Azərbaycan və Ermənistan spikerləri martda İsveçrədə görüşəcəklər?...
Ermənistan parlamentinin sədri Simonyanın ofisindən görüşün martın 23-27 aralığında İsveçrədə dünya parlamentlər İttifaqının növbəti toplantısında ola biləcəyini bildiriblər. Qeyd edək ki, bu barədə az əvvəl dünya parlament İttifaqının sədri Martin Çunqonq məlumat vermişdir. Azərbaycanın rəsmi orqanları hələlik xəbəri şərh etməyiblər.
Nahid Salayev