Rəsmi Yerevan "Avropaya doğru yolda" Rusiyaya yeni həmlənin dəqiq tarixini açıqladı...
Son günlər Ermənistan açıq-aşkar anti-Rusiya siyasəti yürüdür, sürətlə qərbə tərəf mövqe seçməklə, həm də ölkə daxilində ermənilərin Rusiya əleyhinə nifrətini artırmaqla da məşğuldur. “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyevin öz Facebook səhifəsində bu mövzuda paylaşım edərək, Ermənistan və Rusiya arasında baş verən son proseslər barədə yazıb.
A. Quliyev yazır: "Ermənistanın "orbitdən çıxma" çabalarına Rusiyanın bu qədər sakit yanaşmasının dəqiq səbəbini söyləmək çətinləşir. Ancaq qəti aydındır ki, ya Zaxarova və Peskovun timsalında hərdən dişsiz fikirlər bildirməkdən başqa nə edəcəklərini bilmirlər, ya çox arxayındırlar ki, "ölkən nə qədər uzun olsa da, axırda gəlib doğanaqdan keçəcək", ya da Ukrayna bataqlığından hələ çıxmamış Ermənistanın daha sərt addımlar ataraq Rusiyanı Qərblə açıq- aşkar üz- üzə qoya biləcəyindən çəkinirlər. Hansı variantın mütləq olduğunu zamana buraxaq.

Ermənistanın hələlik sonuncu həmləsi Avropa Birliyi ilə yeni sazişin mətnini hazırlamaqdır. XİN müavini Paruyr Ovanisyan rəsmi bəyan etdi ki, iyul ayında Avropa Birliyi ilə imzalanacaq yeni Əməkdaşlıq sənədi hazırlanır. Ovanisyan bildirib ki , Ermənistanla AB arasında genişləndirilmiş və hərtərəfli tərəfdaşlıq Sazişi tam icra edildikdən sonra ( bu Saziş çoxdan imzalanıb- A.Q ) biz həqiqətən AB- nin üzvlüyünə hazırlıq statusu alacağıq, bu proseslə paralel əməkdaşlığımızın yeni istiqamətlərini işləyirik, bu 2 proseslə bərabər yeni sənəd üzərində işləyirik, may ayında hazır olacaq və güman ki, iyulda imzalanacaq.
Bunlar Ermənistan XİN- in rəsmi məlumatı idi və əslində Ermənistanın KTMT, MDB və AİB - in üzvlüyündən çıxmadan Avropa Birliyinin üzvlük statusu almasına doğru geniş Yol xəritəsinin bir hissəsidir. Çəkinmədən bəyan edirlər.
KTMT- də fəaliyyət dondurulub, Aeroportdan rus sərhədçiləri çıxarılır, 102- ci bazanı çıxartmaq söhbətləri gedir, Avroparlament üzvlüyə dəvət edib, Azərbaycanla normallaşma prosesində Rusiyanın vasitəçiliyindən açıq imtina edilib. Daha nə qaldı?...
Paşinyan çoxdan deyib ki, "bir səhər oyanacağıq ki, Rusiya bölgəmizdə yoxdur"...
O səhər "bir iyul səhəri "ola bilər...."
Mətləb