ABŞ-ın bu hərəkətləri müharibə risqi yaradır - Pxenyandan ETİRAZ
ABŞ-ın Koreya yarımadasındakı hərəkətləri Şimali Koreya ilə müharibəyə səbəb ola bilər. Bu barədə Şimali Koreya Müdafiə Nazirliyi rəsmi açıqlama yayıb. “Bu gün hərbi-siyasi vəziyyət ABŞ-ın dövlətimizə qarşı hər an real müharibəyə çevrilə biləcəyini proqnozlaşdırır”, - deyə qurumun rəsmisi Koreya Respublikası və Yaponiyanın iştirak etdiyi “Freedom Edge” təlimlərini, “Kolumbiya” sualtı gəmisinin Pusana səfərini və RC-135S kəşfiyyat təyyarəsinin uçuşunu xatırladıb.
“Biz qəti şəkildə xəbərdarlıq edir və tələb edirik ki, ABŞ və onun peykləri Koreya yarımadasında və onun ətrafında əsl silahlı münaqişəyə gətirib çıxara biləcək növbəti təxribatçı hərəkətlərini dərhal dayandırsın”, - Şimali Koreyanın Müdafiə Nazirliyinin açıqlamasında belə deyilir.
Mətləb Salahov