KÖHNƏ VERSİYA            

Vardanyanın Qarabağa niyə göndərildiyini Paşinyan indi araşdırmağa başlayıb...

Image

Sədrəddin Soltan: “Paşinyan Ruben Vardanyan və onu dəstəkləyən qüvvələrdən imtina etməklə həm də qisas alır”  

“Necə oldu ki, Ruben Vardanyan Rusiya vətəndaşlığından imtina etdi? Bu addımı atmağı ona kim məsləhət görüb və ya göstəriş verib? Onu bu mənada kim Ermənistana göndərib, kim Qarabağa hansı məqsədlə, hansı zəmanətlə, hansı təminatla, hansı vədlərlə göndərib? Və sonunda kim dedi: “Bilirsən nə var? Biz onun kim olduğunu bilmirik, çünki o, başqa ölkənin vətəndaşıdır”. Bu suallara cavab istəyirik, yoxsa yox? Bu, həqiqətən də bizim üzləşdiyimiz ciddi problemdir”.

Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan  avqustun 31-də Karen Dəmirçyan adına İdman-Konsert Kompleksində keçirilən mətbuat konfransında bildirib.

Qeyd edək ki, 2023-cü il sentyabrın 27-də “Laçın” dövlət sərhədinin buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” vəzifəsində çalışmış Ruben Karlenoviç Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb. Hazırda Bakı həbsxanalarından birində cəzasını  çəkir. 

Paşinyan isə Vardanyanın Qarabağa niyə göndərildiyini indi araşdırmağa başlayıb. 

“Demək istəyir ki, rəsmi İrəvanın, yəni hakimiyyətin, onun komandasının həmin separatçılarla heç bir əlaqəsi yoxdur və onların etdikləri cinayətlərlə bağlı məsələləri bölüşmür” 

Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri Sədrəddin Soltan “Bakı-Xəbər”ə bildirdi ki, Ruben Vardanyan Rusiyada anadan olub və Rusiyada da var-dövlət yığıb. “Yəni Rusiyada da o qədər var-dövlət yığmaq üçün, şübhəsiz ki, Rusiya hakimiyyəti ilə əlaqələri olmaq lazım gəlirdi. Əvvəllər hökumətin sözünə baxmayan oliqarxların taleyi bəllidir. Bəzilərinə də sanksiyalar tətbiq olunub. Rusiya hakimiyyətinə yaxın olan və bu ölkədə formalaşmış erməni milyonerlər - Samvel Karapetyan, Karen Karapetyan, Ruben Vardanyan və başqaları, bunlar hamısı Qarabağ torpaqları işğal altında olanda bu və başqa şəkildə işğalı dəstəkləyiblər. Hətta “Taşir” şirkətlər qrupunun rəhbəri Samvel Karapetyan Qarabağda dünyaya gələn uşaqlar üçün müavinət vermişdi, Qarabağdakı erməni ailələrinə pul ayırmışdı və sair. Onların müxtəlif bəlli olmayan əməliyyatlarda da iştirak etdikləri istisna olunmur. Ter-Petrosyandan sonra Ermənistan hakimiyyəti Qarabağdan gedən erməni liderlərinin başçılığı ilə formalaşıb. Bura Robert Koçaryan, Serj Sarkisyan aiddir. Növbəti prezident, məntiqlə, o ardıcıllıqla Bako Saakyan, yaxud Arkadi Qukasyan olmalı idi. Bunların heç biri o səviyyəli siyasi fiqurlar ola bilmədiklərinə görə növbəti kart olaraq Ruben Vardanyan kartı işlədi. Ruben Vardanyan kartı həm də Rusiya tərəfindən Ermənistana hakimiyyət dəyişikliyi üçün hazırlanmışdı. Qarabağla heç bir əlaqəsi olmayan Vardanyan  özünü Qarabağda separatçılar, terrorçular arasında doğrultmalı və sonra da “qəhrəman” kimi Ermənistana prezident, yaxud baş nazir olaraq başçılıq etməli idi. Paşinyan hakimiyyətə gələndən sonra Qarabağdakı separatçılarla onun arasında da ziddiyyələr var idi. Hadisələrin gedişində də Azərbaycan tərəfindən göstərilən çox sayda təzyiqlərdən sonra Ruben Vardanyan Rusiya vətəndaşlığından imtina etdi və guya qondarma haranınsa “vətəndaşı” kimi Azərbaycan ərazisində qanunsuz olaraq fəaliyyət göstərməyə, separatizmi, terrorizmi dəstəkləməyə başladı. Müharibənin gedişində məğlubiyyətdən sonra kimi gizləndi, kimi qaçıb getdi, nəticədə Ruben Vardayanı Azərbaycanın güc strukturları həbs etdi. Hazırda Azərbaycanda həbsdə olan separatçılığı, terrorçuluğu, qanunsuz fəaliyyəti dəstəkləyən ermənilərin Ermənistanda və diaspor təşkilatları arasında azad olunmasını tələb edənlər var. Paşinyan isə bu məsuliyyətdən yaxasını kənara çəkmək, bu məsuliyyəti üzərindən atmaq üçün bildirir ki, Vardanyan niyə Rusiya vətəndaşlığından imtina etdi?”-deyə bildirən S.Soltanın fikrincə, Paşinyan bu kimi suallar verməklə bildirmək istəyir ki, hakimiyyətin onlarla heç bir əlaqəsi yoxdur. “Bununla Paşinyan demək istəyir ki, rəsmi İrəvanın, yəni hakimiyyətin, onun komandasının həmin separatçılarla heç bir əlaqəsi yoxdur və onların etdikləri cinayətlərlə bağlı məsuliyyəti bölüşmürlər. Başqa sözlə, Paşinyan Ruben Vardanyan və onu dəstəkləyən qüvvələrdən imtina etməklə həm də qisas alır. Bu qisas həm də Robert Koçaryandan, Karapetyandan, Sarkisyandan alınan qisasın bir hissəsidir.  Paşinyan bunların hamısını bilir, amma sadəcə olaraq həm də onlara mesaj verir ki, vaxtında rəsmi İrəvanla hesablaşmadıqlarından Azərbaycanda həbs olunublar. Paşinyan bu addımı ilə eyni zamanda Qarabağda Ermənistanın törətdiyi cinayətlərdən yaxasını kənara çəkməyə çalışır. Çünkii müharibə gedən vaxtı Ermənistanda hakimiyyətə Paşinyan başçılıq edirdi. Yəni orada Azərbaycan əsgərinin ölməsində, işğalçılar tərəfindən Azərbaycana qarşı törədilən hadisələrdə Paşinyan hökumətinin də cinayət məsuliyyəti var. Əgər Paşinyan ordunu çıxarmaq istəsəydi əvvəldən çıxara, bu razılaşama əvvəldən reallaşa bilərdi. 2018-ci ildə hakimiyyətə gəlmişdi, amma bu niyə 2019-cu ildə baş vermədi? 2020-ci ilin əvvəl aylarında niyə baş vermədi? Paşinyan Şuşada halay qurub başqasının torpağında niyə rəqs edirdi? Onun xanımı niyə Azərbaycan torpağına qanunsuz olaraq gəlib şəkil çəkdirib paylaşırdı? Əlbəttə, bunların hamısında Paşinyan hökumətinin də məsuliyyəti var. Amma bununla belə, Paşinyan öz məsuliyyətindən yaxasını kənara çəkmək istəyir. Ruben Vardanyanın və başqa separatçıların məsuliyyətini bölüşmək istəmir. Ruben Vardanyan isə birbaşa başqa ölkənin vətəndaşı kimi Azərbaycan ərazisində pozuculuq fəaliyyəti ilə, separatçılığı, terrorizmi dəstəkləməklə məşğul olub. Paşinyan həm də bununla Rusiyaya meydan oxumuş olur ki, Ruben Vardanyan Ermənistan vətəndaşı deyil, onun Ermənistanla heç bir əlaqəsi yoxdur və bütün məsələləri Rusiya törədib, Rusiya vətəndaşı Ruben Vardanyanın Qarabağda fəaliyyəti bunun göstəricisidir”-deyə S.Soltan qeyd etdi.

İradə SARIYEVA







VİDEO

Pezeşkian Şahin Mustafayevlə görüşdə səhv etdi, ermənilər isə səhvdən yapışdı... - VİDEO

Türk dövlətlərinin vahid xəritə qərarı Rusiyada təşvişə səbəb oldu... - VİDEO

Paşinyanın yarımçıq saziş təklifi Rusiyada da sərt tənqid edildi - Bu, demaqogiyadır, özünü aldatmaqdır - VİDEO

Ermənilərin bu xəbəri də yalandır - Xankəndidə bircə "genosid abidəsi" də qala bilməz...

COP29-da tarixi ilk yaşandı - su faktoru dünya gündəminə gətirildi...

Fransa Azərbaycanın səfirinə qarşı təzyiqlərə başladı...

SON XƏBƏRLƏR

22.11.2024 | 13:41
"Azərbaycan təcrübəsi gələcək beynəlxalq tədbirlər üçün nümunə ola bilər" - COP29 iştirakçıları...

22.11.2024 | 13:27
COP29-da İrəvandakı Azərbaycan mədəni irsinin dəyişdirilməsinə dair tədbir keçirildi

22.11.2024 | 13:04
Азербайджан лечит Армению профессионально и успешно - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

22.11.2024 | 12:48
Paşinyan Ermənistanda despot rejimə keçir

22.11.2024 | 12:37
Qazaxın azad olunan 4 kəndində müşahidə-nəzarət kameraları quraşdırılıb

22.11.2024 | 12:24
COP29 çərçivəsində Afrikada tətbiq olunan yaşıl təşəbbüslərə dair tədbir keçirilib

22.11.2024 | 12:07
Prezident İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib

22.11.2024 | 12:00
COP29-da danışıqlar qruplarının iştirakı ilə Qurultay olub

22.11.2024 | 11:52
General azad olunan ərazilərdə yeni yaradılan strukturları açıqladı

22.11.2024 | 11:43
Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər - FOTO

22.11.2024 | 11:30
XIV tura bu gün "Kəpəz" - "Araz-Naxçıvan" matçı ilə start veriləcək

22.11.2024 | 11:15
"Azərbaycanlı tələbələrin şüarlarında ekstremizm faktları yoxdur" - Rusiya İstintaq Komitəsi

22.11.2024 | 11:05
"Bu tendensiyalar davam edərsə, iqlim dəyişikliyinə mənfi təsirlər daha da artacaq" - alman nazir

22.11.2024 | 11:03
Putin Qərbi vurmaqla hədələdi. İndi müharibənin şəkli necə dəyişəcək? - CANLI

22.11.2024 | 11:00
Bu gün Sabunçunun bəzi ərazilərində işıq olmayacaq - XƏBƏRDARLIQ

22.11.2024 | 10:30
Bu Türkiyə klubunun borcu 10 milyardı keçib

22.11.2024 | 10:20
Təbriz sakini İrəvanda döyülüb

22.11.2024 | 10:15
Yol polisi küləkli hava ilə bağlı sürücülərə və piyadalara müraciət edib

22.11.2024 | 10:05
Gəncədə qadın bıçaqlanaraq öldürülüb

22.11.2024 | 10:00
Bakıda COP29-da finiş xəttinə çatmaq üçün bizə ciddi təkan lazımdır - Quterreşdən PAYLAŞIM

22.11.2024 | 09:30
Son 7 ildə 1636 sərhəd pozucusu, 1021 rejim pozucusu saxlanılıb - DSX

22.11.2024 | 09:24
Büdcədə neft gəlirlərimiz 750 milyon manat azalacaq - 2 ciddi səbəb...

22.11.2024 | 09:17
Qlobal iqtisadiyyatın yarısı təbiətdən asılıdır - Britaniyalı nazir

22.11.2024 | 09:05
Balakəndə 4 otaqlı ev yanıb

22.11.2024 | 09:00
"Papa ilə görüşdən sonra özümü xeyirxah hiss edirəm" - Paşinyanın arvadından paylaşım

22.11.2024 | 08:40
Alimlər nazirin "yüksək maaş" sözlərini necə qarşıladı?..

22.11.2024 | 08:30
Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edib

21.11.2024 | 22:49
Putindən Kimə qəribə hədiyyə - 10 min əsgərə qarşılıq Şimali Koreyaya 70 heyvan göndərdi...

21.11.2024 | 22:19
Zaxarovaya mətbuat konfransında zəng gəldi - Ukraynaya raket hücumları ilə bağlı danışma... +VİDEO

21.11.2024 | 21:43
MM Lüksemburq parlamentinin ant-Azərbaycan qətnaməsini tutarlı arqumentlərlə alt-üst etdi

21.11.2024 | 21:19
Ermənilərin Azərbaycanda 30 illik “enerji cinayətləri”nin araşdırılması başladı...

21.11.2024 | 21:03
ABŞ Ukraynaya "mina qadağasını" da götürdü...

21.11.2024 | 20:44
Ermənilərin bu xəbəri də yalandır - Xankəndidə bircə "genosid abidəsi" də qala bilməz...

21.11.2024 | 20:29
COP29-da tarixi ilk yaşandı - su faktoru dünya gündəminə gətirildi...

21.11.2024 | 20:15
COP29-un uğurları Fransanı özündən çıxarır...

21.11.2024 | 20:06
Azərbaycan Milli Dirəniş Təşkilatının Strateji Sənədinin ikinci nəşri yayımlandı

21.11.2024 | 20:01
Aİ-95-lə əlaqəli baş verənlər Azərbaycanın iqlim siyasətinin tərkib hissəsidir...

21.11.2024 | 19:48
Ermənistanda COP29-a qatılmamaq peşmançılığı başladı - çox şey itirilib...

21.11.2024 | 19:37
Urmiyədə vətəndaşlar İran rejiminin terroru dəstəkləyən siyasətlərinə etiraz ediblər

21.11.2024 | 19:34
Bakıda benzin-dizellə işləyən bir avtobus olmayacaq...

21.11.2024 | 19:21
244 milyon manat elm üçün nə deməkdir...

21.11.2024 | 19:07
Leyla Əliyeva COP29 çərçivəsində bəbirlərin mühafizəsinə həsr olunmuş tədbirdə çıxış edib

21.11.2024 | 19:03
BMT məhkəməsi Azərbaycanın iddiasını lüzumsuz yerə bir il uzadır - etnik təmizləmə faktdır...

21.11.2024 | 18:48
G20-nin Ukrayna ilə bağlı yekun sənədi heç nəyi dəyişməyə qadir deyil...

21.11.2024 | 18:41
Leyla Əliyeva COP29 çərçivəsində Qlobal Liderlərin Dialoqunda iştirak edib - FOTO

21.11.2024 | 18:35
“Böyük Qayıdışda” mina problemi - heç bir beynəlxalq dəstək yoxdur, qərəz, ikili standart, erməni barmağı...

21.11.2024 | 18:23
Türkiyə şirkətlərinin azad olunmuş rayonlarda fəaliyyəti barədə şayiələr yayırlar - 4 milyard ayrılıb...

21.11.2024 | 18:21
COP29-da “Yaşıl Dünya Naminə İnklüzivlik” mövzusunda yan tədbir keçirildi

21.11.2024 | 18:15
"COP29-da Paris Sazişinin əsas sahələri üzrə razılığa gəlmək vacibdir" - Britaniya nümayəndəsi

21.11.2024 | 18:09
İqlimlə bağlı məlumatları düzgün təqdim etməyən ölkələr də var - BMT layihə hazırlayıb...

21.11.2024 | 17:56
Azərbaycanda yerli istehsal avtobusları ilə bağlı mübahisə gedir - tələbat var?

21.11.2024 | 17:43
Fransanın bəzi dövlətləri COP-dan çəkindirməsi rəsmi bəyan olundu...

21.11.2024 | 17:30
Fransa Azərbaycanın səfirinə qarşı təzyiqlərə başladı...

21.11.2024 | 17:18
COP29 turizmlə bağlı tarixdə ilkə imza atdı...

21.11.2024 | 17:06
Nüvə müharibəsi başlasa Rusiya bu ölkələri vuracaq - dövlət televiziyası bir-bir açıqladı...

21.11.2024 | 16:59
"Bütün tərəflərin COP29-da əhəmiyyətli nəticələrə nail olmaq üçün konstruktiv işləməsi vacibdir" - Annalena Berbok

21.11.2024 | 16:33
Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edildi

21.11.2024 | 16:31
"Əminəm ki, COP29-da razılaşmaya nail olunacaq" - BMT Baş katibi

21.11.2024 | 16:24
Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib - FOTO

21.11.2024 | 16:17
Rusiyanın Cənubi Kipri vuracağı iddia edildi - Kremlin təbligatçısı ruslara xəbərdarlıq etdi

21.11.2024 | 16:05
YAP bundan sonra da Azərbaycanın yeni zirvələr fəth etməsinə mühüm töhfələr verəcək

21.11.2024 | 16:04
"COP29 əla təşkil olunub" - Zaxarova

21.11.2024 | 15:51
"Cəmi bir qəpik sosial sığorta ödənişi olan şəxsə minimum pensiya ödənilir" - Sahil Babayev

21.11.2024 | 15:38
BMT Baş katibi G20 liderlərini COP29-da maliyyə məqsədinin təmin edilməsi üçün göstəriş verməyə çağırdı

21.11.2024 | 15:24
ABŞ nümayəndəsi Su üzrə Bakı Dialoqu təşəbbüsünün əhəmiyyətindən danışdı...

21.11.2024 | 15:17
"Bakıda yeni iddialı iqlim maliyyəsi məqsədinə dair razılaşma əldə etməliyik" - Quterreş

21.11.2024 | 15:10
"Paris Sazişinə əsaslanan beynəlxalq əməkdaşlıq iqlimlə mübarizə üçün zəruridir" - BMT Baş katibi

21.11.2024 | 14:50
COP29-da meşələr üçün iqlim maliyyəsinin artırılması məsələsi müzakirə edilib

21.11.2024 | 14:43
"Sivilizasiyamızın gələcəyini indi etdiklərimiz və ya etmədiklərimiz müəyyənləşdirəcək" - BMT rəsmisi

21.11.2024 | 14:25
"Çin və ABŞ-ın NDC-ləri qlobal istiləşməni 1,5 dərəcədə məhdudlaşdırmaq hədəfinə uyğun gəlmir"

21.11.2024 | 13:58
Kərim Vəliyev Pakistanın Quru Qoşunları komandanı ilə görüşdü

21.11.2024 | 13:56
COP29-da Kiçik ada dövlətlərinin və icmaların ekosistemləri müzakirə edildi

21.11.2024 | 13:45
"Su məsələləri üzrə Bakı Dialoqu gələcək COP-larda davamlı şəkildə keçirilməlidir" - BMT-nin xüsusi nümayəndəsi

21.11.2024 | 13:43
COP29 çərçivəsində aqroərzaq sistemlərinin dayanıqlığına nail olunması mövzusunda panel müzakirə keçirilib

21.11.2024 | 13:29
BMT rəsmisi Azərbaycanın iqlim dəyişmələrinə qarşı tədbirlərini yüksək qiymətləndirdi

21.11.2024 | 13:28
Nazir müavini bioloji müxtəlifliyin qlobal səviyyədə azalması səbəblərindən danışdı

21.11.2024 | 13:17
Su üzrə Bakı Dialoqu təşəbbüsünə dair niyyət protokolu imzalandı

21.11.2024 | 13:03
Против Армении должен быть создан международный религиозный трибунал - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

21.11.2024 | 12:53
BDU “İnterdisiplinar Elm Reytinqi”ndə dünya üzrə TOP-250-də yer alıb

21.11.2024 | 12:51
Muxtar Babayev hər kəsi ilk Su Bəyannaməsinə qoşulmağa çağırdı...

XƏBƏR ARXİVİ

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930