"Təbii sərvətlərimiz Fransa tərəfindən oğurlanır" - Mavritaniyalı fəal
Afrikada Fransanın neokolonializm siyasətinə həsr edilmiş beynəlxalq konfrans neokolonializmlə mübarizə aparmaq üçün çox yaxşı bir yoldur. Mavritaniyadan gəlib bu təşəbbüsə qoşulmaq mənim üçün çox xoşdur.
Bu sözləri jurnalistlərə açıqlamasında Sahel İnsan Hüquqlarını Müdafiə Fondunun nümayəndəsi Brahim Ramdan söyləyib.
Mavritaniyanın Fransa tərəfindən müstəmləkə edildiyini deyən nümayəndə bildirib: “Fransa hələ də orada olduğu üçün gündəlik ünsiyyətimizdə, işimizdə fransız dilindən istifadə edirik. Bizim təbii sərvətlərimiz isə Fransa tərəfindən oğurlanır. Beləliklə, biz həqiqətən də müstəqil və azad deyilik. Hesab edirəm ki, bu təşəbbüs bizim əl-ələ tutmağımız, bir yerdə olmağımız üçün yaxşı fürsətdir”.
Brahim Ramdan əlavə edib: “Fransadan gələn neokolonializmə qarşı birlikdə ola bilərik. Mavritaniya kiçik ölkə olsa da, amma çox zəngindir. Ölkəmizin sərvətləri Fransa tərəfindən istismar olunur. Fransanın neokolonializm siyasəti bizim iqtisadiyyatımıza mənfi təsir edib”.
ZÜMRÜD