KÖHNƏ VERSİYA            

Qarabağda azərbaycanlılar 10-dan 30 faizə çatdırıldı - Heydər Əliyev bunu necə etdi...

Image

Ceyhun Məmmədov: “Davamlı olaraq müxtəlif addımlar atdı, müxtəlif tədbirlər həyata keçirdi və bu məqsədinə, hədəfinə nail oldu”

“...1923-cü ildə isə bizim canımıza növbəti saat bombasını saldılar və ondan sonra burada kütləvi erməniləşmə siyasəti aparılırdı. Müxtəlif yerlərdən, o cümlədən Ermənistandan sovet hökuməti erməniləri buraya şüurlu olaraq doldururdu ki, burada ermənilərin sayı, yəni o vaxtkı muxtar vilayət çərçivəsində daha çox olsun. Eyni zamanda, burada mövcud olan separatizm meyillərinə də düzgün reaksiya verilmirdi. Ancaq Ulu Öndər Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gələndən sonra burada bütün separatçıların yuvaları dağıdıldı və sabitlik yaradıldı. Keçmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti”ndə azərbaycanlıların sayı 9 faizdən, təqribən 30 faizə qədər artdı”. 

Bu sözləri Prezident İlham Əliyev Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə söyləyib.

Heydər Əliyev bunu necə etdi? Buna necə nail oldu?

Millət vəkili Ceyhun Məmmədov baki-xeber.com-a şərhində bildirdi ki, H.Əliyev ermənilərin məkrli planlarından xəbərdar idi. “Ulu öndər Heydər Əliyev bilirdi ki, ermənilərin çox ciddi məkrli planları var və onlar tezliklə Qarabağa qarşı da ərazi iddiası irəli sürəcəklər. Ulu öndər uzaqgörən, təcrübəli bir siyasətçi idi, o hər şeyi öncədən görə bilirdi. O gözəl bilirdi ki, proseslər ona doğru gedir. Yəni ermənilər baş qaldıracaqlar, ona görə də bu prosesin qabağını almaq üçün çox ciddi formada çalışdı və burdakı separatizm yuvalarını tamamilə dağıtdı. Əslində, ermənilərin məqsədi illər öncə bu prosesi başlatmaq idi, amma onların arzusu ürəklərində qaldı və onlar bunu edə bilmədilər”-deyə C.Məmmədov bildirdi. 

C.Məmmədov qeyd etdi ki, növbəti mərhələdə isə ermənilər bunu etməyə çalışdılar və müəyyən mənada da məqsədlərinə nail ola bildilər.  “Söhbət bizim torpaqlarımızın işğalından, mərhələli şəkildə davamlı olaraq müəyyən addımların atılmasından gedir. Yəni onlar ciddi bir formada, ciddi bir şəkildə bu işləri görməyə və bu addımları atmağa çalışırdılar. Proseslər də onu göstərdi ki, Ulu Öndər hakimiyyətdən getdikdən sonra ermənilər baş qaldırdılar, öz məqsədlərinə nail olmaq üçün müəyyən addımlar atdılar. Ancaq onlar onu o dövrdə, o zamanda edə bilmirdilər, bunu etmək üçün onlara imkan verilmirdi. Amma qeyd etdiyimiz kimi, sonrakı dönəmdə isə ermənilər artıq bunu etməyə başladılar və təxribatları törətdilər.

Hesab edirəm ki, ulu öndərin böyüklüyü bunda idi. Ulu öndər bu prosesin qabağını aldı, bu cür təxribatlara imkan vermədi. Yəni onun uzaqgörənliyi, böyük siyasətçi olması bu cür proseslərin qabağını qəti şəkildə aldı və imkan vermədi ki, proseslər bu məcrada inkişaf etsin. O anlamda hesab edirəm ki, bu onun uğurlu və uzaqgörən bir siyasəti, uzaq görən formada atdığı bir addım, həyata keçirdiyi bir siyasət idi. Bunun nəticəsində onun qarşısı prinsipal şəkildə, qətiyyətlə alındı. Buna imkan verilmədi. Bunun qarşısı məqsədyönlü şəkildə alındı. Qeyd olunduğu kimi, əhalinin sayı 9 faizdən 30 faizə qalxdı. Azərbaycanlaşdırma siyasəti həyata keçirməklə, davamlı olaraq Qarabağa müxtəlif səfərlər etməklə bu hədəfə və məqsədə Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə nail oldu. Yəni davamlı olaraq müxtəlif addımlar atdı, müxtəlif tədbirlər həyata keçirdi və bu məqsədinə, hədəfinə nail oldu”-deyə C.Məmmədov bildirdi.

Qasım Hacıyev: “Məhz Heydər Əliyevin gördüyü məqsədyönlü və uzaqgörən işlərin nəticəsində keçmiş “DQMV”də azərbaycanlıların sayı əhəmiyyətli dərəcədə artdı”

Bu fakta şərh verən AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz Tarixi şöbəsinin müdiri, professor Qasım Hacıyevin bildirdiyinə görə, Kremlin Azərbaycana laqeyd münsibəti və ermənilərə yaratdığı sonsuz şərait keçən əsrin 60-cı illərində elə bir nöqtəyə gəlib çatdı ki, həm Azərbaycan hökumətinə, həm də yerli strukturlara qarşı ermənilərin fəal təsir göstərməsi başladı. O dövrə aid tədqiqat materiallarında, qəzet və jurnallarda nəşr olunan məqalələrdə ermənilərin çıxışları ilə tanış olduğunu deyən Q.Hacıyevin sözlərinə görə, eyni zamanda Qarabağda yaşadığına görə onların orda antiazərbaycan təbliğatının da şahidi olub. “Keçmiş “Dasğlıq Qarabağ Muxtar Vilayəti” ərazisində elə bir şəhər yox idi ki, orda Azərbaycan dilində bir reklam löhvəsi olsun. Küçə adları, reklamlar və sair rus və erməni dilində yazılırdı. Ora daxil olanda Ermənistanda olduğunu zənn edirdin. Yəni onlara o qədər şərait yaradılmışdı ki, Azərbaycan Respublikasının rəsmi dilindən istifadə etmirdilər. Onların özbaşınalıq etməsinə Kremlin göz yumması nəticəsində ermənilər o qədər həvəsləndilər ki, yuxarı təşkilatlara, o cümlədən də SSRİ Kommunist Partiyasına məktublar göndərməyə başladılar. Bu məktublara tonlarla kağız sərf edirdilər. Ermənilər Moskvaya yazırdılar ki, Azərbaycanın tərkibində yaşamaq mümkün deyil, Azərbaycan bizi iqtisadi cəhətdən geri salır, eyni zamanda erməni mədəniyyətinin inkişafına da imkan vermirlər. Ona görə də belə “qərar” vermişdilər ki, azərbaycanlılarla bir yerdə yaşamaq olmaz. Ayrı-ayrı gizli təşkilatlar yaratdılar, qurumlar təşkil etdilər. “Krunk”, “Qarabağ komitəsi” yaradıb orada gizli şəkildə külli miqdarda vəsait toplayırdılar və öz mənfur təbliğatlarını geniş şəkildə yayırdılar. İş axırda o yerə gəlib çatdı ki, artıq bunlar hədlərini aşmağa başladılar. 1969-cu ilin iyulunda Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katib seçildi.  O, azərbaycanlıların milli xüsusiyyətini, ermənilərin isə xislətini bildiyi üçün  lazımı addımlar atmağa başladıHeydər Əliyev  Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsində işləmişdi və ermənilərin bütün məkrli planlarını dərindən bilirdi, onların əsl məqsədlərinin nə olduğundan xəbərdar idi. Heydər Əliyev ermənilərin gizlin məkrli fəaliyyətlərini ifşa etdi. Çünki bilirdi ki, onlar gizli təşkilatlar yaradıb antiazərbaycan təbliğatı ilə məşğul olurlar. Bu təşkilatların ziyanlı əməllərinin üstü açılandan sonra başqa bir proses başladı. Xatırlayıram ki, Heydər Əliyev Qarabağı Azərbaycanın güncündə, qıraqda qalmış vəziyyətdən çıxardı. Yəni ora dəmir yolu çəkdirdi, stansiyalar yaratdı, orada müəyyən strukturları möhkəmləndirdi, səhiyyə şöbələrini, məktəbləri yaxşı vəziyyətə saldı ki, ermənilərin Moskvaya şikayət etməsinə bir bəhanə yeri qalmasın. Ermənilər şikayət edirdi ki, guya məktəb, tibb ocaqları yoxdur və sair. Bu bir yandan Azərbaycanın var-dövləti, sərvəti hesabına ermənilərin imkan qazanmasına səbəb olsa da, amma ora Azərbaycan torpağı, Azərbaycan Respublikasının ərazisi olduğuna görə bu, Azərbaycan və Azərbaycana bağlılıq üçün də çox vacib idi.  Buna bəzən iki məna verirdilər. Bəziləri deyirdi ki, nahaq ermənilərə şərait yaradılır, bəziləri isə “ermənilərin ağzını yummasan bunlar çox baş aparacaq” fikrində idi.  Ümumiyyətlə, bu işlərin görülməsi erməni separatizminin qarısının alınmasına xidmət etdi. Orada Pedaqoji İnstitutun Xankəndi filialı açıldı, təhsil müəssiələrinin fəaliyyəti gücləndirildi ki, Bakı ilə əlaqələr daha da artsın. Belə də oldu, əlaqələr güclənməyə başladı. Qarabağ Azərbaycanın ərazisi kimi inkişaf etdirilirdi. Amma təəssüflər olsun ki, ermənilər buna qane olmaq istəmədilər, sakitləşmək niyyətində deyildilər. Heydər Əliyev nə qədər ki Azərbaycan rəhbərliyində idi, onların səsləri çıxmırdı. Sanki qurbağa gölünə daş atmışdılar”.

Q.Hacıyev bildirdi ki, H.Əliyev keçmiş “Dağlıq Qarabağ Muxtar Vilayətində” (DQMV) yaşayan ermənilərinin sayının süni şəkildə artırıldığını yaxşı bilirdi və bunun da ziyanlı nəticələrini əvvəlcədən görürdü: “Heydər Əliyev “muxtar vilayətdə” ermənilərin sayının süni şəkildə artırılmasının qarşısını almaq üçün müfaviq addımlar atdı. Dediyim kimi, orada Pedaqoji İnstitutun filalını açdı, burada Azərbaycan məktəbləri üçün müəllim kadrları yetişdirilirdi, Azərbaycandilli məktəblərin sayına xüsusi fikir verdi, yeni iş yerləri yaratdı. Eyni zamanda azərbaycanlı kadrların vəzifələrə çəkilməsi prosesini həyata keçirdi. Bir sözlə, orada ermənilərin əl-qolunu bağladı. Əslində, ermənilər o ərazilərdə məskunlaşana qədər əhali tamamilə Azərbaycan türklərindən ibarət idi. Sonradan ki, qondarma vilayət yaradıldı və ermənilər aktivləşməyə, azərbaycanlıları öz yurdlarına sıxışdırmağa başladılar, Ermənistandan, başqa yerlərdən ora erməni axını təşkil olundu. Bütün bunları da Heydər Əliyev yaxşı bilirdi. Azərbaycanlıların öz doğma şəhərlərinə qayıdıb yaşaması üçün ulu öndər şərait yaratdı, anadilli məktəblərin fəaliyyəti, Pedaqoji İnstitutun filalının açılması, iş yerlərinin mövcudluğu orada azərbaycanlı əhalinin sayının artmasına səbəb oldu. Məhz Heydər Əliyevin gördüyü məqsədyönlü və uzaqgörən işlərin nəticəsində keçmiş “DQMV”də azərbaycanlıların sayı əhəmiyyətli dərəcədə artdı və bu 9 faizdən, təqribən 30 faizə qədər təşkil etdi.     

Ulu öndər Moskvaya yüksək vəzifəyə dəvət edildikdən və orada fəaliyyətə başladıqdan sonra ermənilər burada gizli təşkilatlarını yenə də fəallaşdırlar. Hətta Kamran Bağırovun dövründə heç şikayətə də baxan yoxdu, ermənilər nəinki Qarabağda, Azərbaycanın paytaxtında belə bəzi vəzifələri ələ keçirib ölkəmizdə özbaşnalıqlar etməyə başlamışdılar. Ulu öndər Siyasi Büro üzvlüyündən gedəndən sonra ermənilər daha da ağzınlaşdılar. Bundan sonra ermənilərin iç üzləri tamamilə açıldı və aktiv təxribata keçdilər. Ondan sonra Ermənistan-Azərbaycan-Qarabağ münaqişəsi yenidən kəskinləşdi. Bu, keçən əsrin sonları idi. 1987-ci ildə İrəvanda nümayişlərə başladılar. 1988-ci ildə Qarabağda mənfur çağırışlarla nümayiş geçirməyə başladılar, tətillər, özbaşınalıqlar Azərbaycanın hər yerini laxlatdı. Ondan sonra 1991-ci ildə Azərbaycan kəndlərinə, şəhərlərinə  açıq silahlı hücumlar təşkil edildi. 1992-ci ildə artıq Ermənistan dövlət şəklində hərbi təcavüzə başladı və Azərbaycanın torpaqlarının 20 faizini işğal etdi. Bu hadisələr doğrudan da bu cür davam edib. Prezidentin dediklərində çox böyük həqiqət var, tarixi ardıcıllıqla bütün prosesləri çox gözəl şərh edib. Bizim bugünkü günümüzə gələn tarixi yol kimi çox düzgün qeyd edib və Prezidentin fikirləri çox əhəmiyyətlidir. Mən də bunları çox geniş şəkildə kitablarda əks etdirmişəm. “Heydər Əliyev və Azərbaycan Respublikasının ərazi bütövlüyü” adlı monoqrafiyada da bu məsələləri geniş təhlil etmişəm. Həm ulu öndərin hakimiyyətə gəlişi, rəhbərliyi, sonradan ikinci dəfə siyasi rəhbərliyə qayıdışı, onun nəticələri, Azərbaycan torpaqlarının işğal olunmasının, münaqişənin həll edilə bilməməsinin   səbəbləri barədə geniş yazmışam, onlar hamısı orada aydınlaşdırılıb. Cənab Prezident İlham Əliyev hakimiyyətə gələndən sonra tutduğu düzgün yol, ulu öndərin işini davam etdirməsi,  ölkənin iqtisadiyyatının gücləndirilməsi, hərbi qüdrətinin artırılması, xalq-dövlət birliyi nəticəsində bizi qələbəyə gətirib çıxardı”-deyə Q.Hacıyev bildirdi.

İradə SARIYEVA








VİDEO

Pezeşkian Şahin Mustafayevlə görüşdə səhv etdi, ermənilər isə səhvdən yapışdı... - VİDEO

Türk dövlətlərinin vahid xəritə qərarı Rusiyada təşvişə səbəb oldu... - VİDEO

Paşinyanın yarımçıq saziş təklifi Rusiyada da sərt tənqid edildi - Bu, demaqogiyadır, özünü aldatmaqdır - VİDEO

Ermənilərin bu xəbəri də yalandır - Xankəndidə bircə "genosid abidəsi" də qala bilməz...

COP29-da tarixi ilk yaşandı - su faktoru dünya gündəminə gətirildi...

Fransa Azərbaycanın səfirinə qarşı təzyiqlərə başladı...

SON XƏBƏRLƏR

22.11.2024 | 13:41
"Azərbaycan təcrübəsi gələcək beynəlxalq tədbirlər üçün nümunə ola bilər" - COP29 iştirakçıları...

22.11.2024 | 13:27
COP29-da İrəvandakı Azərbaycan mədəni irsinin dəyişdirilməsinə dair tədbir keçirildi

22.11.2024 | 13:04
Азербайджан лечит Армению профессионально и успешно - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

22.11.2024 | 12:48
Paşinyan Ermənistanda despot rejimə keçir

22.11.2024 | 12:37
Qazaxın azad olunan 4 kəndində müşahidə-nəzarət kameraları quraşdırılıb

22.11.2024 | 12:24
COP29 çərçivəsində Afrikada tətbiq olunan yaşıl təşəbbüslərə dair tədbir keçirilib

22.11.2024 | 12:07
Prezident İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib

22.11.2024 | 12:00
COP29-da danışıqlar qruplarının iştirakı ilə Qurultay olub

22.11.2024 | 11:52
General azad olunan ərazilərdə yeni yaradılan strukturları açıqladı

22.11.2024 | 11:43
Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər - FOTO

22.11.2024 | 11:30
XIV tura bu gün "Kəpəz" - "Araz-Naxçıvan" matçı ilə start veriləcək

22.11.2024 | 11:15
"Azərbaycanlı tələbələrin şüarlarında ekstremizm faktları yoxdur" - Rusiya İstintaq Komitəsi

22.11.2024 | 11:05
"Bu tendensiyalar davam edərsə, iqlim dəyişikliyinə mənfi təsirlər daha da artacaq" - alman nazir

22.11.2024 | 11:03
Putin Qərbi vurmaqla hədələdi. İndi müharibənin şəkli necə dəyişəcək? - CANLI

22.11.2024 | 11:00
Bu gün Sabunçunun bəzi ərazilərində işıq olmayacaq - XƏBƏRDARLIQ

22.11.2024 | 10:30
Bu Türkiyə klubunun borcu 10 milyardı keçib

22.11.2024 | 10:20
Təbriz sakini İrəvanda döyülüb

22.11.2024 | 10:15
Yol polisi küləkli hava ilə bağlı sürücülərə və piyadalara müraciət edib

22.11.2024 | 10:05
Gəncədə qadın bıçaqlanaraq öldürülüb

22.11.2024 | 10:00
Bakıda COP29-da finiş xəttinə çatmaq üçün bizə ciddi təkan lazımdır - Quterreşdən PAYLAŞIM

22.11.2024 | 09:30
Son 7 ildə 1636 sərhəd pozucusu, 1021 rejim pozucusu saxlanılıb - DSX

22.11.2024 | 09:24
Büdcədə neft gəlirlərimiz 750 milyon manat azalacaq - 2 ciddi səbəb...

22.11.2024 | 09:17
Qlobal iqtisadiyyatın yarısı təbiətdən asılıdır - Britaniyalı nazir

22.11.2024 | 09:05
Balakəndə 4 otaqlı ev yanıb

22.11.2024 | 09:00
"Papa ilə görüşdən sonra özümü xeyirxah hiss edirəm" - Paşinyanın arvadından paylaşım

22.11.2024 | 08:40
Alimlər nazirin "yüksək maaş" sözlərini necə qarşıladı?..

22.11.2024 | 08:30
Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edib

21.11.2024 | 22:49
Putindən Kimə qəribə hədiyyə - 10 min əsgərə qarşılıq Şimali Koreyaya 70 heyvan göndərdi...

21.11.2024 | 22:19
Zaxarovaya mətbuat konfransında zəng gəldi - Ukraynaya raket hücumları ilə bağlı danışma... +VİDEO

21.11.2024 | 21:43
MM Lüksemburq parlamentinin ant-Azərbaycan qətnaməsini tutarlı arqumentlərlə alt-üst etdi

21.11.2024 | 21:19
Ermənilərin Azərbaycanda 30 illik “enerji cinayətləri”nin araşdırılması başladı...

21.11.2024 | 21:03
ABŞ Ukraynaya "mina qadağasını" da götürdü...

21.11.2024 | 20:44
Ermənilərin bu xəbəri də yalandır - Xankəndidə bircə "genosid abidəsi" də qala bilməz...

21.11.2024 | 20:29
COP29-da tarixi ilk yaşandı - su faktoru dünya gündəminə gətirildi...

21.11.2024 | 20:15
COP29-un uğurları Fransanı özündən çıxarır...

21.11.2024 | 20:06
Azərbaycan Milli Dirəniş Təşkilatının Strateji Sənədinin ikinci nəşri yayımlandı

21.11.2024 | 20:01
Aİ-95-lə əlaqəli baş verənlər Azərbaycanın iqlim siyasətinin tərkib hissəsidir...

21.11.2024 | 19:48
Ermənistanda COP29-a qatılmamaq peşmançılığı başladı - çox şey itirilib...

21.11.2024 | 19:37
Urmiyədə vətəndaşlar İran rejiminin terroru dəstəkləyən siyasətlərinə etiraz ediblər

21.11.2024 | 19:34
Bakıda benzin-dizellə işləyən bir avtobus olmayacaq...

21.11.2024 | 19:21
244 milyon manat elm üçün nə deməkdir...

21.11.2024 | 19:07
Leyla Əliyeva COP29 çərçivəsində bəbirlərin mühafizəsinə həsr olunmuş tədbirdə çıxış edib

21.11.2024 | 19:03
BMT məhkəməsi Azərbaycanın iddiasını lüzumsuz yerə bir il uzadır - etnik təmizləmə faktdır...

21.11.2024 | 18:48
G20-nin Ukrayna ilə bağlı yekun sənədi heç nəyi dəyişməyə qadir deyil...

21.11.2024 | 18:41
Leyla Əliyeva COP29 çərçivəsində Qlobal Liderlərin Dialoqunda iştirak edib - FOTO

21.11.2024 | 18:35
“Böyük Qayıdışda” mina problemi - heç bir beynəlxalq dəstək yoxdur, qərəz, ikili standart, erməni barmağı...

21.11.2024 | 18:23
Türkiyə şirkətlərinin azad olunmuş rayonlarda fəaliyyəti barədə şayiələr yayırlar - 4 milyard ayrılıb...

21.11.2024 | 18:21
COP29-da “Yaşıl Dünya Naminə İnklüzivlik” mövzusunda yan tədbir keçirildi

21.11.2024 | 18:15
"COP29-da Paris Sazişinin əsas sahələri üzrə razılığa gəlmək vacibdir" - Britaniya nümayəndəsi

21.11.2024 | 18:09
İqlimlə bağlı məlumatları düzgün təqdim etməyən ölkələr də var - BMT layihə hazırlayıb...

21.11.2024 | 17:56
Azərbaycanda yerli istehsal avtobusları ilə bağlı mübahisə gedir - tələbat var?

21.11.2024 | 17:43
Fransanın bəzi dövlətləri COP-dan çəkindirməsi rəsmi bəyan olundu...

21.11.2024 | 17:30
Fransa Azərbaycanın səfirinə qarşı təzyiqlərə başladı...

21.11.2024 | 17:18
COP29 turizmlə bağlı tarixdə ilkə imza atdı...

21.11.2024 | 17:06
Nüvə müharibəsi başlasa Rusiya bu ölkələri vuracaq - dövlət televiziyası bir-bir açıqladı...

21.11.2024 | 16:59
"Bütün tərəflərin COP29-da əhəmiyyətli nəticələrə nail olmaq üçün konstruktiv işləməsi vacibdir" - Annalena Berbok

21.11.2024 | 16:33
Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edildi

21.11.2024 | 16:31
"Əminəm ki, COP29-da razılaşmaya nail olunacaq" - BMT Baş katibi

21.11.2024 | 16:24
Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib - FOTO

21.11.2024 | 16:17
Rusiyanın Cənubi Kipri vuracağı iddia edildi - Kremlin təbligatçısı ruslara xəbərdarlıq etdi

21.11.2024 | 16:05
YAP bundan sonra da Azərbaycanın yeni zirvələr fəth etməsinə mühüm töhfələr verəcək

21.11.2024 | 16:04
"COP29 əla təşkil olunub" - Zaxarova

21.11.2024 | 15:51
"Cəmi bir qəpik sosial sığorta ödənişi olan şəxsə minimum pensiya ödənilir" - Sahil Babayev

21.11.2024 | 15:38
BMT Baş katibi G20 liderlərini COP29-da maliyyə məqsədinin təmin edilməsi üçün göstəriş verməyə çağırdı

21.11.2024 | 15:24
ABŞ nümayəndəsi Su üzrə Bakı Dialoqu təşəbbüsünün əhəmiyyətindən danışdı...

21.11.2024 | 15:17
"Bakıda yeni iddialı iqlim maliyyəsi məqsədinə dair razılaşma əldə etməliyik" - Quterreş

21.11.2024 | 15:10
"Paris Sazişinə əsaslanan beynəlxalq əməkdaşlıq iqlimlə mübarizə üçün zəruridir" - BMT Baş katibi

21.11.2024 | 14:50
COP29-da meşələr üçün iqlim maliyyəsinin artırılması məsələsi müzakirə edilib

21.11.2024 | 14:43
"Sivilizasiyamızın gələcəyini indi etdiklərimiz və ya etmədiklərimiz müəyyənləşdirəcək" - BMT rəsmisi

21.11.2024 | 14:25
"Çin və ABŞ-ın NDC-ləri qlobal istiləşməni 1,5 dərəcədə məhdudlaşdırmaq hədəfinə uyğun gəlmir"

21.11.2024 | 13:58
Kərim Vəliyev Pakistanın Quru Qoşunları komandanı ilə görüşdü

21.11.2024 | 13:56
COP29-da Kiçik ada dövlətlərinin və icmaların ekosistemləri müzakirə edildi

21.11.2024 | 13:45
"Su məsələləri üzrə Bakı Dialoqu gələcək COP-larda davamlı şəkildə keçirilməlidir" - BMT-nin xüsusi nümayəndəsi

21.11.2024 | 13:43
COP29 çərçivəsində aqroərzaq sistemlərinin dayanıqlığına nail olunması mövzusunda panel müzakirə keçirilib

21.11.2024 | 13:29
BMT rəsmisi Azərbaycanın iqlim dəyişmələrinə qarşı tədbirlərini yüksək qiymətləndirdi

21.11.2024 | 13:28
Nazir müavini bioloji müxtəlifliyin qlobal səviyyədə azalması səbəblərindən danışdı

21.11.2024 | 13:17
Su üzrə Bakı Dialoqu təşəbbüsünə dair niyyət protokolu imzalandı

21.11.2024 | 13:03
Против Армении должен быть создан международный религиозный трибунал - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

21.11.2024 | 12:53
BDU “İnterdisiplinar Elm Reytinqi”ndə dünya üzrə TOP-250-də yer alıb

21.11.2024 | 12:51
Muxtar Babayev hər kəsi ilk Su Bəyannaməsinə qoşulmağa çağırdı...

XƏBƏR ARXİVİ

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930