Monteneqronun sabiq Prezidenti: "Avropa İttifaqının gələcəyinə inanmıram"
“Avropa İttifaqı dəyişikliklər dövrünə qədəm qoyub. Bu gün biz siyasi dəyişikliklərlə qarşılaşırıq. Rusiya Qərbə qarşı müharibə başladıb. İlkin hədəf kimi də Avropa qitəsini götürüb. Avropa İttifaqı hələ ki, Atlantik okeanda mövcudluğuni isbat etməlidir”.
Bu barədə Monteneqronun sabiq Prezidenti Milo Dukanoviç XI Qlobal Bakı Forumunun sonuncu günündə “Regional perspektivlər: Avropa İttifaqı və onun qonşuları” panel müzakirəsində çıxış edərkən deyib. Sabiq Prezident əsas məsələnin Avropa İttifaqının təsisat olaraq üzv ölkələrin təhlükəsizliyini qoruyub-qorumaması ilə bağlı olduğunu vurğulayıb.
“Avropa İttifaqının bununla bağlı uğurlu siyasəti iflic vəziyyətinə düşdü. Bu təşkilatda siyasi müstəvidə problemlər müşahidə olunmaqdadır. Hesab edirəm ki, Avropa İttifaqı üçün ilkin prioritet Qərbi balkanlardır. Bu regionda son 10 il ərzində vəziyyət daha da gərginləşib. Biz etnik cəmiyyətlərin hökm sürdüyü bir zamanda yaşayırıq. Əgər Avropa İttifaqı dağılsa bu, Qərbi balkanlarda böyük güclərin cəmləşməsinə səbəb ola bilər. Mən özüm Avropa İttifaqının gələcəyinə inanmıram” - deyə M.Dukanoviç qeyd edib.
Mətləb