"Ukraynadakı müharibə ciddi dəyişikliklərə səbəb oldu" - keçmiş prezident Qlobal Bakı Forumunda bəyan etdi
Bosniya və Hersoqovinanın keçmiş prezidenti Mladen İvaniç XI Qlobal Bakı Forumu çərçivəsində “Regional Perspektivlər: Aİ və Qonşuları” mövzusunda panel müzakirələrində bəyan edib ki, Ukraynadakı müharibə ciddi dəyişikliklərə səbəb oldu.
O bildirib ki, bu, Avropa İttifaqı (Aİ) üçün də yeni çağırışlar yaradıb: “Bu, təkcə siyasi deyil, həm də texniki dəyişikliklərdir. Baş verən dəyişikliklər, o cümlədən Ukraynadakı müharibə, əlbəttə, Aİ daxilindəki vəziyyətə də təsir edir”.
Mətləb Salahov