KÖHNƏ VERSİYA            

Tam suverenlik mərhələsi Azərbaycanın 2 unikal əməliyyatla yaratdığı yeni ən böyük reallıqdır...

Image

Azərbaycan tarixində xüsusi yer tutan 44 günlük Vətən savaşı son  üç əsrə yaxın bir dövrdə ölkəmizin məruz qaldığı ədalətsizliyə son qoydu. Qazanılan möhtəşəm zəfər sayəsində ərazi bütövlüyümüzün bərpa olunması ilə yanaşı, milli kimliyimizin təsdiqi istiqamətində mühüm addım atıldı. Bu, eyni zamanda ordu quruculuğu sahəsində görülən işlərin də məntiqi nəticəsi oldu. Üstəlik, bu qələbə milli qürurumuzu özümüzə qaytardı, Azərbaycan xalqı nə qədər məğrur, yenilməz xalq olduğunu dünyaya nümayiş etdirdi.

O da sirr deyil ki, Azərbaycan 30 ilə yaxın davam edən işğal dövründə  problemin beynəlxalq hüquq çərçivəsində danışıqlar yolu həllinə çalışdı. Amma BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən 4 qətnaməsi illərlə kağız üzərində qaldı, Ermənistana heç bir təzyiq göstərilmədi. Bütün bunlar fonunda 2020-ci il 27 sentyabr tarixində Ermənistan tərəfindən növbəti hərbi təxribat törədildi, Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqeləri şiddətli artilleriya atəşinə tutuldu. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi. 44 gün davam edən Vətən müharibəsində Azərbaycan ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi, BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olundu. Ordumuz bir nəfər fərarisi olmadan 44 günün hər bir günündə irəliləyərək düşməni kapitulyasiya aktına imza atmağına məcbur etdi. Bunlar həm də ordu quruculuğu istiqamətində yürüdülən siyasətin nə dərəcədə zəruri olduğunu təsdiqlədi. İkinci Qarabağ müharibəsinə qədər də ordumuz döyüş qabiliyyəti, maddi-texniki təminatı və digər göstəricilərinə görə davamlı şəkildə gücləndirildi. Məhz orduya göstərilən diqqət və qayğısı sayəsində Azərbaycan ordusu qısa zaman kəsiyndə dünyanın ən güclü 50 ordusu sırasına daxil ola bildi. 2016-cı ildəki aprel döyüşləri və 2018-ci ildə keçirdiyimiz Günnüt əməliyyatı Azərbaycan ordusunun gücünün qismən nümayişi idi. Onun kulminasiya nöqtəsi isə 44 günlük savaş oldu. Azərbaycan dünyada heç vaxt nümunəsi olmayan çətin relyef şəraitində mürəkkəb istehkamları darmadağın edərək qələbə qazandı və bütün dünyaya gücünü, qüdrətini sübut etdi. 2020-ci ilin 44 günlük Vətən müharibəsi ilə yanaşı, ötən il sentyabrın 19-da Qarabağ bölgəsində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri ilə də dünyaya nümunə oldu. Azərbaycan Silahlı Qüvvələri mülki obyektləri, mülki əhalini hədəfə almadı. Bu antiterror tədbirləri miqyasına görə çox nadir nümunələrdən biri oldu. Belə ki, belə tədbirlər zamanı mülki əhali arasında itki olmadı. Azərbaycan ordusu çox qısa müddətdə ərazidə kommunikasiyaları və yüksəklikləri nəzarətə götürdü. Ordumuz bununla daha bir əməliyyat modelini ortaya qoydu. Dünya bir daha gördü ki, yüksək peşəkarlığa malik olan Azərbaycan ordusu qarşısına qoyulan hədəflərə uğurla çatır. Bunun nəticəsində də strateji hədəflərə tam nail olunur. Amma Azərbaycan bununla arxayınlaşmır.

Ali Baş Komandan kimi İlham Əliyev Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin daimi yüksəldilməsini xüsusi diqqət mərkəzində saxladı və bu gün də saxlayır. Yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı bu məqamla bağlı prezident İlham Əliyev qeyd edib: “İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində öz hərbi gücümüzü böyük dərəcədə artırmışıq, yeni silahlı birləşmələr yaradıldı, Xüsusi Təyinatlı Qüvvələrin say tərkibi bir neçə dəfə artırıldı. Yeni Xüsusi Təyinatlı Qüvvələr, Komando qüvvələri yaradıldı və onların da say tərkibi ildən-ilə artır və artacaq. Digər xüsusi təyinatlı silahlı birləşmələr yaradılmışdır və gecə-gündüz təlim işləri aparılır. Ordumuzun döyüş qabiliyyəti artır, texnika ilə təchizat lazımi səviyyədə təmin edilir və təmin ediləcəkdir. Ermənistan və onun arxasında duran istənilən ölkə bilməlidir ki, bizimlə şantaj və ultimatum dili ilə danışmaq mümkün olmayacaq. İstənilən cavabı verməyə hazırıq, buna qadirik və hər zaman buna hazır olmalıyıq”. Dövlətimizin hərbi qüdrətinin artması və Silahlı Qüvvələrimizin regionda peşəkarlıq, təchizat və döyüş qabiliyyəti baxımından ən güclü orduya çevrilməsi bu günümüzün reallıqlarındandır. Bu gün ordumuz, hərbiyyəmizlə bağlı bir reallıq da var. Heç kimə sirr deyil ki, bu gün Azərbaycan həm də hərbi sənaye ölkəsidir. Ölkənin hərbi zavodlarında istehsal olunan silah-sursat dünyanın müxtəlif ölkələrinə ixrac edilir. Bu da uzaqgörən siyasətin məntiqi nəticəsidir. Bu gün də milli maraqlarımızı qorumaq üçün daima güclü siyasi liderə və iqtisadiyyata, güclü diplomatiyaya və yenilməz orduya ehtiyac var. Çünki bunlar milli gücün əsas komponentləridir və müstəqilliyimizi təmin edən vasitələrdir.  Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbə ilə inkişafın, tərəqqinin yeni mərhələsinə qədəm qoyub. Əldə olunan böyük tarixi Qələbə bütövlükdə regionumuzda yeni geostrateji reallıqlar yaradıb. Artıq Azərbaycanın suverenliyi tam təmin olunduqdan sonra müstəqil Azərbaycanın tarixində yeni dövr başlayıb. Bu, inkişaf və yüksəliş dövrüdür.

Samirə SƏFƏROVA







VİDEO

Konqresmen Pallone Bakıdan qaçdı və ABŞ da “tünd sirkə kimi partladı”... - VİDEO

Pezeşkian Şahin Mustafayevlə görüşdə səhv etdi, ermənilər isə səhvdən yapışdı... - VİDEO

Türk dövlətlərinin vahid xəritə qərarı Rusiyada təşvişə səbəb oldu... - VİDEO

27 il sonra Kəlbəcər ermənilərin “göz dağına” çevrildi...

Üç Benilüks ölkəsindən Azərbaycana eyni məzmunlu böhtan həmləsi - bəlkə səfirlər toplaşsın?..

COP-a ev sahibliyini çoxları edə bilər, onu yarıtmaq isə... Azərbaycan nümunəsi...

SON XƏBƏRLƏR

25.11.2024 | 18:00
COP29 Azərbaycan gəncliyi üçün də böyük sınaq oldu...

25.11.2024 | 17:54
Rutte- Ərdoğan görüşü- Ukrayna məsələsində vasitəçilik xahişi, ya Yunan Kiprinin NATO üzvlüyü?...

25.11.2024 | 17:42
Büdcə müzakirələrindən polislərə də şad xəbər çıxdı...

25.11.2024 | 17:31
Bayden və Makron Trampın Ukraynada sülh planına qarşı - raket icazəsindən sonra, Ukraynaya Avropa qoşunlarının göndərilməsi gündəmə gəldi...

25.11.2024 | 17:20
Bu həmin “Figaro”dur, həmin “Human Rights Watch”dur - COP29 dünya mediasının da iç üzünü açdı...

25.11.2024 | 17:07
COP29 hələ 2022-ci ildən “yarıcan” qalmış Fondu da hərəkətə gətirdi...

25.11.2024 | 16:55
Əliyev alternativ enerji stansiyaları quranda dövlətlərin bir çoxunun siyasəti başqa idi - dünya COP-u müzakirə edir...

25.11.2024 | 16:40
Papuaşvili yenidən Gürcüstan parlamentinin sədri seçildi...

25.11.2024 | 16:31
Yeni İli İstanbulda qarşılamaq üçün ən romantik tətil seçimləri

25.11.2024 | 16:28
Azərbaycan Su-25 və Su-25 ML qırıcılarını havaya qaldırdı...

25.11.2024 | 16:06
Kəlbəcər - alınmaz qalamız

25.11.2024 | 16:04
Azərbaycan və Afrika arasında razılaşma memorandumu imzalandı

25.11.2024 | 15:55
Aralarından vəzifəlilərin də olduğu mütəşəkkil qaçaqmalçı dəstənin işi məhkəməyə göndərildi

25.11.2024 | 15:34
Qazaxıstan mediası COP29-un yekunlarını geniş işıqlandırdı - FOTO

25.11.2024 | 15:01
Şimali Kipr Türk Cümhuriyyətinin yaranması günü paradla qeyd olundu

25.11.2024 | 14:33
Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edildi

25.11.2024 | 14:05
Prezident bələdiyyələrin siyahısında dəyişikliyi təsdiqlədi

25.11.2024 | 14:03
Azərbaycanda yeni bələdiyyələr yaradıldı

25.11.2024 | 13:30
"Çoxşaxəli artımları nəzərdə tutan sosial tədbirlər paketi həyata keçiriləcək" - Komitə sədri

25.11.2024 | 13:19
"Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilir" - Nazir

25.11.2024 | 13:10
Onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edildi

25.11.2024 | 13:07
MEDİA Agentliyi çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan etdi

25.11.2024 | 13:02
Ноябрь 1944 г. Советское зверство против тюрков-месхетинцев. 80 лет дикой истории - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

25.11.2024 | 12:48
Azərbaycan-İran xüsusi təyinatlılarının "Araz - 2024" birgə taktiki təlimi keçirilir

25.11.2024 | 12:30
İki gündə 75 cinayətin üstü açıldı, 42 nəfər saxlandı...

25.11.2024 | 12:15
İran Rusiya ilə ticarətdə dollardan imtina etdi...

25.11.2024 | 12:00
İdmançılarımız beynəlxalq turnirdə 2 medal qazanıb

25.11.2024 | 11:53
Prezident İlham Əliyev Surinam Prezidentinə təbrik məktubu ünvanlayıb

25.11.2024 | 11:51
Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrini təbrik etdi

25.11.2024 | 11:45
Dövlət qurumlarına kiberhücumların qarşısı alındı...

25.11.2024 | 11:30
Gürcüstan yenə seçkiyə hazırlaşır- bu dəfə prezident seçkilərinə...

25.11.2024 | 11:20
Bakıda 2 nəfəri öldürən şəxs 20 il azadlıqdan məhrum edildi

25.11.2024 | 11:10
Bu gündən Bakıda 46 avtobus marşrutunun fəaliyyəti bərpa edilib

25.11.2024 | 11:07
Milli Məclisdə gələn ilin dövlət büdcəsi müzakirə olunur

25.11.2024 | 11:05
"Söküntü Bakının daha pis vəziyyətdə olan məhəllələrdən başlanılacaq" - Komitə sədri

25.11.2024 | 11:02
Fransa Qafqaza buraxılmamalıdır. Paşinyan başqalarının yox, Azərbaycanın kuklası olmalıdır - CANLI

25.11.2024 | 11:00
İki gündə aşkarlanaraq götürülən silah-sursatın sayı açıqlandı

25.11.2024 | 10:30
Messi yeni biznesə başlayır -10 minlik velosiped satışı..

25.11.2024 | 10:15
Rusiya Zaporojyeyə hücum edəcək - İngilis nəşrindən ilginc İDDİA

25.11.2024 | 10:10
Nazirlər Kabineti bu qaydalara dəyişiklik edib - Əli Əsədov qərar imzalayıb

25.11.2024 | 10:05
Ukrayna mediası COP29 razılaşması barədə yazıb

25.11.2024 | 10:00
Noyabrın 25-i Kəlbəcər Şəhəri Günüdür

25.11.2024 | 09:50
Vilnüsdə yük təyyarəsi yaşayış binasına çırpılıb

25.11.2024 | 09:20
Bu ölkədə 26 milyon insan aclıqa məhkumdur- BMT həyəcan təbili çaldı!

25.11.2024 | 09:17
Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib

25.11.2024 | 09:10
“Liverpul” liderliyini möhkəmləndirdi, "Mançester Yunayted" xal itirdi

25.11.2024 | 09:09
Şirvanda "VAZ" qəza törədib, 4 piyada xəsarət alıb

25.11.2024 | 09:05
Braziliyada avtobus qəzası 17 nəfərin həyatına son qoydu

25.11.2024 | 09:00
Bu gündən məktəblərdə payız tətili başa çatıb

25.11.2024 | 08:55
Bakıda hansı yollarda sıxlıq müşahidə olunur?

24.11.2024 | 23:59
ŞOK İDDİA - Rusiyanın 200 hərbi obyekti Ukraynanın hədəfində... Siyahını ABŞ hazırlayıb...

24.11.2024 | 23:14
COP29-la bağlı gizli planlar pozuldu və Paşinyan "əlinin dalını yerə qoydu"...

24.11.2024 | 20:40
ABŞ Beynəlxalq Məhkəmənin Netanyahu qərarını dəstəkləyən ölkələri hədələdi - müttəfiqlərimiz də olsa... bitirəcəyik...

24.11.2024 | 19:35
Ukrayna Kurskda ələ keçirdiyi torpaqların 40 faizindən çoxunu itirdi...

24.11.2024 | 18:27
İran atom bombası hazırlanmasının bir addımlığında – 60 faiz zənginləşdirilmiş uran ehtiyatı, MAQATE xəbərdarlıq etdi...

24.11.2024 | 17:35
“Zelenski məni “günah keçisi” elan etdi” - Merkel

24.11.2024 | 15:50
Hikmət Hacıyev Berbokun Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırdı

24.11.2024 | 14:55
"COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir!" - Prezident İlham Əliyev

24.11.2024 | 13:30
Bayden COP29-un uğurlu təşkilinə görə Azərbaycana təşəkkür etdi

24.11.2024 | 12:20
COP29-un tarixi uğuru: karbon bazarına “yaşıl işıq” - ŞƏRH

24.11.2024 | 09:17
COP29-da 300 milyard dollarlıq iqlim maliyyəsi ilə bağlı razılıq əldə edildi

24.11.2024 | 09:00
“Qalatasaray” həm qalib gəldi, həm də rekord qırdı

24.11.2024 | 08:44
Sifarişli taksilər mübahisəli "qiymət taktikasına" başlayıblar... - mənzil başında fərqli qiymət...

24.11.2024 | 08:00
Tramp yanvarda müharibəni bitirəcək? - Zelenski ümidlidir...

24.11.2024 | 06:00
COP29-un bağlanış plenar iclası keçirilib, bir sıra mühüm qərarlar qəbul edilib - YENİLƏNİB

23.11.2024 | 23:55
"İqlim maliyyəsi ilə bağlı razılıq üçün imkanımız var" - Braziliyalı nazir

23.11.2024 | 22:46
COP29-da İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən qərar qəbul olundu

23.11.2024 | 22:06
COP29 Paris Sazişinin 6-cı maddəsinin 10 ildən sonra tam şəkildə işlək vəziyyətə gətirilməsinə nail oldu... - FOTO/YENİLƏNDİ

23.11.2024 | 21:30
COP29-un yüksək təşkilinə görə Azərbaycana təşəkkür qətnaməsi qəbul olundu...

23.11.2024 | 21:28
Borrel “Putinlə Trampı danışıqlar masasında əyləşdirmək istəyir”...

23.11.2024 | 21:25
COP29-a təzyiq yolunun sonu - Bayden kürsünü də, Sülh mükafatını da itirdi...

23.11.2024 | 21:15
27 il sonra Kəlbəcər ermənilərin “göz dağına” çevrildi...

23.11.2024 | 21:01
Üç Benilüks ölkəsindən Azərbaycana eyni məzmunlu böhtan həmləsi - bəlkə səfirlər toplaşsın?..

23.11.2024 | 20:51
"Heç kim Bakıdan əsas məqsədimizlə bağlı yaxşı nəticə əldə etmədən getmək istəmir" - Muxtar Babayev

23.11.2024 | 20:47
“İlham Əliyev deyib ki, saqqalını qırx” - Paşinyana yeni hücum...

23.11.2024 | 20:33
Makron Fransanı daha bir ölkədə biabırçı duruma düşürdü...

23.11.2024 | 20:19
Bakıda "Azərbaycan İrəvanı" günləri erməniləri ifşa edir...

23.11.2024 | 20:06
Azərbaycan iqlim maliyyə iddiasını konkret ortaya qoydu - ildə 250 milyard, Afrikadan dəstək - "biz trilyonlar tələb edirik"

23.11.2024 | 19:52
İlk erməni sputniki Azərbaycanda nələrin fotosunu çəkib?..

23.11.2024 | 19:38
Dizel yanacağı istehsalının bu qədər artımı nə ilə bağlıdır?..

XƏBƏR ARXİVİ

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930