Antoni Blinken bu gün Çinə gedir
ABŞ Dövlət katibi Antoni Blinken “açıq” danışıqlar üçün bu gün Çinə gedir. Gündəmə Çinin Rusiya hərbi sənaye kompleksinə dəstəyi, ABŞ-a fentanilin qeyri-qanuni tədarükü, Yaxın Şərq və Tayvan boğazındakı vəziyyət daxildir. Bu barədə “RİA Novosti” xəbər verir.
Dövlət Departamenti vurğulayıb ki, səfər zamanı Blinken Pekinin Rusiya Federasiyasının hərbi-sənaye bazasına dəstəyi ilə bağlı Amerika tərəfinin narahatlığını ifadə edəcək. ABŞ Dövlət katibi həmçinin Yaxın Şərq, Hind və Sakit Okeanlardakı, eləcə də Myanmadakı vəziyyəti də müzakirə edəcək.
Mətləb