Ermənistan KTMT-ni boykot edir - Təşkilatın dekabr görüşündən də imtina edildi
Ermənistan parlamentinin spikeri Alen Simonyan bəyan edib ki, dekabrda KTMT çərçivəsində keçiriləcək tədbirdə iştirak etməyəcək.
"Ermənistanın KTMT-dən çıxmaq qərarı yoxdur, lakin hesab edirəm ki, mövcud vəziyyətdə bu tədbirdə iştirakım məqsədəuyğun deyil. Vəziyyət isə belədir ki, KTMT öz öhdəliklərini yerinə yetirmir və əvvəllər də yerinə yetirməyib", - Simonyan brifinq zamanı jurnalistlərə bildirib.
O vurğulayıb ki, Ermənistan öz mövqeyi ilə «bu mexanizmi işləməyə məcbur etməyə çalışır: nəticə olarsa - yaxşıdır, nəticə olmasa - çox pis».
"Bu heç bir halda münasibətlərin dondurulması deyil. Mən artıq KTMT tərəfdaşlarına məlumat vermişəm ki, bu tədbirdə iştirak etməyəcəyəm. Onlardan hələ də cavab yoxdur və düşünmürəm ki, olar. Əminəm ki, onların iştirak etməməyin səbəbləri başa düşüləndir", - Ermənistan parlamentinin spikeri qeyd edib.
TAHİR