Şahbaz Şərif Prezident İlham Əliyevi təbrik etdi...
COP29-un plenar iclasında çıxış edən Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Bakıda iqlim sammitinin uğurla keçirilməsi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib, onu “əziz qardaş” adlandırıb.
Hökumət başçısı çıxışında dünyanı yaxınlaşan iqlim dəyişikliyi təhlükəsinə diqqəti artırmağa və risklərin tam miqyasını dərk etməyə çağırıb. O deyib: “Biz bu COP-da üzərimizə götürdüyümüz maliyyə öhdəliklərini yerinə yetirməliyik”. Pakistan hökumətinin başçısı əlavə edib ki, COP29 mütləq tarixə düşəcək.
ZÜMRÜD