Böyük Britaniyadan İsrailə ŞOK - bəzi silahların satışı dayandırıldı
Böyük Britaniya İsrailə bəzi silahların satışını dayandırıb. Bu barədə Britaniyanın xarici işlər naziri Devid Lammi Parlamentin İcmalar Palatasında çıxışında deyib. O bildirib ki, qərar Böyük Britaniyanın silah ixracı lisenziyalarının nəzərdən keçirilməsindən sonra verilib və bu lisenziyaların beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulması riski yaratması müəyyən edilib.
Nazir təxminən 350 lisenziyadan 30-nun dayandırılacağını açıqlayıb və vurğulayıb ki, bu, ümumi qadağa və ya silah embarqosu deyil.
Mətləb Salahov