Fransa terrorçulara heykəl ucaldan ölkə kimi də tanınmağa başladı - son günlərdə 2 heykəl....
“Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyevin öz Facebook səhifəsində Fransanın ermənipərəst siyasəti barədə yazır. A.Quliyev yazır: "Belə getsə, Terrorçulara heykəl ucaldan ölkə damğası "müasir Fransanın imicini təyin edən simvollardan birinə çevriləcək. Son 120 illik tarixdə Fransada sığınacaq tapmış və dəfn olunmuş bütün terrorçuların siyahısını çıxarmaq başqa bir mövzudur və nə vaxtsa bununla da məşğul olunacaq.Ancaq ən son iki faktı qeyd etmək hələlik kifayətdir.
1.Bir neçə gün əvvəl Marseldə erməni terrorçu Soqomon Tehliryana heykəl ucaltdılar .O Tehliryan ki , 1921- ci ildə Osmanlı dövlətinin baş naziri Tələt paşanı Berlində güllələyərək qətlə yetirmişdi və bunu guya 1- ci Dünya müharibəsində öldürülmüş ermənilərin qisasını almaq üçün etdiyini açıq söyləməklə məhkəmədə terror törətdiyini boynuna almışdı.Ancaq Berlin məhkəməsi az sonra onu buraxdı.
2.Bu günlərdə Fransanın şərqində Tul bələdiyyəsinin öz ərazisində terrorçu desant polkovniki Marsel Biqarda heykəl ucaltmaq layihəsi barədə məlumat yayıldı.Həm də xəbəri Səudiyyə Ərəbistanının mediası yaydı. Desant polkovniki Biqard 1950- ci illərdə Əlcəzair xalqının vətənpərvər qəhrəmanlarına misilsiz işgəncələr vermiş cinayətkardır .Onun 1957- ci ilin fevralında Əlcəzair qəhrəmanı Məhəmməd Mehdini işgəncələrlə şəxsən qətlə yetirdiyi barədə fakt var .
Bunu biz yox, bir neçə vicdanlı fransız tarixçilərinin özləri Fransa hakimiyyətinə yazdıqları məktubda ifadə ediblər və Biqarda heykəl layihəsini ləğv etməklə Fransa dövlətini işgəncələrə görə məsuliyyətini etiraf etməyə çağırıblar....
Əslində terror cinayətkarlarına heykəl qoymaq və Natəvan kimi mütərəqqi azərbaycanlının heykəlinə qarşı vandallıq etmək mahiyyətcə eyni cinayətlərdir.Hır iki cinayənin müəllifi də, məkanı da Fransadır..
Bir ilginc faktl da deyim.Terrorla mübarizə mövzusu ilk dəfə 1934- cü ildə Millətlər Cəmiyyətində müzakirə olunub .Həmin ilin 9 oktyabrında Marsel şəhərində Yuqoslaviya kralı 1- ci Aleksandr və Fransanın baş naziri Lui Bartu terrorla qətlə yetirildilər. 3 il sonra 1937- ci ildə isə Millətlər Cəmiyyəti " Terror cinayətlərinin cəzalandırılması və bununla bağlı Beynəlxalq Cinayət məhkəməsinin yaradılması barədə Konvensiya qəbul etsə də, kağız üzərində qaldı."
Mətləb Salahov