"Azərbaycanın Oman körfəzində keçirilən hərbi təlimlərdə iştirakı əhəmiyyət əks etdirir" – İranın müdafiə naziri
Azərbaycan, Oman və Pakistan kimi müşahidəçi ölkələrin İran, Rusiya və Çinin Oman körfəzində təşkil etdiyi hərbi təlimlərdə iştirak etməsi hərbi təlimlərin əhəmiyyətini əks etdirir.
Trend-in məlumatına görə, bunu İranın müdafiə naziri briqada generalı Məhəmməd Rza Aştiani bu gün (13 mart) Tehranda Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.
M.Aştianinin sözlərinə görə, hərbi təlimlər gücün nümayiş etdirilməsi istiqamətində keçirilir. Bu hərbi təlimlərdə dünyanın üç gücü bir-biri ilə əməkdaşlıq edir.
Qeyd edək ki, İran, Rusiya və Çinin 4 günlük müştərək “Dəniz Qurşağı Təhlükəsizliyi 2024” hərbi təlimləri ötən gün başlayıb. Hərbi təlimlərə Azərbaycan, Oman, Qazaxıstan, Pakistan və Cənubi Afrika Respublikasından nümayəndələr müşahidəçi qismində qatılıblar.