İqlim dəyişikliyinə dayanıqlı kəndlər üzrə TDT Forumu yaradılır - saziş imzalandı
Bakıda COP29 çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDT) iqlim dəyişikliyinə dayanıqlı kəndlər Forumunun yaradılması haqqında saziş imzalanıb.
Trend xəbər verir ki, saziş “Qlobal Məqsədlərdən Yerli Fəaliyyətə: Davamlı Aqro-Ərzaq Sistemlərinin Gücləndirilməsi üzrə Regional Təşəbbüslər” adlı tədbir çərçivəsində imzalanıb.
Sənəd TDT regionunda iqlim dəyişikliyinə uyğunlaşma sahəsində təcrübə mübadiləsi imkanlarının yaradılması, mövcud problemlərin qiymətləndirilməsi və kənd icmalarının iqlim dəyişikliyinə davamlılığını artırmaq imkanlarının gücləndirilməsi məqsədi daşıyır.
TDT Baş katibinin müavini Sədi Cəfərov İqlimə Dayanıqlı Kəndlər üzrə TDT Forumunun yaradılmasında göstərdikləri dəstəyə görə Azərbaycana və TDT üzv dövlətlərinə minnətdarlığını bildirib.