Avropa Rusiya ilə Rumıniya qızıllarının davasına başladı - 1916-17-ci illərdə göndərilən qızılları geri qaytarın...
Avropa Parlamenti Rusiyanı 1916-1917-ci illərdə saxlanmaq üçün Rusiya imperiyasına verilmiş qızıl və mədəni irs obyektlərini Rumıniyaya qaytarmağa çağıran qətnamə qəbul edib.
Qeyd edilir ki, Birinci Dünya Müharibəsindən sonra bir çox diplomatik danışıqlar cəhdlərinə baxmayaraq, 1916-1917-ci illərdə qorunmaq üçün Rusiyaya göndərilən Rumıniyanın milli sərvəti Rusiya tərəfindən heç vaxt geri qaytarılmayıb.
RBC xəbər verir ki, 1916-1917-ci illərdə Rumıniya Rusiya İmperiyasına Mərkəzi Bankın ehtiyatı, kral zərgərlik kolleksiyaları və nadir sikkələr də daxil olmaqla saxlanmaq üçün 91,5 ton qızıl göndərib.
Lakin 1918-ci ilin əvvəlində müharibə başlayanda Rumıniya qoşunları Rusiya imperiyasının tərkibində olan Bessarabiyanı işğal ediblər. Bundan sonra Sovet hökuməti Rumıniyanın qızıl və mədəni əşyalarını müsadirə edib. 1935-ci ildə SSRİ arxivlərin yalnız bir qismini Rumıniyaya qaytarıb. Brejnev dövründə Çauşeskunun qızılı qismən geri almaq cəhdi baş tutmayıb.
Dünya Qızıl Şurasının 2024-cü ilin mart ayı hesabatına görə, Rusiyanın 2 min 329 ton, Rumıniyanın isə 103 ton qızıl ehtiyatı var.
TAHİR