilinə görə Azərbaycana təşəkkür qətnaməsi qəbul olundu...

23.11.2024 | 21:28
Borrel “Putinlə Trampı danışıqlar masasında əyləşdirmək istəyir”...

23.11.2024 | 21:25
COP29-a təzyiq yolunun sonu - Bayden kürsünü də, Sülh mükafatını da itirdi...

23.11.2024 | 21:15
27 il sonra Kəlbəcər ermənilərin “göz dağına” çevrildi...

23.11.2024 | 21:01
Üç Benilüks ölkəsindən Azərbaycana eyni məzmunlu böhtan həmləsi - bəlkə səfirlər toplaşsın?..

23.11.2024 | 20:51
"Heç kim Bakıdan əsas məqsədimizlə bağlı yaxşı nəticə əldə etmədən getmək istəmir" - Muxtar Babayev

23.11.2024 | 20:47
“İlham Əliyev deyib ki, saqqalını qırx” - Paşinyana yeni hücum...

23.11.2024 | 20:33
Makron Fransanı daha bir ölkədə biabırçı duruma düşürdü...

23.11.2024 | 20:19
Bakıda "Azərbaycan İrəvanı" günləri erməniləri ifşa edir...

23.11.2024 | 20:06
Azərbaycan iqlim maliyyə iddiasını konkret ortaya qoydu - ildə 250 milyard, Afrikadan dəstək - "biz trilyonlar tələb edirik"

23.11.2024 | 19:52
İlk erməni sputniki Azərbaycanda nələrin fotosunu çəkib?..

23.11.2024 | 19:38
Dizel yanacağı istehsalının bu qədər artımı nə ilə bağlıdır?..

23.11.2024 | 19:26
COP-a ev sahibliyini çoxları edə bilər, onu yarıtmaq isə... Azərbaycan nümunəsi...

23.11.2024 | 19:14
COP29 "yaşıl eraya" uğurlu keçidin mühüm platforması kimi özünü təsdiqlədi....

23.11.2024 | 19:01
Azərbaycançılıq mükəmməl milli ideologiya kimi ölkənin tərəqqisini daha dinamik hala gətirir

23.11.2024 | 18:47
"Qlobal Cənub QHT Platforması" nədir - Azərbaycan COP-da növbəti addımını atdı...

23.11.2024 | 18:33
Kiçik ada dövlətləri Bakıda "iqtisadi güclərə qarşı üsyan qaldırdılar" - "bizim seçimimiz yoxdur"...

23.11.2024 | 18:30
Beynəlxalq Forum direktoru ABŞ-ı iqlim sazişi ilə bağlı öhdəliklərindən yayınmağı dayandırmağa çağırdı

23.11.2024 | 18:20
"Power Shift Africa" ABŞ və Qərb ölkələrini iqlim maliyyəsi üçün məsuliyyətdən yayınmaqda ittiham etdi

23.11.2024 | 18:19
"Politico" nəşri Azərbaycanı "rus qazı" ilə ləkələməyə çalışır...

23.11.2024 | 18:12
İqlim Fəaliyyəti üzrə Beynəlxalq Şəbəkənin nümayəndəsi üsyan etdi - Qlobal Şimal ikiüzlülüyə son qoymalıdır...

23.11.2024 | 18:05
“Böyük Tiqranın Halley Kometi” - erməni tarixçilər təzə saxtakarlığa əl atdılar...

23.11.2024 | 18:03
Antiterrordan sonrakı reallıqları COP 29 bir daha təsdiqlədi...

23.11.2024 | 17:51
COP çərçivəsində “Qarabağa erməni qayıdışı”nı qabardanlara 2 dəqiq şərt qoyuldu...

23.11.2024 | 17:44
Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürülür...

23.11.2024 | 17:38
Ermənilər İrəvandakı daha bir qədim türk izini silir - “Qırmızı körpü”...

23.11.2024 | 17:25
Qərblə Rusiya "qarşılıqlı dondurulmuş pullarla" bir-birinə hücuma başlayıblar...

23.11.2024 | 17:12
İqlim fəalları inkişaf etmiş ölkələri iqlim maliyyəsi vədinə əməl etməyə çağırdı...

23.11.2024 | 17:06
Azərbaycan mediasının COP29 sınağı…

23.11.2024 | 17:02
Berbok Azərbaycan XİN-in “76 nəfərlik qara deputatlar” siyahısından danışdı...

23.11.2024 | 16:41
ABŞ Ukraynaya nüvə silahı verilməsi məsələsini gündəmə gətirdi...

23.11.2024 | 16:25
Netanyahunun Brüsselə yolu bağlandı - gəlsə həbs edəcəyik...

23.11.2024 | 16:14
MM-in Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupundan Paşinyana cavab...

23.11.2024 | 16:09
Aİ və 25 ölkə COP29-da öhdəlik götürdü - kömür elektrik stansiyaları tikməyəcəklər...

23.11.2024 | 16:06
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı

23.11.2024 | 16:05
Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edildi

23.11.2024 | 15:51
Tramp Ukraynanın NATO üzvlüyünə qarşı çıxan diplomatı Kiyevə xüsusi nümayəndə təyin edir...

23.11.2024 | 15:41
Qarabağın rəmzi Xarıbülbül cənubda

23.11.2024 | 15:36
COP29-da iqlim maliyyəsinin artırılması tələbi ilə aksiya keçirildi - FOTO

23.11.2024 | 15:17
Zakir Həsənov müşavirə keçirdi - ordu qarşısında konkret tapşırıqlar qoyuldu

23.11.2024 | 14:31
Fəxrəddin Altun: “Türkiyə terrora qarşı mübarizəsini davam etdirəcək”

23.11.2024 | 14:24
“Kipr türk xalqının bərabər beynəlxalq statusu üçün təşəbbüslərimizi davam etdiririk” - Hakan Fidan

XƏBƏR ARXİVİ

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930