"Azərbaycan COP29-u yüksək səviyyədə təşkil edib" - Baydenin müşaviri
Biz COP Sədrliyi və dünyadakı digər tərəfdaşlarımızla müxtəlif mövzular ətrafında fəal şəkildə işləmişik. Bu sözləri ABŞ Prezidentinin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podesta COP29 çərçivəsində keçirdiyi mətbuat konfransında deyib.
ABŞ nümayəndə heyətinin noyabrın 12-də Çin və Azərbaycan ilə birlikdə metan və bəzən çox diqqət yetirilməyən, lakin qlobal istiləşmə üçün istixana qazlarının yarısının yaranmasına səbəb olan qazların azaldılması ilə bağlı sammit keçirəcəyini qeyd edən C.Podesta bildirib: “Beləliklə, biz insanları yeni bir maliyyələşdirməyə nail olmaq üçün səylə işləməyə təşviq etməkdə davam edəcəyik. Mən bir neçə həftə əvvəl burada idim. Biz bu müzakirələri davam etdiririk. Bu, real olmalıdır və biz bunu burada həyata keçirə biləcəyimizi düşünürük. Biz altıncı maddəni yekunlaşdırmaqla bağlı, nəhayət, irəliləyiş əldə edirik. Dubay konsensusunda əldə olunmuş mühüm nəticələr üzərində işləyirik. Ümid edirəm ki, bu işlər dünyanı düzgün istiqamətə yönəldəcək”.
Con Podesta Azərbaycanın COP29-u yüksək səviyyədə təşkil etdiyini deyib: "Nazir Babayevin rəhbərlik etdiyi COP Azərbaycan komandasının gərgin əməyini və peşəkarlığını yüksək qiymətləndirirəm".
C.Podesta qeyd edib ki, burada COP29-da və ondan kənarda özəl sektor innovasiyaları davam etdirmək və sıfır emissiya iqtisadiyyatı qurmaq üçün təmiz enerji texnologiyalarına yeni və daha böyük sərmayələr yatırmağa davam etməlidir.
"Biz ABŞ-də və dünyada lider olmaq üçün submilli oyunçular olmağa davam edəcəyik", - o bildirib.
ZÜMRÜD