ABŞ-ın yeni səfiri Bakıya gəldi
ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Mark Libbi dünən Bakıya gəlib.
“Biz ABŞ-Azərbaycan münasibətlərini inkişaf etdirmək, regionda davamlı və uzunmüddətli sülhə doğru çalışmaq üçün işə başlamağı səbirsizliklə gözləyirik”, – deyə səfirlikdən bildirilib.
Karyeralı diplomat Mark Libbi ABŞ-ın Brüsseldə Avropa İttifaqı yanındakı nümayəndəliyində müvəqqəti işlər vəkili və missiya rəhbərinin müavini işləyib. O, həmçinin Varşava, Nassau, Nikosiya və Bağdadda siyasi müşavir kimi fəaliyyət göstərib. Polyak və fransız dillərini mükəmməl bilir.