Kanadadan Ermənistanı məyus edən Türkiyə qərarı - silah ixracına qadağa ləğv edildi...
Kanada və Türkiyə silah ixracına qoyulan məhdudiyyətləri aradan qaldırmaq barədə razılığa gəliblər. Razılaşma Ankaranın İsveçin NATO-ya daxil olmasını təsdiqləməsindən sonra əldə olunub.
Xarici mediada diplomatik mənbələrə istinadən Türkiyənin İsveçin NATO üzvlüyünü qəbul etməsindən sonra Kanadanın Türkiyəyə silah ixracına yenidən başlayacağı bildirilib.
2021-ci ildə Kanada Azərbaycan ordusunun Türkiyədə istehsal olunan PUA-lardan Vətən müharibəsində istifadə etməsini əsas gətirərək ixrac icazəsini ləğv etmişdi.
Ankara İsveçin NATO-ya daxil olmasını təsdiqlədikdən sonra Kanadanın Türkiyəyə pilotsuz uçuş aparatlarının hissələrinə ixrac qadağasının ləğvi ilə bağlı danışıqlar aparırdı.
TAHİR