KÖHNƏ VERSİYA            

3 müqavilə Azərbaycanın taleyini həll etdi...

Image

Məhərrəm Zülfüqarlı: “Türkmənçay” müqaviləsindən sonra ermənilər Qarabağa köçürülməsəydi 1988-ci il işğalı baş verməzdi, 1988-ci ildən sonra o faciələr, o işğallar yaşanmazdı”

"Bura (Xankəndi) bizim tarixi torpağımızdır və əminəm ki, bunu Azərbaycanda bilməyən yoxdur. Dünyada da bilirlər ki, Xankəndi şəhəri qədim Azərbaycan yaşayış yeri olub, onun adı onu göstərir - Xanın kəndi". 

Bu sözləri Prezident İlham Əliyev Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə söyləyib.

XIX əsrin əvvəlində bağlanmış “Kürəkçay”, “Gülüstan” və “Türkmənçay” müqavilələrinin faktiki olaraq sonrakı işğalı da şərtləndirdiyini xatırladan Prezident Əliyev qeyd edib:

“Çünki heç vaxt Qarabağ torpağında yaşamayan ermənilər bu müqavilələrdən sonra İrandan və Şərqi Anadoludan kütləvi surətdə buraya köçürülməyə başlanıldı. Bu həqiqətdir, bu, dəqiq tarixdir. Sadəcə olaraq, Ermənistan və erməni alimləri hər zaman olduğu kimi, tarixi təhrif edərək yeni uydurma tarix yaratmağa çalışırdılar və öz lobbi şəbəkələri vasitəsilə müəyyən dərəcədə beynəlxalq ictimaiyyəti də çaşdırmağa nail olublar”.

Prezident bildirdi ki, “Kürəkçay”, “Gülüstan”, “Türkmənçay” müqavilələri sonrakı işğalları da şərtləndirdi.

Bu nə deməkdir? Prezident bununla hansı tarixi faktlara diqqət çəkdi?

“Bizim sonrakı mərhələlərdə torpaqlarımızın işğal edilməsi bu müqavilələrin nəticəsidir”

Professor Məhərrəm Zülfüqarlı baki-xeber.com-a şərhində bildirdi ki, Prezident Əliyev çox vacib və aktual bir məsələni gündəmə gətirib və  torpaqlarımızın işğal tarixini, ermənilərin bizim ərazilərə köçürülməsinə səbəb olan amilləri vurğulayıb. “Prezidentin “Kürəkçay”, “Türkmənçay”və “Gülüstan” müqavilərini xatırlaması və onların gətirdiyi faciələri qeyd etməsi, sonrakı proseslərin torpaqlarımızın işğalını şərtləndirən amil olduğunu bildirməsi təsadüfi deyil. Gənclərimiz bütün gerçəklikləri bilməlidir və həqiqətləri Prezidentin dilindən eşitmək gəncləri tarixi keçmişimizə daha etibarlı bağlarla bağlayır”-deyə M. Zülfüqarlı qeyd etdi.

M. Zülfüqarlının bildirdiyinə görə, Prezident bu fikri söyləməklə bildirir ki, bu müqavilələrlə bizim faciələrimiz başlayıb. Alim qeyd etdi ki, “Gülüstan” müqaviləsi ilə Azərbaycan ərazisi Qacarlarla Çar Rusiyası arasında bölüşdürülüb. “İkincisi də Türkmənçay müqaviləsidir ki, daha ağır şərtlərlə, İrəvan və Naxçıvan xanlıqları da buna əlavə olmaqla Azərbaycanın Şimal xanlıqları Rusiyanın tərkibinə keçib. Mənə elə gəlir ki, Prezident bu müqavilələrdən sonra digər işğalların başlandığını diqqətə çatdırmaqla Cumhuriyyətin işğalını, Sovet dövründə isə Göyçə, Zəngəzur, Qərbi Azərbaycan torpaqlarının zaman-zaman ermənilərə verilməsi prosesinin məhz həmin müqavilələrin nəticəsi olduğunu vurğulayıb. Bizim sonrakı mərhələlərdə torpaqlarımızın işğal edilməsi bu müqavilələrin nəticəsidir. Yəni Azərbaycan “Türkmənçay”, ondan əvvəl “Gülüstan”, onlardan da əvvəl “Kürəkçay” müqaviləsi bağlanmasaydı, Qacarlar qalib gəlsəydi, əlbəttə ki, bu proseslər baş verməyəcəkdi. Cumhuriyyət dövründə 113 min kvadrat kilometr ərazimiz sonradan 86, 6 min kvadrat kilometrə düşməzdi. Bu da zaman-zaman işğallar nəticəsində baş verib. Biri var müharibə ola, müharibə zamanı torpaqlar işğal ola, biri də var torpağın bu şəkildə bölünə, parçalana. Bunlar fərqli məsələlərdir. 

XI qırmızı ordunun işğalı məhz həmin müqavilələrdən sonrakı işğaldı. Sovet hakimiyyəti dövründə Azərbaycan torpaqlarının müharibəsiz, davasız, sakit şəkildə bölünüb ermənilərə verilməsi prosesi Kremlin siyasətinə uyğun davam edib. Bu da işğaldı, amma sakit, müharibəsiz həyata keçirilən işğaldı. Və nəhayət, 1988-ci ildə keçmiş "Dağlıq Qarabağın" ermənilər tərəfindən işğalına başlanılması da, məhz həmin müqavilələrin nəticəsidir. Yəni əgər  “Türkmənçay” müqaviləsindən sonra ermənilər Qarabağa köçürülməsəydi 1988-ci il işğalı baş verməzdi, 1988-ci ildən sonra o faciələr, o işğallar yaşanmazdı. Nəticədə 27 il Azərbaycan torpaqları işğal altında qalmazdı”. 

M.Zülfüqarlının sözlərinə görə, “Gülüstan” və “Türkmənçay” müqaviələrinin bağlanmasından sonra bizim faciələrimiz başlayıb, torpaqlarımız bölünüb. “Əgər bu müqavilələr olmasaydı və onların ağır şərtlərinə uyğun olaraq ermənilər bizim ərazilərə köçürülməsəydi başımıza sonrakı faciələr gəlməzdi. Erməni separatizminin Qarabağda qol-qanad açmasının səbəbi həmin müqavilələr olub. Bu müqavilələr bizə torpaqlarımızın   işğalını, itkisini yaşatdı. 

44 günlük Vətən müharibəsi və 23 saatlıq lokal antiterror tədbirləri ilə biz bu torpaqları tamamilə erməni işğalçılarından azad etdik, bununla da Azərbaycan öz gücünü dünyaya göstərdi.

Bundan sonra da Azərbaycan digər ərazilərini də yaddan çıxarmamalıdır. Düzdür, biz BMT nizamnaməsinə uyğun olaraq dövlətlərin ərazi bütövlüyünü tanıyırıq. Ancaq biz gənc nəslə həqiqətləri deməliyik ki, indiki Ermənistan tarixi Qərbi Azərbaycan ərazisidir, Gürcüstan Respublikasında Borçalı Azərbaycan torpağıdır, Dağıstanda Dərbənd Azərbaycan şəhəridir. Yəni tarixi ərazimizi yaddan çıxarmayaq.

Çünki bunların çoxu o müqavilələrdən sonra işğal olunub. Deyə bilərsiz ki, Borçalı Nadir şahın vaxtında gürcülərə verilib. Xeyr. Nadir şah o dövrdə Gəncə-Qarabağ bəylərbəyliyini cəzalandırmaq üçün idarəçiliyi bu bəylərbəyilikdən alıb ondan asılı olan, bilavasitə nümayəndəsi olan gürcü knyazına verib. Sonradan tale elə gətirib ki, Borçalı indiki Gürcüstan ərazisində qalıb. Bunun da hamısı, dediyimiz kimi, Birinci və ikinci Rus - Qacar müharibəsi  nəticəsində bağlanmış “Gülüstan” və “Türkmənçay” müqavilələrinin nəticəsidir.

“Kürəkçay” müqaviləsi bunlardan bir az fərqlidi, o işğalın çox az bir hissəsini əhatə edib. Yəni 1805-ci ilin may ayında Qarabağ xanlığı işğal olunur, belə deyirlər, Rusiyanın təbəəliyinə keçir. Sonradan Qarabağ xanının yaxın qohumu olan Şəki xanı eyni şərtlərlə müqavilə bağlayır. Sonra isə Şamaxı xanlığı bu müqaviləni bu şərtlərlə bağlayır. Yəni üç xanlıq müqavilə ilə Rusiyanın işğalı altına düşür. Sonradan isə, bildiyimiz kimi, “Gülüstan” müqaviləsinə əsasən Naxçıvan və İrəvan xanlıqları istisna olmaqla digər xalqlarımız, 10 xanlıq da Rusiya tərəfindən işğal olunur. “Türkmənçay”da isə iki xanlıq da əlavə olundu. Tamam Şimali Azərbaycan xanlıqları Çar Rusiyasının işğalı altında qaldı”.

M.Zülfüqarlı qeyd etdi ki, indiki dövrdə artıq Qarabağda universitetin açılması çox əlamətdar haldır və burada gənclərimiz bilavasitə vətənpərvərlik ruhunda tərbiyə olunacaq. “Azərbaycanın dövlətçiliyinin əsas dayaqlarından biri olan Xankəndi və Şuşada məhz böyük təhsil ocağının olması Azərbaycan dövlətçiliyinin güclənməsinə xidmət edəcək”-deyə M.Zülfüqarlı bildirdi. 

İradə SARIYEVA








VİDEO

Pezeşkian Şahin Mustafayevlə görüşdə səhv etdi, ermənilər isə səhvdən yapışdı... - VİDEO

Türk dövlətlərinin vahid xəritə qərarı Rusiyada təşvişə səbəb oldu... - VİDEO

Paşinyanın yarımçıq saziş təklifi Rusiyada da sərt tənqid edildi - Bu, demaqogiyadır, özünü aldatmaqdır - VİDEO

Ermənilərin bu xəbəri də yalandır - Xankəndidə bircə "genosid abidəsi" də qala bilməz...

COP29-da tarixi ilk yaşandı - su faktoru dünya gündəminə gətirildi...

Fransa Azərbaycanın səfirinə qarşı təzyiqlərə başladı...

SON XƏBƏRLƏR

22.11.2024 | 13:41
"Azərbaycan təcrübəsi gələcək beynəlxalq tədbirlər üçün nümunə ola bilər" - COP29 iştirakçıları...

22.11.2024 | 13:27
COP29-da İrəvandakı Azərbaycan mədəni irsinin dəyişdirilməsinə dair tədbir keçirildi

22.11.2024 | 13:04
Азербайджан лечит Армению профессионально и успешно - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

22.11.2024 | 12:48
Paşinyan Ermənistanda despot rejimə keçir

22.11.2024 | 12:37
Qazaxın azad olunan 4 kəndində müşahidə-nəzarət kameraları quraşdırılıb

22.11.2024 | 12:24
COP29 çərçivəsində Afrikada tətbiq olunan yaşıl təşəbbüslərə dair tədbir keçirilib

22.11.2024 | 12:07
Prezident İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib

22.11.2024 | 12:00
COP29-da danışıqlar qruplarının iştirakı ilə Qurultay olub

22.11.2024 | 11:52
General azad olunan ərazilərdə yeni yaradılan strukturları açıqladı

22.11.2024 | 11:43
Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər - FOTO

22.11.2024 | 11:30
XIV tura bu gün "Kəpəz" - "Araz-Naxçıvan" matçı ilə start veriləcək

22.11.2024 | 11:15
"Azərbaycanlı tələbələrin şüarlarında ekstremizm faktları yoxdur" - Rusiya İstintaq Komitəsi

22.11.2024 | 11:05
"Bu tendensiyalar davam edərsə, iqlim dəyişikliyinə mənfi təsirlər daha da artacaq" - alman nazir

22.11.2024 | 11:03
Putin Qərbi vurmaqla hədələdi. İndi müharibənin şəkli necə dəyişəcək? - CANLI

22.11.2024 | 11:00
Bu gün Sabunçunun bəzi ərazilərində işıq olmayacaq - XƏBƏRDARLIQ

22.11.2024 | 10:30
Bu Türkiyə klubunun borcu 10 milyardı keçib

22.11.2024 | 10:20
Təbriz sakini İrəvanda döyülüb

22.11.2024 | 10:15
Yol polisi küləkli hava ilə bağlı sürücülərə və piyadalara müraciət edib

22.11.2024 | 10:05
Gəncədə qadın bıçaqlanaraq öldürülüb

22.11.2024 | 10:00
Bakıda COP29-da finiş xəttinə çatmaq üçün bizə ciddi təkan lazımdır - Quterreşdən PAYLAŞIM

22.11.2024 | 09:30
Son 7 ildə 1636 sərhəd pozucusu, 1021 rejim pozucusu saxlanılıb - DSX

22.11.2024 | 09:24
Büdcədə neft gəlirlərimiz 750 milyon manat azalacaq - 2 ciddi səbəb...

22.11.2024 | 09:17
Qlobal iqtisadiyyatın yarısı təbiətdən asılıdır - Britaniyalı nazir

22.11.2024 | 09:05
Balakəndə 4 otaqlı ev yanıb

22.11.2024 | 09:00
"Papa ilə görüşdən sonra özümü xeyirxah hiss edirəm" - Paşinyanın arvadından paylaşım

22.11.2024 | 08:40
Alimlər nazirin "yüksək maaş" sözlərini necə qarşıladı?..

22.11.2024 | 08:30
Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edib

21.11.2024 | 22:49
Putindən Kimə qəribə hədiyyə - 10 min əsgərə qarşılıq Şimali Koreyaya 70 heyvan göndərdi...

21.11.2024 | 22:19
Zaxarovaya mətbuat konfransında zəng gəldi - Ukraynaya raket hücumları ilə bağlı danışma... +VİDEO

21.11.2024 | 21:43
MM Lüksemburq parlamentinin ant-Azərbaycan qətnaməsini tutarlı arqumentlərlə alt-üst etdi

21.11.2024 | 21:19
Ermənilərin Azərbaycanda 30 illik “enerji cinayətləri”nin araşdırılması başladı...

21.11.2024 | 21:03
ABŞ Ukraynaya "mina qadağasını" da götürdü...

21.11.2024 | 20:44
Ermənilərin bu xəbəri də yalandır - Xankəndidə bircə "genosid abidəsi" də qala bilməz...

21.11.2024 | 20:29
COP29-da tarixi ilk yaşandı - su faktoru dünya gündəminə gətirildi...

21.11.2024 | 20:15
COP29-un uğurları Fransanı özündən çıxarır...

21.11.2024 | 20:06
Azərbaycan Milli Dirəniş Təşkilatının Strateji Sənədinin ikinci nəşri yayımlandı

21.11.2024 | 20:01
Aİ-95-lə əlaqəli baş verənlər Azərbaycanın iqlim siyasətinin tərkib hissəsidir...

21.11.2024 | 19:48
Ermənistanda COP29-a qatılmamaq peşmançılığı başladı - çox şey itirilib...

21.11.2024 | 19:37
Urmiyədə vətəndaşlar İran rejiminin terroru dəstəkləyən siyasətlərinə etiraz ediblər

21.11.2024 | 19:34
Bakıda benzin-dizellə işləyən bir avtobus olmayacaq...

21.11.2024 | 19:21
244 milyon manat elm üçün nə deməkdir...

21.11.2024 | 19:07
Leyla Əliyeva COP29 çərçivəsində bəbirlərin mühafizəsinə həsr olunmuş tədbirdə çıxış edib

21.11.2024 | 19:03
BMT məhkəməsi Azərbaycanın iddiasını lüzumsuz yerə bir il uzadır - etnik təmizləmə faktdır...

21.11.2024 | 18:48
G20-nin Ukrayna ilə bağlı yekun sənədi heç nəyi dəyişməyə qadir deyil...

21.11.2024 | 18:41
Leyla Əliyeva COP29 çərçivəsində Qlobal Liderlərin Dialoqunda iştirak edib - FOTO

21.11.2024 | 18:35
“Böyük Qayıdışda” mina problemi - heç bir beynəlxalq dəstək yoxdur, qərəz, ikili standart, erməni barmağı...

21.11.2024 | 18:23
Türkiyə şirkətlərinin azad olunmuş rayonlarda fəaliyyəti barədə şayiələr yayırlar - 4 milyard ayrılıb...

21.11.2024 | 18:21
COP29-da “Yaşıl Dünya Naminə İnklüzivlik” mövzusunda yan tədbir keçirildi

21.11.2024 | 18:15
"COP29-da Paris Sazişinin əsas sahələri üzrə razılığa gəlmək vacibdir" - Britaniya nümayəndəsi

21.11.2024 | 18:09
İqlimlə bağlı məlumatları düzgün təqdim etməyən ölkələr də var - BMT layihə hazırlayıb...

21.11.2024 | 17:56
Azərbaycanda yerli istehsal avtobusları ilə bağlı mübahisə gedir - tələbat var?

21.11.2024 | 17:43
Fransanın bəzi dövlətləri COP-dan çəkindirməsi rəsmi bəyan olundu...

21.11.2024 | 17:30
Fransa Azərbaycanın səfirinə qarşı təzyiqlərə başladı...

21.11.2024 | 17:18
COP29 turizmlə bağlı tarixdə ilkə imza atdı...

21.11.2024 | 17:06
Nüvə müharibəsi başlasa Rusiya bu ölkələri vuracaq - dövlət televiziyası bir-bir açıqladı...

21.11.2024 | 16:59
"Bütün tərəflərin COP29-da əhəmiyyətli nəticələrə nail olmaq üçün konstruktiv işləməsi vacibdir" - Annalena Berbok

21.11.2024 | 16:33
Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edildi

21.11.2024 | 16:31
"Əminəm ki, COP29-da razılaşmaya nail olunacaq" - BMT Baş katibi

21.11.2024 | 16:24
Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib - FOTO

21.11.2024 | 16:17
Rusiyanın Cənubi Kipri vuracağı iddia edildi - Kremlin təbligatçısı ruslara xəbərdarlıq etdi

21.11.2024 | 16:05
YAP bundan sonra da Azərbaycanın yeni zirvələr fəth etməsinə mühüm töhfələr verəcək

21.11.2024 | 16:04
"COP29 əla təşkil olunub" - Zaxarova

21.11.2024 | 15:51
"Cəmi bir qəpik sosial sığorta ödənişi olan şəxsə minimum pensiya ödənilir" - Sahil Babayev

21.11.2024 | 15:38
BMT Baş katibi G20 liderlərini COP29-da maliyyə məqsədinin təmin edilməsi üçün göstəriş verməyə çağırdı

21.11.2024 | 15:24
ABŞ nümayəndəsi Su üzrə Bakı Dialoqu təşəbbüsünün əhəmiyyətindən danışdı...

21.11.2024 | 15:17
"Bakıda yeni iddialı iqlim maliyyəsi məqsədinə dair razılaşma əldə etməliyik" - Quterreş

21.11.2024 | 15:10
"Paris Sazişinə əsaslanan beynəlxalq əməkdaşlıq iqlimlə mübarizə üçün zəruridir" - BMT Baş katibi

21.11.2024 | 14:50
COP29-da meşələr üçün iqlim maliyyəsinin artırılması məsələsi müzakirə edilib

21.11.2024 | 14:43
"Sivilizasiyamızın gələcəyini indi etdiklərimiz və ya etmədiklərimiz müəyyənləşdirəcək" - BMT rəsmisi

21.11.2024 | 14:25
"Çin və ABŞ-ın NDC-ləri qlobal istiləşməni 1,5 dərəcədə məhdudlaşdırmaq hədəfinə uyğun gəlmir"

21.11.2024 | 13:58
Kərim Vəliyev Pakistanın Quru Qoşunları komandanı ilə görüşdü

21.11.2024 | 13:56
COP29-da Kiçik ada dövlətlərinin və icmaların ekosistemləri müzakirə edildi

21.11.2024 | 13:45
"Su məsələləri üzrə Bakı Dialoqu gələcək COP-larda davamlı şəkildə keçirilməlidir" - BMT-nin xüsusi nümayəndəsi

21.11.2024 | 13:43
COP29 çərçivəsində aqroərzaq sistemlərinin dayanıqlığına nail olunması mövzusunda panel müzakirə keçirilib

21.11.2024 | 13:29
BMT rəsmisi Azərbaycanın iqlim dəyişmələrinə qarşı tədbirlərini yüksək qiymətləndirdi

21.11.2024 | 13:28
Nazir müavini bioloji müxtəlifliyin qlobal səviyyədə azalması səbəblərindən danışdı

21.11.2024 | 13:17
Su üzrə Bakı Dialoqu təşəbbüsünə dair niyyət protokolu imzalandı

21.11.2024 | 13:03
Против Армении должен быть создан международный религиозный трибунал - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

21.11.2024 | 12:53
BDU “İnterdisiplinar Elm Reytinqi”ndə dünya üzrə TOP-250-də yer alıb

21.11.2024 | 12:51
Muxtar Babayev hər kəsi ilk Su Bəyannaməsinə qoşulmağa çağırdı...

XƏBƏR ARXİVİ

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930