“Rəy” Monitorinq Mərkəzi saat 13:00-a qədər olan "exit-poll" nəticəsini açıqladı
7 fevral 2024-ci il tarixində keçirilən növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində “Rəy” Monitorinq Mərkəzinin apardığı "exit-poll"da saat 13:00 üçün iştirak göstəricisi açıqlanıb. Secki-2024.az saytı xəbər verir ki, sözügedən "exit-poll"un apardığı müşahidələrə əsasən, saat 13:00-a kimi seçici aktivliyi 43,21 % təşkil edir.
Qeyd edək ki, seçkilər bütün Azərbaycan ərazisini, o cümlədən, işğaldan azad edilmiş əraziləri əhatə edir. İşğaldan azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılıb. Seçici siyahılarında 6 milyon 478 min 623 seçicinin adı var. Onlar ölkə üzrə 6537 məntəqədə səs verəcəklər.